| QISA  TARİX Təkamül nəzəriyyəsi fəlsəfi mənşəyi qədim  Yunanıstana qədər gedib çatmasına baxmayaraq, elm dünyasının gündəliyinə XIX əsrdə  daxil olmuşdur. Əvvəlcə, fransız bioloq Jan Batist Lamark “Zooloji fəlsəfə” (Zoological philosophy) adlı kitabında canlı növlərinin  bir-birlərindən təkamüllə əmələ gəldiyi fərziyyəsini ortaya atdı. Lamark  canlıların həyatı boyu qazandıqları dəyişiklikləri sonrakı nəsillərə ötürdüklərini  irəli sürmüşdü. Məşhur zürafələr misalında bu canlıların əvvəllər daha  qısaboylu olduğunu, ancaq hündür ağaclara çatmağa çalışarkən nəsildən-nəsilə  boyunlarının uzandığını iddia etmişdi.  Lamarkın  “qazanılmış xüsusiyyətlərin  ötürülməsi” kimi tanınan bu təkamül modeli irsiyyət qanunlarının kəşf edilməsilə  birlikdə əsasını itirdi. XX əsrin ortalarında DNT-nin quruluşunun kəşfi ilə  canlıların hüceyrələrinin nüvəsində kodlanmış xüsusi genetik məlumata malik  olduqları və bu genetik məlumatın “qazanılmış xüsusiyyətlər” tərəfindən dəyişdirilə  bilmədiyi üzə çıxdı. Yəni bir canlı ağaclara çatmaq üçün həyatı boyu çalışıb  boynunu bir neçə santimetr uzatsa belə, dünyaya gətirdiyi balalar yenə də o növə  aid standard boyun ölçülərinə malik olar. Qısa desək, Lamarkın təkamül nəzəriyyəsi  elmi kəşflərlə təkzib edildi və səhv fərziyyə kimi tarixə düşdü.Ancaq Lamarkdan bir neçə nəsil sonra yaşamış digər təbiətşünasın  təkamül nəzəriyyəsi daha uzunömürlü oldu. Sözügedən təbiətşünas Çarlz Robert  Darvin, nəzəriyyəsinin adı isə “darvinizm”dir. Darvinizmin meydana gəlməsi Çarlz Darvin 1832-ci ildə İngiltərədən yola düşən və  beş il ərzində dünyanın müxtəlif bölgələrinə səyahət edən H.M.S. Biql adlı rəsmi  kəşf gəmisində könüllü kimi iştirak etmişdir.   Gənc Darvin bu səyahət ərzində gördüyü müxtəlif canlı növlərindən,  xüsusilə də Qalapaqos adalarında gördüyü müxtəlif alacəhrə növlərindən çox təsirlənir.  Bu quşların dimdiklərindəki fərqlərin müxtəlif mühitlərə uyğunlaşmalarından irəli  gəldiyini düşünür.  Darvin bu səyahətinin ardınca İngiltərədəki heyvan  bazarlarını gəzməyə başladı. Maldarlıqla məşğul olanların müxtəlif inək cinslərini  cütləşdirərək yeni cinslər əldə etdiklərinə şahid oldu. Qalapaqos adalarında  gördüyü fərqli alacəhrə növlərini də bu müşahidələrinə əlavə etməklə beynində  bir nəzəriyyə formalaşdırmağa başladı. Nəticədə bu fikirlərini 1859-cu ildə nəşr  edilən “Növlərin mənşəyi” adlı  kitabında açıqladı. Bu kitabda bütün canlı növlərinin ortaq bir əcdaddan əmələ gəldiyini, ancaq  zamanla kiçik dəyişikliklərlə bir-birlərindən təkamüllə törədiyini iddia  edirdi.Darvinin  nəzəriyyəsinin Lamarkın nəzəriyyəsindən fərqli cəhəti “təbii seçmə” anlayışını  xüsusi vurğulaması idi. Təbii seçmə təbiətdəki  həyat uğrunda mübarizədə güclü və ya mühitin şərtlərinə daha uyğun olan  canlıların həyatda qalması deməkdir. Darvin belə məntiq qurmuşdur: 
                          
