| GERÇƏK TƏBİƏT TARİXİ -I(ONURĞASIZLARDAN  SÜRÜNƏNLƏRƏ)
 Təbiət  tarixi anlayışı bəzi insanlara təkamül nəzəriyyəsini xatırladır. Bunun səbəbi  bu istiqamətdə aparılan təbliğatdır. Bir çox ölkədə təbiət tarixi muzeyləri  materialist təkamülçü bioloqların nəzarətindədir və bu muzeylərdəki materiallar  da onlar tərəfindən şərh edilir. Tarixən yaşamış canlılar və bu canlılara aid  fosil izləri daima darvinist məfhumlarla birlikdə xatırlanır. Bunun bir nəticəsi  kimi, bir çox insan təbiət tarixini nəzərdən keçirdikdə “təkamül” adlanan  anlayışla qarşılaşacağını düşünür.  Lakin həqiqətlər çox fərqlidir. Təbiət tarixi bizlərə  müxtəlif canlı siniflərinin yer üzündə heç bir “təkamül” olmadan bir anda və  kompleks formaları ilə birlikdə meydana gəldiyini göstərir. Müxtəlif canlı növləri  müstəqil şəkildə, aralarında heç bir “ara forma” olmadan üzə çıxmışlar.Bu  fəsildə fosil qeydlərinə əsaslanaraq təbiətin gerçək tarixini təhlil edəcəyik. Canlıların təsnifatıCanlılar  bioloqlar tərəfindən təsnif olunurlar. “Taksonomiya” və ya “sistematika”  adlanan bu təsnifatın tarixi Linney kimi tanınan XVIII əsrin isveçli elm adamı  Karl von Linneyə qədər gedib çıxır. Linneyin tərtib etdiyi təsnifat sistemi  dövrümüzə qədər təkmilləşdirilərək davam etmişdir. Bu təsnifatda iyerarxik kateqoriyalar var. Canlılar  əvvəlcə “aləm”lərə ayrılırlar, bitkilər və ya heyvanlar aləmi kimi. Sonra bu aləmlər  öz daxilində şöbələrə bölünür. Şöbələr də alt qruplara ayrılır. Təsnifat  yuxarıdan aşağıya doğru belədir:  Aləm (Kingdom)Bu  gün bioloqların əksəriyyəti beş (və ya altı) ayrı aləm olduğunu qəbul edir.  Bitkilər və heyvanlardan başqa göbələklər, protista  (yosun və amöb kimi hüceyrə nüvəsi olan təkhüceyrəlilər) və monera  (bakteriyalar kimi hüceyrə nüvəsi olmayan təkhüceyrəlilər) hər biri ayrı aləm  hesab edilir. Bəzən bakteriyalar eubakteriya və arxeobakteriya adlanan iki  yarımqrupa ayrılırlar, bəzən də eubakteriya, arxeobakteriya və eukariot şəklində  üç aləmə bölünürlər. Bu aləmlərin ən mühümü, şübhəsiz, heyvanlar aləmidir.  Heyvanlar aləminin öz daxilindəki ən böyük təsnifat isə, əvvəldə də bildirdiyimiz  kimi, müxtəlif şöbələrdir. Bu şöbələr müəyyən edilərkən hər birinin tamamilə fərqli  bədən quruluşlarına malik olduqları nəzərə alınmışdır. Məsələn, artropodlar (həşəratlar, hörümçəklər və  digər buğumayaqlılar) ayrıca bir şöbədir və şöbəyə daxil edilən bütün canlılar,  əsasən, bənzər bədən quruluşuna malikdirlər. Chordata (xordalılar) adlandırılan şöbə isə notochord (embrionun arxa tərəfində onurğanı təşkil edən hüceyrə  yığınının əmələ gətirdiyi uzun xorda) və ya daha çox onurğaya malik olan  canlıları əhatə edir. Bizim üçün tanış olan balıqlar, quşlar, sürünənlər, məməlilər  kimi onurğaya malik olan heyvanların hamısı Chordatanın  yarımsinfi olan onurğalılar yarımtipinə daxildir.Şöbə/ tip (filum)
 Sinif (Class)
 Dəstə (Order)
 Fəsilə (Family)
 Cins (Genus, cəmi Genera)
 Növ (Species)
 Təqribən 35 fərqli canlı şöbəsi arasında osminoqlar  kimi yumşaqbədənli canlıları əhatə edən molyusklar şöbəsi və ya girdə  soxulcanların daxil olduğu nemotada şöbəsi kimi çox fərqli kateqoriyalar var. Bu kateqoriyaların ən mühüm xüsusiyyəti  isə, əvvəldə də bildirdiyimiz kimi, tamamilə fərqli bədən quruluşlarına malik  olmalarıdır. Şöbələrin yarımkateqoriyaları əsasən bənzər bədən quruluşlarına  malikdir, amma şöbələr bir-birlərindən çox fərqlidir.   Bioloji təsnifat haqqındakı bu ümumi məlumatdan  sonra indi də bu şöbələrin necə və nə zaman yer üzündə üzə çıxdıqları sualına  cavab verək. Fosillər  “həyat ağacını” təkzib edir... Əvvəlcə,  darvinizmin bu mövzudakı fərziyyəsini nəzərdən keçirək. Məlum olduğu kimi,  darvinizm canlıların bir ortaq əcdaddan törədiyini və kiçik dəyişikliklərlə  müxtəlifləşdiyini irəli sürür. Bu təqdirdə canlılar lap əvvəldən bir-birinə çox  bənzər və ibtidai formalarda ortaya çıxmış olmalıdır. Yenə eyni iddiaya əsasən,  canlıların bir-birlərindən fərqlənməsi və kompleksliklərinin artması da zaman ərzində  paralel baş verməlidir.
                          
                            |  Təkamülçü bioloq Ernst Hekkel
tərəfindən 1866-cı ildə çəkilən
«nəsil ağacı» |  Qısa desək, darvinizmə əsasən, canlılar bir kökdən gələn,  ancaq sonra budaqlara ayrılan ağac kimi olmalıdır. Belə ki, bu fərziyyə  darvinist mənbələrdə israrla vurğulanır və “həyat ağacı” (tree of life)  anlayışı tez-tez işlədilir. Bu həyat ağacına əsasən, canlılar arasındakı ən əsas  təsnifat vahidi olan şöbələr də sol tərəfdəki sxemdə göründüyü kimi, mərhələli  şəkildə ortaya çıxmış olmalıdır. Darvinizmə əsasən əvvəlcə bir şöbə əmələ gəlməli,  sonra digər şöbələr kiçik dəyişikliklərlə və uzun zaman kəsikləri ərzində  yavaş-yavaş meydana çıxmalıdır. Darvinizmin bu fərziyyəsinə əsasən, heyvan şöbələrinin  sayında da mərhələli artım baş verməlidir. Yan tərəfdəki şəkil darvinist fərziyyələrə  əsasən, heyv an şöbələrində nəzərdə tutulan mərhələli say artımını göstərir.Əsas  heyvan qrupları Kembri dövrünün “Kembri partlayışı” adlandırılan daha qısa  yarım dövründə ani surətdə üzə çıxmışdır. Stefen C.Meyer, Pol A.Nelson və Pol  Çien dərin elmi-ədəbi tədqiqata əsaslanan 2001-ci il tarixli məqalələrində  “Kembri partlayışı geoloji dövrün 5 milyon ildən artıq davam etməyən, çox dar  zaman intervalında əmələ gəlmişdir” yazırlar.56
 Darvinizmə əsasən, canlılar bu şəkildə inkişaf etməlidirlər.  Yaxşı, bəs, həqiqətən bu, belə olub?
 
 Qətiyyən yox. Əksinə, heyvanlar ilk dəfə üzə  çıxdıqları dövrdən etibarən çox fərqli və çox kompleksdirlər. Bu gün məlum olan bütün heyvan tipləri yer  üzündə eyni anda Kembri dövrü kimi tanınan geoloji dövrdə üzə çıxmışlar.  Kembri dövrü yaşı 570-505 milyon il kimi hesablanan 65 milyon illik geoloji  dövrdür.
 Bu dövrdən əvvəlki fosil qeydlərində təkhüceyrəli  canlılar və çox bəsit bir neçə çoxhüceyrəlidən başqa heç bir canlı izinə rast gəlinmir.  Kembri dövrü kimi olduqca qısa dövr ərzində isə (5 milyon il geoloji cəhətdən  çox qısa zaman kəsiyidir) bütün heyvan tipləri heç bir çatışmazlıq olmadan bir  anda üzə çıxmışlar! 
                          
                            | FOSİL QEYDLƏRİ TƏKAMÜL NƏZƏRİYYƏSİNİN ƏLEYHİNƏDİR.  |  
                            | TƏKAMÜL NƏZƏRİYYƏSİNƏ GÖRƏ TƏBİƏT TARİXİ  | FOSİL QEYDLƏRİNİN GÖSTƏRDİYİ ƏSL TƏBİƏT TARİXİ |  
                            | Təkamül nəzəriyyəsi əsas canlı qruplarının (növ və siniflərinin) eyni ortaq kökdən törədiyini və uzun zaman ərzində müxtəlifləşdiyini iddia edir. Yuxarıdakı sxem bu iddianı ifadə edir: darvinizmə görə bütün canlı növləri getdikcə şaxələnən ağac kimi genişlənməli idi. Fosil qeydləri isə bunun tamamilə əksini göstərir.
Aşağıdakı sxemdə göründüyü kimi, müxtəlif canlı qrupları yer üzündə ani surətdə və fərqli quruluşda meydana çıxmışdır. Kembri dövründə 100-ə yaxın əsas canlı tipi bir anda meydana çıxmışdır. Daha sonra isə bu canlı qruplarının sayı artmamış, əksinə azalmışdır. (Çünki bəzi canlı növlərinin nəsli kəsilmişdir) 
 |  Kembri qayalıqlarında tapılan fosillər ilbizlər,  trilobitlər, süngərlər, soxulcanlar, meduzalar, dəniz ulduzları, qabıqlı dəniz  canlıları və dəniz zanbaqları (crinoidea)  kimi çox fərqli canlılara aiddir. Bu təbəqədəki canlıların əksəriyyətində  dövrümüzdə yaşayan nümunələrindən heç bir fərqi olmayan göz, qəlsəmə, qan  dövranı kimi kompleks sistemlər, təkmil fizioloji formalar nəzərə çarpır. Bu  formalar həm çox kompleks, həm də çox fərqlidir. “Science news” yazıçılarından biri olan Riçard Monestarski Kembri  partlayışı haqqında belə məlumat verir: Yarım milyard il əvvəl... Bu gün gördüyümüz olduqca kompleks heyvan formaları ani surətdə üzə  çıxmışlar. Bu an 550 milyon il əvvəl Kembri dövrünün məhz başlanğıcına  uyğun gəlir ki, dənizlərin və yer üzünün ilk kompleks məxluqlarla dolması bu təkamül  xarakterli partlayışla başlamışdır. Dövrümüzdə dünyanın hər tərəfinə yayılmış onurğasız heyvan qrupları erkən  Kembri dövründə artıq mövcud idi və dövrümüzdə olduğu kimi, bir-birlərindən çox  fərqli idilər.57                         Eyni məqalədə Çinin Çenqcianq ərazisindəki Kembri təbəqələrini  tədqiq edən paleontoloq Jan Berqstrom belə deyir: “Çenqcianq faunası dövrümüzdəki  böyük heyvan tiplərinin erkən Kembri dövründə artıq mövcud olduğunu və bu gün  olduğu  kimi bir-birlərindən çox fərqli  olduğunu üzə çıxarır."58  Dünyanın anidən bir-birindən çox fərqli canlı tipləri  ilə necə dolub-daşması, heç bir ortaq əcdada malik olmayan fərqli canlıların  necə meydana gəlməsi təkamül nəzəriyyəsinin heç vaxt cavablandıra bilmədiyi  suallardır. Darvinizmin dünya səviyyəsində ən qabaqcıl tərəfdarlarından biri  olan ingilis bioloq Riçard Dokinz bu həqiqət haqqında belə deyir: ... Kembri təbəqələri əsas onurğas ız canlı qruplarını  tapdığımız ən qədim təbəqələrdir. Bunlar ilk dəfə ortaya çıxdıqları kimi həddindən  artıq təkamül keçirmiş şəkildədirlər. Sanki  heç bir təkamül tarixinə malik olmadan, o vəziyyətdə orada meydana gəliblər.59
 
                          
                            |  Bu  şəkil, Kembri dövründəki mürrəkəb quruluşa sahib canlıları təsvir edir. Belə fərqli  canlıların heç bir əcdadları olmadan meydana çıxması darvinst nəzəriyyəni  elə ilk mərhələdə mənasız  edir.
 |  Darvinizmin dünya səviyyəsindəki ən məşhur tənqidçilərindən  biri olan Berkeley və Kaliforniya Universitetinin professoru Filip Conson  paleontologiyanın üzə çıxardığı bu həqiqətin darvinizmlə açıq-aşkar ziddiyyət təşkil  etdiyini belə açıqlayır: Darvinist nəzəriyyə canlıların bir növ “getdikcə  genişlənən fərqlilik üçbucağı” çərçivəsində inkişaf etdiyini irəli sürür. Bu nəzəriyyəyə  əsasən, canlılar ilk canlı orqanizmdən və ya ilk heyvan növündən başlayaraq  getdikcə müxtəlifləşmiş və bioloji təsnifatın daha yuxarı kateqoriyalarını əmələ  gətirmişdir. Amma heyvan fosilləri bizə bu üçbucağın əslində başıaşağı  dayandığını göstərir:: şöbələr elə  ilk anda birlikdə var olmuşlar, sonra getdikcə sayları azalmışdır.60
 
                          
                            |  |  |  
                            | (Solda) 
                              Burqes  Şeyl fosil yatağında tapılan canlı fosillərindən  biri (Sağda) Marrella Kembri   dövrünə  aid  fosil |  Filip Consonun qeyd etdiyi kimi, canlı tiplərinin mərhələli  şəkildə əmələ gəlməsi bir tərəfə qalsın, bütün tiplər bir anda mövcud olmuşdur,  hətta sonrakı dövrlərdə bəzilərinin n əsli kəsilmişdir. 53-cü səhifədəki qrafiklər fosil qeydlərinin tiplərin  mənşəyi haqqında üzə çıxardığı bu həqiqəti göstərir: Göründüyü kimi, Kembridən əvvəlki (Prekembri) dövrdə  ancaq təkhüceyrəli canlılardan təşkil olunmuş üç fərqli tip var. Kembri dövründə  isə 60-100 arasında fərqli heyvan tipi bir anda ortaya çıxmışdır. Sonrakı dövrlərdə  isə bu tiplərin bir qisminin nəsli kəsilmiş, dövrümüzə qədər sadəcə bəzi tiplər  gəlib çıxmışdır. 
                          