                            |  Çarlz  Darvin nəzəriyyəsini ən ibtidai elm səviyyəsində  inkişaf   etdirdi. Sağdakına oxşar ən sadə mikroskopların altında canlılıq  cox sadə quruluşa sahib kimi görünürdü. Bu yanılma  Darvınızmin əsasını təşkil etdi. |  “Bir canlı növünün daxilində təbii və təsadüfi fərqlər  olur. Məsələn, bəzi inəklər daha böyük, bəziləri daha tünd rənglidir. Bu dəyişikliklərin  hansının üstünlüyü varsa, o xüsusiyyət təbii seçmə ilə seçilə. Beləliklə,  sözügedən üstün xüsusiyyət o heyvan sürüsündə hakim rol oynayar. Bu xüs usiyyətlərin uzun zaman ərzində toplanması ilə  ortaya yeni növ çıxar”. Ancaq Darvinin irəli sürdüyü bu “təbii seçmə ilə təkamül”  nəzəriyyəsi elə lap əvvəldən bir çox sualı də özü ilə bərabər gətirmişdi.  Darvinin “təbii və təsadüfi fərqlər” dediyi şey əslində nə idi? Bəzi inəklərin  daha böyük, bəzilərinin daha tünd rəngli doğulduğu doğru idi, lakin bu fərqlər  milyonlarla bitki və heyvan növünü necə açıqlaya bilərdi? 1) Darvin “canlılar mərhələli şəkildə təkamül  keçirmişdir” deyirdi. Belə olduqda çox sayda “ara növ” yaşamalıydı. Amma fosillər  (daşlaşmış canlı qalıqları) arasında  bu  nəzəri canlılardan əsər-əlamət yox idi. Darvin bu problem üzərində çox baş  sındırmış və nəticədə “bu fosillər gələcəkdə tapıla bilər” deməyə məcbur  olmuşdu.  2) Canlıların göz, qulaq, qanad kimi kompleks  orqanları təbii seçmə ilə necə açıqlana bilərdi? Tək bir toxumasının əksik  olduğu halda, funksiyalarını itirən (heç bir işə yaramayan) bu orqanların “mərhələli  şəkildə” inkişaf etdiyini necə müdafiə etmək olardı?  3) Bütün bunlardan əlavə,  Darvinin “bütün canlıların ortaq əcdadı” dediyi ilk canlı orqanizm necə əmələ gəlmişdi?  Cansız maddə təbii proseslərlə canlıya çevrilə bilmədiyinə görə, Darvin ilk  canlının əmələ gəlməsini necə açıqlayacaqdı?  Darvin bu problemlərin ən  az bir hissəsini bilirdi. Kitabına əlavə etdiyi “Nəzəriyyənin çətinlikləri”  (Difficulties on theory) adlı bölmədə bunları qəbul etmişdi. Ancaq bu problemlərə  verdiyi cavabların elmi əsası yox idi. İngilis fizik H.S.Lipson Darvinin bu “çətinlikləri”  haqqında belə deyir:“Növlərin mənşəyi”ni ilk  dəfə oxuduqda Darvinin əslində özündən o qədər də əmin olmadığını anlamışdım.  “Nəzəriyyənin çətinlikləri” adlı bölmə açıq şəkildə şübhə doğurur. Bir fizik  kimi gözün necə əmələ gəldiyi ilə bağlı izahlarına təəccübləndim.1 Darvin elmi araşdırmalar davam etdikcə “Nəzəriyyənin çətinlikləri”nin  aradan qalxacağına ümid edirdi. Lakin əksinə, yeni elmi kəşflər bu çətinlikləri  daha da böyütdü. Həyatın mənşəyi problemi 
                          
                            |  Lui  Paster, cansız maddələrin həyat  əmələ gətirəcəyi inancını alt-üst etdi.