                            |  Maraqlı  tikanlar: Kembri dövründə anidən meydana çıxan canlılardan biri Hallucigenia  (solda). Bunlara kimi xeyli Kembri canlısına aid fosillərdə  hücümlara qarşı  qorunmaq üçün tikanlar və ya sərt qabıqlar  mövcuddur. Heç bir “ovçu” canlının olmadığı bir dövrdə bu heyvanlar necə olur  ki, bu cür müdafiə sisteminə sahib olurlar. Ovçu heyvanın mövcud olmaması, bu məsələni  təbbi seçmə ilə açıqlamağı imkansız edir. Bu da Təkamül nəzəriyyəsinin cavabsız  qaldığı məqamlardan biridir.
 |  Elmi yazıçı Rocer Levin darvinizmin həyatın tarixi  haqqındakı bütün fərziyyələrini məhv edən bu qeyri-adi vəziyyətdən belə bəhs  edir: “Heyvanların ümumi tarixindəki ən mühüm təkamül  xarakterli hadisə” kimi tanınan Kembri partlayışı daha sonra da varlıqlarını  qoruyacaq bütün əsas canlı formalarını (tiplərini) üzə çıxarmışdır. Bunların  bir qisminin daha sonra nəsli kəsilmişdir. Hal-hazırda mövcud olan 30 fərqli heyvan tipi ilə müqayisə edildikdə Kembri  partlayışının təqribən 100-ə qədər fərqli tipi üzə çıxardığı təxmin edilir.61 Burqes Şeyl fosil yatağı Levin darvinizmə olan sədaqəti naminə Kembri  dövründəki bu qeyri-adi hadisəni “təkamül xarakterli hadisə” kimi tanıtmağa  davam edir, amma əldə olan tapıntıların təkamüllə heç bir əlaqəsi yoxdur.  Maraqlısı budur ki, yeni fosil tapıntıları  təkamül nəzəriyyəsinin Kembri problemini getdikcə daha da böyüdür.
Məşhur  elmi jurnal olan “Trends in genetics” (TİG) 1999-cu il fevral tarixli say ında  bu mövzudan bəh  s  edir. Kanadanın Britiş Kolumbiya əyalətində yerləşən Burqes Şeyl adlı fosil  yatağındakı Kembri dövrü fosillərindən bəhs edilən məqalədə bu ərazidəki fosil  tapıntılarının təkamül nəzəriyyəsinin iddialarını heç cür təsdiqləmədiyi qəbul  edilir Burqes Şeyldəki sözügedən fosil yatağı dövrümüzün  mühüm paleontoloji tapıntılarından biri hesab edilir. Kembri dövrünə adi bu  canlı fosillərinin xüsusiyyəti çox fərqli şöbələrə aid olmaları və əvvəlki təbəqələrdə  heç bir əcdadları olmadan bir anda ortaya çıxmalarıdır. “TİG” jurnalı  darvinizmin qarşısındakı bu böyük paleontoloji problemi belə ifadə edir: Kiçik bir məkanda tapılmış bu fosillərin təkamül  biologiyasındakı bu böyük problemlə əlaqədar qızğın mübahisənin tam mərkəzində  yer alması olduqca qəribə görünə bilər. Lakin bu mübahisələrə səbəb olan şey  Kembri dövründə yaşayan heyvanların fosil qeydlərində təəccüblü dərəcədə çox və  birdən-birə üzə çıxmalarıdır. Radiometrik tarixləndirmənin qəti nəticələri və  ya getdikcə artan yeni fosil tapıntıları isə bu bioloji inqilabın aniliyini və  sahəsini kəskinləşdirmişdir. Canlılar aləmindəki bu böyük dəyişiklik bir  açıqlama tələb edir. İndiyə qədər bir çox tezis irəli sürülsə də, heç biri  inandırıcı olmamışdır.62  “Heç bi ri inandırıc  ı  olmayan” bu fikirlər təkamülçü paleontoloqlara aiddir. “TİG” jurnalı bu mövzuda  iki məşhur nüfuzlu şəxsdən bəhs edir: Stefen J.Quld və Saymon Konvey Moris. Hər  ikisi də Burqes Şeyldəki “ani surətdə üzə çıxmanı” təkamüllə açıqlamaq üçün  kitab yazmışdır. Quldun kitabı “Qəribə həyat” (Wonderful life), Morisin kitabı  isə “Yaradılış küpü: Burqes Şeyl və canlıların meydana gəlməsi” (The crucible  of greation: The Burgess Shale and the rise of animals) adlanır. Ancaq bu iki  müəllifin heç biri “TİG”  jurnalının  vurğuladığı kimi, nə Burqes Şeyl fosillərini, nə də ümumiyyətlə, Kembri dövrünə  aid digər fosil qeydlərini heç cür açıqlaya bilmir. Bütün canlı tiplərinin eyni anda üzə çıxması Kembri partlayışı tədqiq edildikcə onun təkamül nəzəriyyəsi  üçün nə qədər çətin, çıxılmaz vəziyyət olduğu açıq-aşkar üzə çıxır. Son illərdəki  tapıntılar ən əsas heyvan sinifləri olan şöbələrin, demək olar ki, hamısının  Kembri dövründə ani surətdə ortaya çıxdığını göstərir. “Science” (Elm) jurnalında 2001-ci ildə dərc edilən  bir məqalədə “təqribən 545 milyon il əvvəl yaşanmış Kembri dövrünün başlanğıcı  bu gün hələ də canlılar aləminə hakim olan, demək olar ki, bütün heyvan növlərinin  (filumların) fosil qeydlərində ani surətdə ortaya çıxmasına səhnə oldu” deyilir.63Eyni məqalədə bu cür kompleks və bir-birindən tamamilə  fərqli canlı qruplarının təkamül nəzəriyyəsinə görə açıqlanması üçün əvvəlki  dövrlərə aid çox zəngin və mərhələli inkişafı göstərən fosil yataqlarının  olmasının lazım gəldiyi, amma bundan əsər-əlamət olmadığı belə açıqlanır: “Bu  müxtəlifləşən təkamül və yayılma da özündən daha əvvəl yaşamalı olan bir qrup  canlının mövcud olmasını tələb edir, amma buna dair bir fosil dəlili yoxdur."64
 
                          
                            |  Kembri dövrünə aid
canlıları təsvir edən
digər xəyali rəsm
 |  Kembri dövrü fosillərinin ortaya qoyduğu bu mənzərə  təkamül nəzəriyyəsinin fərziyyələrini təkzib edərkən bir tərəfdən də fövqəltəbii  yaradılışla var olduqlarını göstərən çox önəmli bir dəlildir. Təkamülçü bioloq  Duqlas Futuyma bu həqiqəti belə açıqlayır: Canlılar dünyada ya tamamilə mükəmməl və tam şəkildə  üzə çıxmışdırlar, ya da özlərindən əvvəl mövcud olan bəzi canlı növlərindən təkamül  yolu ilə meydana gəlmişlər. Əgər tam və  mükəmməl şəkildə ortaya çıxmışlarsa, deməli, üstün bir Ağıl tərəfindən yaradılmışdırlar.65 Göründüyü kimi, fosil qeydləri canlıların təkamülün  iddia etdiyi kimi ibtidaidən aliyə doğru bir proses keçirdiyini deyil, bir anda  və ən mükəmməl şəkildə üzə çıxdıqlarını göstərir. Bu isə canlıların şüursuz təbii  proseslərlə deyil, şüurlu yaradılışla var olduğuna dəlildir. Nyu York Steyt  Universitetindən ekologiya və təkamül professoru Cefri S.Levinton “Elmi  amerikan” (Scientific american) jurnalında yazdığı “Heyvan təkamülünün Biq bənqi”  adlı bir məqaləsində bu həqiqəti istəmədən də olsa, qəbul edir və “Kembri  dövründə çox xüsusi və sirli yaradıcı gücün varlığını görürük” deyir.66 Molekulyar müqayisələr təkamülün Kembri müəmmasını dərinləşdirir Təkamül nəzəriyyəsini Kembri partlayışı ilə əlaqədar  çıxılmaz vəziyyətə salan digər həqiqət isə fərqli canlı kateqoriyaları arasında  aparılan genetik müqayisələrdir. Bu müqayisələrin nəticələri təkamülçü  bioloqların yaxın dövrə qədər “yaxın qohum” hesab etdikləri heyvan  kateqoriyalarının genetik cəhətdən çox fərqli olduqlarını üzə çıxarır, beləliklə,  onsuz da yalnız nəzəriyyə şəklində mövcud olan “ara forma” fərziyyələrini  kökündən məhv edir. “Proceedings of the National Academy of Sciences”  jurnalında 6 elm adamının imzası altında dərc olunmuş 2000-ci il tarixli bir məqalədə DNT  analizlərinin “əvvəllər ara forma hesab edilən” kateqoriyaları bu siyahıdan  çıxardığı belə açıqlanır: DNT ardıcıllığı analizləri filogenetik ağaclar  haqqında yeni izahlar verir. Metazoa (çoxhüceyrəli canlılar) ağacının ən  aşağısında yer alan və daha əvvəl bir-birini təqib edən komplekslik dərəcələrini  təmsil edən canlı sinifləri ağacın daha yuxarı hissələrinə doğru yerlərini dəyişdirirlər.  Bunun nəticəsində geridə heç bir “ara forma” qalmır və bizi bilateria (hər iki tərəfi simmetrik  orqanizmə malik canlıların) kompleksliyinin mənşəyi haqqında yenidən düşünməyə  vadar edir.67 Eyni məqalədə təkamülçü müəlliflər daha əvvəl süngərlər, cnidaria, ctenophora kimi onurğasız dəniz canlıları qrupları arasında “ara  forma” hesab etdikləri bəzi kateqoriyaların yeni genetik məlumatlar səbəbi ilə  artıq belə hesab edilməyəcəklərini bildirir və bu cür təkamül ağacları uydurma  məsələsində artıq “ümidlərini itirdiklərini” belə ifadə edirlər:Yeni  molekulyar əsaslı filogeniyanın bəzi mühüm nəticələri var. Bunlardan ən mühümü  süngərlər, cnidaria və ctenophora arasındakı “ara forma” siniflərinin  və bilaterial canlıların son ortaq əcdadının, yəni “urbilateria”nın aradan  qalxmasıdır... Bunun təbii nəticəsi olaraq urbilateriyaya gedən nəsil ağacında  çox böyük boşluğumuz var... Mərhələli şəkildə getdikcə artan komplekslik  ssenarisi vasitəsilə “boşluqdakı əcdadı” yenidən inşa etməklə bağlı ümidimizi  (klassik təkamül məntiqində bu vasitəyə çox müraciət olunub) itirmişik.68 Trilobitlər və Darvin Kembri dövründə ani surətdə üzə çıxan müxtəlif canlı  tiplərinin ən maraqlılarından biri sonradan nəsli kəsilmiş trilobitlərdir. Artropodlar (buğumayaqlılar) tipinə  daxil olan trilobitlər bərk qabıqları, buğumlu bədənləri və kompleks orqanları  ilə çox mürəkkəb canlılardır. Fosil qeydləri trilobitlərin gözləri haqqında da  çox ətraflı məlumatlar əldə edilməsini təmin etmişdir. Bir trilobit gözü yüzlərlə  kiçik pətək gözdən ibarətdir və bu pətək gözlərdən hər birinin içində cüt göz  bülluru var. Bu göz quruluşu əsl yaradılış möcüzəsidir. Harvard, Roçester və  Çikaqo universitetlərindən geologiya professoru Deyvid Roup “450 milyon il əvvəl  yaşamış trilobitlərin gözündə ancaq dövrümüzdə yaxşı təhsil almış və təxəyyülü  olduqca güclü olan optika mühəndisi tərəfindən təkmilləşdiriləcək qədər mükəmməl  dizayn vardır” deyir.69 Budur, sadəcə trilobitlərin bu qeyri-adi kompleks  quruluşu belə darvinizmi tək başına əsassız edir. Çünki daha əvvəlki geoloji  dövrlərdə bu canlılara bənzər heç bir kompleks canlı yaşamamışdır və bu da göstərir  ki, trilobitlər heç bir təkamül prosesi olmadan üzə çıxmışdırlar. “Elm”  (Science) jurnalındakı 2001-ci il tarixli bir məqalədə belə deyilir: 
                          
                            |  Trilobitlərin gözü, hər biri cüt göz bülluru  olan yüzlərlə kiçik pətək gözdən  ibarət  bir yaradılış möcüzəsidir.
 |  Buğumayaqlı filogeniyalarının kadist təhlilləri  (müqayisəli anatomiyaya əsaslanan üsullarla aparılan təhlillər) trilobitlərin eucrustacea kimi artropod ağacındakı  olduqca təkmil “budaqlar” olduğunu göstərir. Bu iddia edilən təkmil buğumayaqlı  əcdadların varlığına dair isə heç bir fosil yoxdur... (Trilobitlərin) daha qədim  mənşəyi olduğu kəşf edilsə belə, yenə də Kembri dövrünün əvvəlindəki bu qısa  zaman kəsiyində nə üçün bu qədər çox heyvanın bədən ölçüsü baxımından  böyüdüyünü və qabıq qazandığını açıqlamaq problem olaraq qalacaqdır.70 
                          