 |  Darvin kitabında həyatın mənşəyi  məsələsindən heç söz açmamışdı. Çünki onun dövründəki ibtidai elm anlayışına  görə canlıların çox sadə quruluşa malik olduğu güman edilirdi. Orta əsrlərdən bəri  qəbul edilmiş spontan generasiya adlı  nəzəriyyəyə əsasən cansız maddələrin təsadüfən birləşərək canlı varlıq əmələ gətirdiyinə  inanırdılar. Bu dövrdə həşəratların yemək qalıqlarından, siçanların da buğdadan  əmələ gəldiyi fikri geniş yayılmışdı. Bunu sübut etmək üçün  qəribə təcrübələr aparılmışdı. Kirli əsginin  üstünə bir az buğda tökülmüş, bir müddət gözlədikdən sonra bu qarışıqdan  siçanların əmələ gələcəyi güman edilmişdi.Ətin  qurdlanması da həyatın cansız maddələrdən törədiyinə dəlil hesab edilirdi.  Lakin daha sonra məlum olacaqdı ki, ətin üstündəki qurdlar öz-özünə əmələ gəlmirlər,  milçəklərin gətirib qoyduqları gözlə görünməyən sürfələrdən çıxırlar. Darvinin “Növlərin  mənşəyi” adlı kitabını yazdığı dövrdə isə bakteriyaların cansız maddələrdən  əmələ gəldiyi fikri elm dünyasında geniş şəkildə qəbul edilirdi. Lakin Darvinin kitabının nəşrindən beş il sonra məşhur  fransız bioloq Lui Paster təkamülə əsas  verən bu fikri tamamilə məhv etdi. Paster apardığı uzun elmi fəaliyyət və təcrübələr  nəticəsində gəldiyi nəticəni belə ifadə etmişdi: “Cansız maddələrin həyatı əmələ gətirməsi iddiası artıq qəti şəkildə  tarixə çevrilmişdir”2 Təkamül nəzəriyyəsinin müdafiəçiləri Pasterin kəşflərinə  uzun müddət qarşı çıxdılar. Ancaq inkişaf edən elm canlı hüceyrəsinin mürəkkəb  quruluşunu ortaya çıxardıqca həyatın öz-özünə əmələ gəlməsi iddiası daha böyük  müəmmaya çevrildi. Bu mövzunu hərtərəfli şəkildə kitabın sonrakı bölmələrində  araşdıracağıq. Genetika problemi Darvinin nəzəriyyəsini çıxılmaz vəziyyətə salan digər  məsələ isə irsiyyət oldu. Darvinin nəzəriyyəsini irəli sürdüyü dövrdə  canlıların xüsusiyyətlərini sonrakı nəsillərə necə ötürdükləri, yəni irsiyyətin  necə baş verdiyi tam məlum deyildi. Ona görə, irsiyyətin qan yolu ilə ötürülməsi  kimi ibtidai düşüncələr geniş qəbul edilmişdi.  İrsiyyət haqqında bilgi azlığı Darvinin də nəzəriyyəsini  irəli sürərkən tamamilə bəzi səhv fərziyyələrə əsaslanmasına səbəb oldu. Darvin  “təkamül mexanizmi” kimi təbii seçmənı göstərirdi. Amma təbii seçmə ilə seçilən  “faydalı xüsusiyyətlər” necə ortaya çıxacaq və nəsildən-nəsilə necə ötürüləcəkdi?  Darvin elə bu yerdə Lamark tərəfindən ortaya atılmış “qazanılmış xüsusiyyətlərin  sonradan ötürülməsi” tezisinə əl atdı. Təkamül nəzəriyyəsini müdafiə edən tədqiqatçı  Qordon R.Teylor “Böyük təkamül müəmması” (The  great evolution mystery) adlı kitabında Darvinin lamarkizmdən çox təsirləndiyini  belə izah edir:Lamarkizm  qazanılmış xüsusiyyətlərin irsi cəhətdən ötürülməsi kimi tanınır... Darvinin  özü açıq desək, bu cür irsiyyətin baş verdiyinə inanmış və hətta barmaqlarını  itirdikdən sonra uşaqları barmaqsız doğulan bir adamı nümunə göstərib bu hadisəni  izah etmişdir... Darvin Lamarkdan bircə fikir belə götürmədiyini iddia  etmişdir. Bu, olduqca gülüncdür, çünki Darvin daima qazanılmış xüsusiyyətlərin  ötürülməsi fikri ilə oynamışdır və (ona görə də) Lamarkdan çox Darvin tənqid  edilməlidir. Kitabının (Növlərin mənşəyi)  1859-cu il nəşrində “xarici amillərin dəyişməsinin” variasiyalara səbəb  olduğunu deyir, ancaq ardınca da bu şərtlərin variasiyaları tənzimlədiyini və  bunu edərkən də təbii seçmə ilə birlikdə hərəkət etdiyini açıqlayır. Hər keçən  il (orqanların) istifadə edilməsi və ya edilməməsi mövzusuna daha artıq əhəmiyyət  vermişdir... 