                            |  Darvin “əgər nəzəriyəm doğrudursa, trilobitlərdən əvvəlki  dövrlər, bu canlıların ataları ilə dolub daşmalıdır”. Amma Darvinin xəyal etdiyi  bu canlılardan bir dənə belə tapılmamışdır. |  Kembri dövründəki bu qeyri-adi vəziyyət Çarlz Darvin  “Növlərin mənşəyi”ni qələmə alarkən də az-çox məlum idi. O dövrün fosil qeydlərində  də Kembri dövründə canlıların birdən-birə ortaya çıxdığı müşahidə edilmiş,  trilobitlərin və digər bəzi onurğasızların ani surətdə üzə çıxdıqları müəyyən  edilmişdi. Buna görə Darvin “Növlərin mənşəyi” adlı kitabında bu mövzuya  toxunmaq məcburiyyətində qaldı. O dövrlərdə Kembri dövrü Silur dövrü  adlandırılırdı. Darvin isə “məlum olan qədim fosil qeydlərində fərqli növlərin  ani surətdə üzə çıxmasına dair” başlığı altında bu mövzuya toxunmuş və Silur  dövrü haqqında belə yazmışdı: Beləliklə,  əgər  mənim nəzəriyyəm doğrudursa, ən qədim silur təbəqəsinin əmələ gəlməsindən əvvəl  çox uzun zaman kəsikləri keçməlidir, Silur dövründən bu günə qədər keçmiş zaman  qədər uzun zaman kəsikləri. Lakin hələ də məlum olmayan bu zaman kəsikləri ərzində  dünya canlı məxluqlarla dolub-daşmış olmalıdır. Bu böyük zaman kəsiklərinə aid  fosil qeydlərini nə üçün tapa bilməməyimiz sualına isə verəcək qənaətbəxş  cavabım yoxdur.71 Darvin “əgər nəzəriyyəm doğrudursa, dünya Silur  (Kembri) dövründən əvvəl yaşayan canlılarla dolub-daşmalıdır” demişdi. Bu  canlıların nə üçün heç bir fosili olmaması sualına isə bütün kitabı boyu təkrarladığı  “fosillər çox azdır” bəhanəsilə cavab tapmağa çalışmışdı. Amma bu gün fosil  qeydlərinin kifayət qədər olduğu və Kembri dövrü canlılarının əcdadları  olmadığı üzə çıxmışdır. Bu isə Darvinin “əgər nəzəriyyəm doğrudursa” deyə  başladığı cümləsini əksinə çevirməyimizi tələb edir; Darvinin fərziyyələri əsasını  tapmamışdır və ona görə də nəzəriyyəsi doğru deyil. Kembri dövrünə aid qeydlər həm trilobitlər kimi  kompleks canlı orqani zmlərlə, həm də çox fərqli canlı orqanizmlərinin eyni  anda ortaya çıxması ilə darvinizmi təkzib edir. Darvin kitabında “əgər eyni sinifə aid çox saydakı növ həqiqətən  həyata bir anda və birlikdə başlayıbsa, bu təbii seçmə ilə ortaq əcdaddan təkamül  keçirmə nəzəriyyəsinə öldürücü zərbə olar” deyə yazmışdır.72Kembri dövründə isə əvvəlcədən də bildirdiyimiz kimi,  növlər kimi bənzər kateqoriyalar bir tərəfə, 60-100 müxtəlif fərqli heyvan tipi  həyata bir anda və birlikdə başlamışdır. Bu tam mənada Darvinin “öldürücü zərbə”  kimi tərif etdiyi mənzərəni sübut edir. Buna görə isveçli paleontoloq Stefan  Benqston Kembri dövründən bəhs edərkən “Darvini  təəccübləndirən və utandıran bu hadisə bizi də təəccübləndirir” deyir.73 Trilobitlər haqqında digər məsələ də bu canlılardakı  530 milyon illik pətək göz sisteminin bu günə qədər heç dəyişmədən gəlib  çatmasıdır. Arı və ya cırcırama kimi dövrümüzdə yaşayan bəzi həşəratlar da eyni  göz quruluşuna malikdir.74 Bu tapıntı təkamül nəzəriyyəsinin canlıların ibtidaidən  aliyə doğru inkişaf etməsi iddiasına da “öldürücü zərbə” vurur.  Onurğalı canlıların təkamülü iddiası Kembri dövründə ani surətdə üzə çıxan heyvan tiplərindən  biri əvvəldə bildirdiyimiz kimi, mərkəzi sinir sisteminə malik olan chordata (xordalılar) tipidir. Chordata və ya dilimizdəki qarşılığı ilə  xordalıların yarımtipi isə onurğalılardır. Balıqlar, amfibiyalar (suda-quruda  yaşayanlar), sürünənlər, quşlar və məməlilər kimi əsas siniflərə ayrılan  onurğalılar, şübhəsiz, heyvanlar aləminin ən mühüm canlılarını təşkil edirlər.  Təkamülçü paleontoloqlar hər canlı şöbəsini başqa  bir şöbənin təkamül xarakterli davamı kimi görməyə çalışdıqları üçün  xordalıların başqa bir onurğasız şöbəsindən təkamül yolu ilə əmələ gəldiyini  iddia edirlər. Ancaq bütün şöbələr kimi, chordata şöbəsinin üzvlərinin də Kembri dövründə üzə çıxması bu iddianı elə başından əsassız  hala salır.Əvvəlki  səhifələrdə bildirdiyimiz kimi, 1999-cu ildə 530 milyon illik Kembri balıqları  tapılmışdır və bu tapıntı təkamül nəzəriyyəsinin bu mövzudakı bütün  iddialarının yanlış olduğunu isbat etmək üçün kifayətdir. Kembri dövründə müəyyən edilən ən qədim xordalı isə pikaia adlandırılan, uzun bədənə malik  olan və ilk baxışda soxulcanları xatırladan dəniz canlısıdır.75Pikaia əcdadı kimi, irəli sürülən bütün digər şöbələrdəki növlərlə eyni anda və heç  bir ara forma olmadan ortaya çıxmışdır. Təkamülçü bioloq prof. Mustafa Kuru  “Onurğalı heyvanlar” adlı kitabında bu ara forma yoxluğunu belə ifadə edir:Xordalıların  onurğasız heyvanlardan əmələ gəlməsinə şübhə yoxdur. Ancaq onurğasızlarla  xordalılar arasındakı keçidi işıqlandıran bir fosilin tapılmaması bu mövzuda  bir çox fərziyyənin irəli sürülməsinə səbəb olmuşdur.76 Əgər ortada bir ara keçid forma yoxdursa, necə olur  ki, “bu təkamülün baş verdiyinə şübhə yoxdur” deyilə bilir? Bir fərziyyəni onu  dəstəkləyən dəlil olmadığı halda, heç şübhə olmadan qəbul etmək elmi deyil,  doqmatik davranışdır. Belə ki, cənab prof. Kuru yuxarıdakı ifadəsindən sonra  onurğalıların mənşəyi haqqındakı təkamülçü fərziyyələrdən uzun-uzadı bəhs  etdikdən sonra ortada bir dəlil olmadığını bir daha qəbul etmək məcburiyyətində  qalır:Xordalıların  mənşəyi və təkamülü məsələsində yuxarıda bildirilən fikirlər hər hansı bir  fosil qeydinə əsaslanmadığına görə, həmişə şübhə ilə qarşılanmışdır.77 Təkamülçü bioloqlar bəzən “xordalıların və digər  onurğalıların mənşəyilə bağlı fosil tapılmamasının səbəbi onurğasız canlıların  yumşaqtoxumalı olmaları və ona görə də fosil izi qoymamalarıdır” kimi açıqlama  verirlər. Lakin əslində bu açıqlama doğru deyil, çünki onurğasız canlılara aid  də çox sayda fosil qalığı var. Kembri dövrü canlılarının hamısı onurğasızdır və  bu növlərə aid on minlərlə fosil nümunəsi tapılmışdır. Məsələn, Kanadadakı  Burqes Şeyl yatağında yumşaqtoxumalı bir çox canlılnın fosili var, elm adamları  Burqes Şeyl kimi bölgələrdə canlıların oksigen faizi çox aşağı olan palçıq təbəqələri  ilə birdən-birə örtüldüklərini və bu sayədə yumşaqtoxumalıların dağılmadan  fosilləşdiyini düşünürlər.78 Təkamül nəzəriyyəsi pikaia kimi ilk xordalıların da zaman ərzində balıqlara  çevrildiyini güman edir. Ancaq “xordalıların təkamülü” iddiasını dəstəkləyən hər  hansı ara forma fosili tapılmadığı kimi, “balıqların təkamülü” iddiasını dəstəkləyən  fosil də yoxdur. Əksinə, bütün fərqli balıq kateqoriyaları fosil qeydlərində  bir anda və heç bir əcdadları olmadan üzə çıxmışdırlar. Robert Karol təkamülçülərin qədim dövr onurğalıları  arasındakı müxtəlif siniflərin mənşəyi ilə əlaqədar düşdükləri çıxılmaz vəziyyəti  belə etiraf edir:Hələ də başıxordalılar və kəlləlilər arasındakı keçidlə  bağlı heç bir dəlilimiz yoxdur. Onsuz da   kəlləlilərin fosillərdə saxlamasını gözlədiyimiz bütün əyani xüsusiyyətləri  kifayət qədər məlumatımız olan  ən qədim  dövrə aid olan onurğalılar sərgiləyir. Çənəli  onurğalıların mənşəyini üzə çıxaracaq məlum heç bir fosil yoxdur.79 
 
                          
                            |  Elmə məlum olan ən qədim xordalı canlı-Pikaia fosili və canlının təxmini anatomik quruluşu.
 |  Başqa bir təkamülçü paleontoloq Cerald T.Tod  “Sümüklü balıqların təkamülü” adlı məqaləsində bu həqiqət qarşısında bu cür  çarəsiz sualları sıralayır: Sümüklü balıqların hər üç sinfi də fosil təbəqələrində  eyni anda və ani surətdə ortaya çıxırlar... Bəs bunların mənşəyi nədir? Bu cür  fərqli və kompleks məxluqları ortaya çıxaran nədir? Nə üçün onların əcdadları  olan canlıların izlərindən əsər-əlamət yoxdur?80 
 
 
                          
                            | BALIQLARIN KEÇMİŞİ  Fosil qeydləri, digər canlı sinifləmələri kimi  balıqlarında yey üzündə birdən  bə fərqli  quruluşları ilə  meydan çıxdıqlarını göstərməkdədir.Balıqlar,  arxalarında heç bir “təkamül” mərhələsi olmadan, qüsursuz anatımiyaları ilə bir  anda yaradılmışlar
 |  
                          
                            |  (Solda) Brazilyadakı  Santana fosil  mədənində tapılan 110  milyon illik balıq fosilləri, (Sağda) Devonien  dövrünə aid,təxminən 360 milyon illik balq fosili. Osteolepis panderi  adlandırılan canlı təxminən 20 sm uzunluğunda və günümüzdə yaşayan balıqlara  cox oxşayır.
 |  Quruda yaşayan canlıların təkamülü iddiası Dördayaqlılar (tetrapodlar) quruda yaşayan onurğalı  canlılara verilən ümumi addır. Bu təsnifata amfibiyalar, sürünənlər və məməlilər  daxildir. Təkamül nəzəriyyəsinə əsasən, dördayaqlılar suda yaşayan balıqlardan  təkamül yolu ilə törəyiblər. Lakin bu iddia həm fizioloji və anatomik cəhətdən  ziddiyyətlidir, həm də fosil qeydləri baxımından əsassızdır.  Bir balıq quruda yaşamağa uyğunlaşmaq üçün tənəffüs  sistemi, ifrazat mexanizmi, skelet quruluşu kimi fərqli yerlərində çox böyük dəyişikliklər  keçirməlidir. Qəlsəmələr ağciyərə çevrilməli, üzgəclər bədən ağırlığını  daşıyacaq şəkildə ayaq xüsusiyyəti qazanmalı, orqanizmin artıqlarını təmizləmək  üçün böyrəklər əmələ gəlməli, dəri maye itirməsinin qarşısını alan forma  qazanmalıdır. Bütün bu dəyişikliklər baş vermədikcə bir balıq quruya çıxdıqda ən  çox bir neçə dəqiqə yaşaya bilər.Bəs  quruda yaşayan canlıların mənşəyi təkamül nəzəriyyəsinə əsasən necə açıqlanır?  Təkamülçü ədəbiyyata baxdıqda bu mövzuda bəzi səthi şərhlərin lamarkist məntiq daşıdığını görə bilərik.  Məsələn, üzgəclərin ayaqlara çevrilməsi haqqında “üzgəclər balıqların quruda  sürünməyə çalışması ilə yavaş-yavaş ayaq formasına çevrildi” kimi izahlar  verilir. Türkiyənin qabaqcıl təkamülçü elm adamlarından biri olan prof. Əli Dəmirsoy  belə yazır: “Bəlkə palçıqlı sularda sürünə-sürünə bu ağciyərli balıqların üzgəcləri  bir müddət sonra amfibiya ayağı kimi formalaşmışdır."81 Bu izahlar əvvəldə də bildirdiyimiz kimi, lamarkist məntiqə  əsaslanır. Çünki izahın əsasında “istifadəyə yararlı orqanın təkmilləşməsi” və  bunun sonrakı nəsillərə ötürülməsi anlayışları durur. Lamarkın bir əsr əvvəl  elmdən kənarlaşdırılmış nəzəriyyəsi göründüyü kimi, hələ də təkamülçü  bioloqların şüurunda böyük təsirə malikdir.  Sözügedən lamarkist və dolayısı ilə, elmdənkənar ssenariləri bir kənara  qoysaq, təbii seçmə və mutasiyaya əsaslanan ssenariləri təhlil etməliyik. Bu  mexanizmləri düşündükdə isə sudan quruya keçid iddiasının tamamilə çıxılmaz vəziyyət  olduğunu görürük.  
                          