1868-ci ildə “Əhliləşdirilən heyvan və bitkilərin variasiyaları” (Varieties of animal and plants under  domestication) adlı kitabını nəşr  etdirdikdə lamarkist irsiyyətə dəlil olduğunu hesab edən bir çox nümunə  vermişdir... Bəzi oğlan uşaqlarının orqanlarının ön dərilərinin nəsillər boyu  edilən sünnət nəticəsində qısalması kimi.3 Ancaq Lamarkın tezisi əvvəldə də dediyimiz kimi,  avstriyalı botanik rahib Qreqor Mendelin kəşf etdiyi irsiyyət qanunları tərəfindən  təkzib edildi. Belə olduqda “faydalı xüsusiyyətlər” anlayışı da əsassız qaldı.  Genetika qanunları qazanılmış xüsusiyyətlərin ötürülmədiyini və irsiyyətin dəyişilməyən  bəzi qanunlara əsasən baş verdiyini göstərirdi. Bu qanunlar növlərin dəyişməzliyi  fikrini dəstəkləyirdi. Darvinin İngiltərədəki heyvan bazarlarında gördüyü inəklər  nə qədər fərqli kombinasiyalarla cütləşdirilsələr də, növ dəyişməyəcək və inək  olaraq qalacaqdılar. Qreqor Mendel uzun təcrübə və müşahidələr nəticəsində  müəyyən etdiyi irsiyyət qanunlarını 1865-ci ildə elmi jurnalda açıqlamışdı.  Ancaq bu qanunlar əsrin sonlarında elm dünyasının diqqətini çəkdi. XX əsrin əvvəllərində  bu qanunların doğruluğu bütün elm dünyası tərəfindən qəbul edildi. Bu vəziyyət  “faydalı xüsusiyyətlər” anlayışını Lamarka əsaslanaraq izah etməyə çalışmış  Darvinin nəzəriyyəsini çıxılmaz vəziyyətə saldı.Burada  ümumi bir səhvi düzəltmək yerində olar: Mendel təkcə Lamarkın təkamül modelinə  deyil, eyni zamanda Darvinin də təkamül modelinə qarşı çıxmışdı. “İrsiyyət”  jurnalında (Journal of heredity) nəşr  edilən “Mendelin təkamülə və Darvinə müxalifəti” (Mendel’s opposition to evolution and to Darwin) başlıqlı məqalədə  bildirildiyi kimi, “Mendel “Növlərin mənşəyi” əsəri ilə tanış idi və Darvinin nəzəriyyəsinə qarşı çıxırdı. Darvin təbii seçmə  ilə ortaq əcdaddan təkamül  keçirmə nəzəriyyəsini  irəli sürərkən Mendel xüsusi yaradılışa inanırdı”4 Mendelin kəşf etdiyi qanunlar darvinizmi çətinliyə  saldı. Məhz bu səbəblərdən Darvinizmi müdafiə edən elm adamları XX əsrin  birinci rübündə yeni təkamül modeli qurmağa çalışdılar. Beləliklə, neodarvinizm  meydana gəldi. Neodarvinizmin səyləri Darvinizm ilə genetika elmini birtəhər uyğunlaşdırmağı  qarşısına məqsəd qoyan bir qrup elm adamı 1941-ci ildə Amerika Geologiya Dərnəyinin  təşkil etdiyi bir yığıncaqda toplandılar. G.Ledyard Stebbins və Teodosius  Dobjanski kimi genetiklərin, Ernst Mayr və Culian Haksley kimi zooloqların,  Corc Qeylord Simpson və Qlen L.Cepsen kimi paleontoloqların uzun müzakirələrdən  sonra gəldiyi nəticə darvinizmə yeni forma vermək oldu.5  Bu şəxslər genetika qanunlarının ortaya qoyduğu  “genetik sabitlik” həqiqətinə qarşı hollandiyalı botanik Hüqo de Vries tərəfindən  əsrin əvvəlində irəli sürülən “mutasiya” anlayışından istifadə etdilər.  Mutasiyalar məlum olmayan səbəblərdən canlıların irsiyyət mexanizmlərində  meydana gələn pozuntular idi. Mutasiya keçirən canlılar valideynlərindən  aldıqları genetik məlumatdan başqa bəzi anormal formalara malik olurdular. 