                            |  Təkamül  tərəfdarı olan nəşrlərdə  yuxarıdakı şəklə  oxşar xəyali rəsimlərlə müdafiə edilən sudan  quruya keçiş senarisi, gərçəkdə təkamül nəzəriyyəsinin öz qəbul etdikləri ilə  zidd olan  Lamar kist  məntiqlərə əsaslanmaqdadır. |  Sudan quruya çıxan bir balığın quruya necə  uyğunlaşdığını düşünək: əgər bu balıq tənəffüs sistemi, ifraz at mexanizmi,  skelet quruluşu kimi fərqli cəhətlərdən çox sürətlə dəyişiklik keçirməsə, heç  şübhəsiz, öləcəkdir. Elə bir mutasiya zənciri olmalıdır ki, bu, balığa dərhal  bir ağciyər qazandırmalı, üzgəclərini ayaqlara çevirməli, ona böyrək əlavə etməli,  dərisini su saxlayacaq formaya salmalıdır. Bu mutasiya zəncirinin bir heyvanın  həyatı ərzində baş verməsi də labüddür.  Belə bir mutasiya zəncirini heç bir təkamülçü  bioloq müdafiə etmir,  çünki bu düşüncənin  cəfəngliyi və qeyri-mümkünlüyü ortadadır. Bunun əvəzində təkamülçülər “ön  adaptasiya” (pre-adaptation) anlayışını işlədirlər. Bunun mənası balıqların  quruda yaşamaq üçün lazım olan dəyişiklikləri hələ suda yaşayarkən əldə etmələridir.  Yəni bu nəzəriyyəyə əsasən, bir balıq növü hələ suda yaşayarkən və heç ehtiyacı  yox ikən quruda yaşamasını təmin edən xüsusiyyətləri qazanmışdır. “Hazır”  formaya düşdükcə isə quruya çıxıb burada yaşamağa başlamışdır.Ancaq  belə bir ssenarinin təkamül nəzəriyyəsinin öz fərziyyələri daxilində belə məntiq  yoxdur. Çünki dənizdə yaşayan bir canlının quruda yaşamağa uyğun xüsusiyyətlər  qazanması onun üçün bir üstünlük olmaz. Ona görə də bu xüsusiyyətlərin təbii  seçmə tərəfindən seçilib əmələ gəldiyini irəli sürməyin heç bir məntiqli əsası  yoxdur. Əksinə, təbii seçmə “ön adaptasiya” keçirən bir canlını aradan  çıxarmalıdır, çünki bu canlı quruda yaşamağa uyğun xüsusiyyətlər qazandıqca dənizdə  yaşamaq üçün qeyri-uyğun formaya düşəcəkdir. 
                          
                            |  Qurbağaların mənşəyində də təkamül yoxdur.  Bilinən ən qədim qurbağalar,balıqlardan tamamilə fərqli onlara xas quruluşları  ilə meydana çıxmışdır.Bu günkü qurbağalarla eyni xüsusiyyətlərə sahibdirlər.  Dominikan respublikasında tapılan amber içindəki qurbağa fosili ilə yaşayan  nümunələri arasında heç bir fərq yoxdurr. |  Qısa desək, “dənizdən  quruya keçid” ssenarisi tamamilə çıxılmaz vəziyyətdədir. “Təbiət” (Nature)  jurnalının redaktoru Henri Cinin bu ssenarini qeyri-elmi hekayə hesab etməsinin  səbəbi budur:Təkamüllə  bağlı “itmiş halqalarla”  bağlı ənənəvi  hekayələr də bir-birilə ziddiyyət təşkil edir, çünki hadisələrin yeganə ehtimal olunan gedişatı  var – hekayədə ifadə edilən. Əgər hekayənizdə bir qrup balığın necə quruya  doğru iməklədiyi və ayaqlarının necə təkamül keçirdiyindən bəhs edilirsə, bunu  ancaq bir dəfə baş verəcək hadisə kimi görməkdə çətinlik çəkirik, çünki hekayənin  gedişatı budur. Hekayəyə ya etibar edəcəksiniz, ya da etməyəcəksiniz, başqa  alternativ yoxdur.82 Təkcə təkamülün “mexanizmləri” deyil, fosil qeydləri və  yaşayan tetrapodlar üzərində aparılan tədqiqatlar nəticəsində əldə edilən  tapıntılar da təkamül nəzəriyyəsinin çıxılmaz vəziyyətdə olduğunu açıq şəkildə  göstərir. Robert Karol “nə fosil qeydləri, nə də müasir familiya cinslərindəki  irəliləyişlər üzərindəki elmi fəaliyyətlər hələ də tetrapodların bədəninə  oynaqlarla bağlanan orqan cütlərinin necə təkamül keçirdiyinə dair tam fikir  söyləyə bilmir” deyə etiraf etmək məcburiyyətində qalır.83  
                          