                          
                            |  Neodarvinizmin qurucuları: Ernst Mayr,Teodosius  Dobjanski və  Gulian   Haksley |  Amerika Geologiya Dərnəyində toplanan elm adamları  bu mutasiya anlayışını mənimsədilər və Darvinin Lamarka əsaslanaraq cavablamağa  çalışdığı “canlıları inkişaf etdirən  faydalı dəyişikliklərin mənbəyi nədir?” sualına “təsadüfi mutasiyalar” cavabını verdilər. Darvinin təbii seçmə  tezisinə mutasiya anlayışının əlavə edilməsiylə ortaya  çıxan bu yeni nəzəriyyəyə də “Müasir sintetik təkamül nəzəriyyəsi” adını verdilər. Qısa müddət ərzində bu yeni nəzəriyyə neodarvinizm kimi tanındı və nəzəriyyəni irəli sürənlər də neodarvinistlər  kimi tanındılar.  Ancaq mühüm bir problem var idi: mutasiyaların  canlıların genetik məlumatını dəyişdirməsi doğru idi, lakin bu dəyişiklik daima  mənfi təsir edirdi. Müşahidə edilən bütün mutasiyalar şikəst, xəstə, zəif fərdlər  ortaya çıxarır, bəzən də birbaşa ölümə səbəb olurdular. Ona görə də neodarvinistlər  çoxlu təcrübə və müşahidə aparıb canlıların genetik məlumatını təkmilləşdirən  “faydalı mutasiya” nümunələri əldə etməyə çalışdılar. Meyvə milçəkləri və digər  bəzi növlər üzərində on illərlə davam edən mutasiya təcrübələri keçirildi.  Ancaq bu təcrübələrdə heç vaxt mutasiyaların canlıların genetik məlumatını təkmilləşdirməsi  faktı müşahidə edilmədi.  Bu gün mutasiya məsələsi hələ də darvinizm üçün  böyük müəmmadır. Darvinizmin “faydalı dəyişikliklərin” yeganə mənbəyi kimi göstərdiyi  mutasiyaların sözün əsl mənasında heç bir faydalı nümunəsi müşahidə edilməmişdir.  Bu mövzunu daha sonrakı bölmədə təfərrüatı ilə araşdıracağıq.Neodarvinist  nəzəriyyəni çıxılmaz vəziyyətə salan digər sahə isə fosillər oldu. Fosillər Darvin dövründə belə nəzəriyyənin  qarşısında böyük maneə olmuşdu. Darvin nəzəriyyəsini dəstəkləyən “ara növ”  canlılara aid fosillərin olmadığını qəbul etmiş, lakin yeni araşdırmalar nəticəsində  bu fosillərin tapılacağını irəli sürmüşdü. Ancaq hər cür paleontoloji səyə  baxmayaraq, fosillər nəzəriyyənin qarşısında böyük maneə olmağa davam edirdi.  Darvinin dövründə nəzəriyyəni dəstəkləyən və böyük dəlil hesab edilən “rudiment  orqanlar”, “embrioloji rekapitulyasiya” və “homologiya” kimi məfhumlar da yeni  elmi kəşflər qarşısında bir-bir əsasını itirdi. Bütün bu mövzuları kitabın  sonrakı bölmələrində hərtərəfli şəkildə təhlil edəcəyik. Böhran içində olan   nəzəriyyə Darvinizmin irəli sürüldüyü gündən bəri qarşılaşdığı  problemlərin buraya qədər qısa şəkildə xülasəsini verdik. Bu maneələrin nə qədər  böyük olduğunu bir azdan araşdıracağıq. Bu saytdakı məqsədimiz təkamül nəzəriyyəsinin  bəzi insanların hesab etdiyi və ya göstərməyə çalışdığı kimi, açıq elmi həqiqət  olmadığını göstərməkdir. Əksinə, təkamül nəzəriyyəsi ilə elmi kəşflər müqayisə  edildikdə böyük ziddiyyət meydana gəlir. Populyasiya genetikası, müqayisəli  anatomiya, paleontologiya, molekulyar biologiya və biokimya kimi bir çox fərqli  sahədə təkamül nəzəriyyəsi “böhran” içindədir. Bu tərif avstraliyalı biokimyaçı və darvinizmin  tanınmış tənqidçisi prof. Maykl Denton tərəfindən verilmişdir. Denton 1985-ci  ildə nəşr edilən “Təkamül: böhran içində nəzəriyyə” (Evolution: a theory in crisis) adlı kitabında nəzəriyyəni müxtəlif  elm sahələrinin işığında təhlil etmiş və bu nəticəyə gəlmişdir ki, təbii seçmə  nəzəriyyəsi canlıların mənşəyini açıqlaya bilmir.6 Denton darvinizmi başqa düşüncə tərzinin  doğruluğunu göstərmək üçün tənqid etməmiş, sadəcə nəzəriyyəni elmi kəşflərlə  müqayisə etmişdir. Son 20 il ərzində hələ bir çox elm adamı təkamül nəzəriyyəsinin  elmi əsassızlığı haqqında çox mühüm elmi əsərlər yazmışlar. Bu  saytda təkamül nəzəriyyəsinin düşdüyü bu böhranı təhlil edəcəyik. Bəlkə bəzi  oxucular onlara izah edilməsinə baxmayaraq, təkamül nəzəriyyəsinə inanmaqdan əl  çəkməyəcəklər. Ancaq yenə də bu saytı oxumaları, heç olmasa inandıqları nəzəriyyənin  elmi kəşflər qarşısındakı əsl mövqeyini görmələri baxımından faydalı olacaq. |