                            |  Gec Devonyen dövrünə aid  Kanada da tapılan Eusthenopteron foordi  fosili |  Balıqlarla quruda yaşayan canlılar arasındakı keçidi  göstərdiyi iddia edilən canlılar isə əslində müxtəlif balıq və suda-quruda  yaşayan canlı növləridir, bunların heç birində ara keçid forması xüsusiyyəti  yoxdur.  Təkamülçü təbiət tarixçiləri, əsasən, rhipidistian və ya selakant siniflərinə aid balıqları dördayaqlıların əcdadı hesab  edirlər. Bunlar crossopterygian dəstəsinə  aid balıqlardır və təkamülçüləri ümidləndirən yeganə xüsusiyyətləri üzgəclərinin  digər balıqlara nisbətən “ətli” olmasıdır. Lakin bu balıqların heç biri ara  keçid forması deyil və suda-quruda yaşayanlarla aralarında anatomik və fizioloji  cəhətdən uçurumlar var. Balıqların suda-quruda yaşayanların təkamül əcdadı  hesab edilməməsinin ən mühüm səbəblərindən biri aralarındakı çox böyük anatomik  fərqlərdir. Bunun iki nümunəsi tetrapodların mənşəyi ilə bağlı təkamül ssenarilərinin  çoxunda istifadə edilən eusthenopteron (nəsli kəsilmiş balıq) və aconthostegadır.  (nəsli kəsilmiş suda-quruda yaşayan). Robert Karol “Onurğalıların təkamül  modelləri və prosesləri” (Patterns and processes of vertebrate evolution) adlı  kitabında aralarında təkamül xarakterli əlaqə olduğu iddia edilən bu canlılar  haqqında belə şərh verir: Eusthenopteron və acanthostega balıq və suda-quruda  yaşayanlar arasındakı keçidin son mərhələsi hesab edilə bilər. Bu iki cins  arasında müqayisə ediləcək 145 anatomik xüsusiyyətdən 91-i quruda yaşamağa  uyğunlaşmağa meyilli dəyişikliklər göstərmişdir... Bu, paleozoik tetrapodların  on beş əsas qrupunun mənşəyi ilə bağlı keçidlərin hər hansı birində üzə çıxan dəyişikliklərin  sayından daha çoxdur.84  145 anatomik xüsusiyyət üzərində 91 dəyişiklik... Təkamülçülər  bütün bunların təqribən 15 milyon illik proses ərzində bir sıra təsadüfi  mutasiya nəticəsində əmələ gəldiyinə inanırlar.85Bu cür qeyri-mümkün bir ssenariyə inanmaq təkamül nəzəriyyəsini  xilas etmək üçün lazım ola bilər, ancaq bu elmə və məntiqə zidd inancdır. Eyni  vəziyyət digər balıq-amfibiya (suda-quruda yaşayan) ssenariləri üçün də keçərlidir.  “Təbiət” (Nature) jurnalının redaktoru Henri Ci ichthyostega (acanthostegaya  çox bənzəyən xüsusiyyətləri olan nəsli kəsilmiş suda-quruda yaşayan) üzərində  qurulmuş başqa bir ssenari haqqında belə şərh verir:İchthyosteganın balıqlar və daha  sonrakı dövr tetrapodları arasındakı itmiş halqa olduğuna dair açıqlama daha  çox ön mühakimələrimizi ortaya qoyur. Həqiqət bizim təsəvvür etdiyimizdən daha  böyük, daha əcaib və daha fərqli olduğu zaman həqiqətin üzərində öz məhdud təcrübəmizi  əsas götürərək məhdudlaşdırılmış fikri nə cür qəbul etdirdiyimizi göstərir.86 Suda-quruda yaşayanların mənşəyi ilə başqa diqqətçəkən  digər bir xüsusiyyət isə üç suda-quruda yaşayan kateqoriyanın ani surətdə üzə  çıxmasıdır. R.Karol “qurbağalar, əsl ayaqsızlar (caecilidae) və salamandrların ən qədim fosillərinin hamısı Erkən  Yura dövründən Orta Yura dövrünə qədər görünür. Hamısı hal-hazırda yaşayan xələflərinin  mühüm xüsusiyyətlərindən çoxunu daşıyır"87deyir. Başqa sözlə, bu heyvanlar ani surətdə üzə  çıxmışlar və o dövrdən bəri heç bir “təkamülə” məruz qalmamışdırlar. Selakant (Cœlacanth) haqqındakı təkamülçü fərziyyələr Selakant sinfinə  aid olan balıqlar bir zamanlar balıqlar və suda-quruda yaşayanlar arasında ara  keçid forma dəlili hesab edilirdi. Təkamülçü biolqolar bu canlının fosillərinə əsaslanaraq  canlının bədənində ibtidai (tam funksiya yerinə yetirməyən) ağciyər olduğunu irəli  sürmüşdülər. Bu bir çox elmi mənbədə verilir, hətta selakantı dənizdən quruya çıxarkən göstərən rəsmlər də dərc  edilmişdi. Bütün bunlar canlının nəsli kəsilmiş növ olması fərziyyəsinə əsaslanırdı.Ancaq  22 dekabr, 1938-ci ildə Hind okeanında çox maraqlı kəşf edildi. 70 milyon il əvvəl  nəsli kəsilmiş ara keçid forması kimi tanıdılan selakant ailəsinin latimeria növünə aid canlı üzvü açıq okeanda ələ keçdi! Selakantın “canlı” nümunəsinin tapılması, şübhəsiz, təkamülçülər  üçün böyük şok idi. Təkamülçü paleontoloq J.L.B.Smit “yolda dinozavrla qarşılaşsaydım,  bundan daha az  təəccüblənərdim” demişdi.88Sonrakı illərdə başqa ərazilərdə də 200-dən çox selakant  tutuldu. 
                          
                            |  Əldə Selekantın sadəcə fosilləri olduğu halda, təkamülçü  paleontoloqlar  canlı haqqında həddidən artıq  Darvinist fərziyyə  ortaya atmışlar. Ancaq  həmin balıqdan canlı tutulanda  bütün fərziyyələr alt-üst oldu. Altda  Selekantın canlı nümunələri  görsənir. Sağdakı şəkil 1998-ci ildə  İndoneziyada  tutulan  ən   son  Coelacanth  nümunələrə aiddir. |  Bu balıqların tutulmasıyla bu canlılar haqqındakı fərziyyələrin  əsassızlığı da başa düşüldü. Selakant  iddiaların əksinə, nə ibtidai ağciyərə, nə də  böyük beyinə malik idi. Təkamülçü tədqiqatçıların ibtidai ağciyər olduğunu  düşündükləri forma balığın orqanizmindəki yağ kisəsindən başqa bir şey deyildi.89Habelə “sudan çıxmağa hazırlaşan sürünən namizəd” kimi  tanıdılan selakantın əslində okeanın ən  dərin sularında yaşayan və 180 m dərinlikdən yuxarı qalxmayan balıq olduğu başa  düşüldü.90                         Bundan əlavə, selakantın  təkamülçü KİV-lərdəki ad-sanı da aradan qalxdı. Piter Forey adlı təkamülçü  paleontoloq “Təbiət” (Nature) jurnalında dərc edilən bir məqalədə bu barədə belə  deyir:Selakantların  tetrapodların əcdadına yaxın olduğuna dair fikir uzun müddət boyu qəbul  edildiyi üçün latimerianın (canlı növünün) tapılması ilə balıqlardan  suda-quruda yaşayanlara keçid haqqında birbaşa məlumatların əldə ediləcəyi ümid  edilmişdi... Amma Latimerianın anatomiyası və fiziologiyası üzərində
aparılan təhlillər fərz edilən bu əlaq ənin  sadəcə bir istəkdən ibarət olduğunu və selakantın “itmiş halqa” kimi göstərilməsinin heç bir əsasının olmadığını üzə çıxardı.91 Beləliklə, balıqlar və su da-quruda yaşayanlar  arasındakı yeganə ara forma iddiası da əsassız oldu. 
                          
                            | 
                              YÜZGEÇ 
                                İLE AYAK ARASINDAKİ FARK  Təkamülçülərin,Selekant  və ona oxşar balıqları quruda yaşayan calıların atası olaraq fərz etmələrinin  əsil səbəbi , bu balıqları üzgəclərinin  sümüklü olmasıdır. Bu sümüklərin   zamanla  ayaqlara çevrildiyi fərz  edirldilər.Ancaq bu balıqların  sümükləri  ilə ichthyostega kimi quruda yaşayan  canlıların ayaqlaqları arasında əsas bir fərq var: Selekant-da sümüklər 1-ci şəkildəki  kimi onurğaya bitişik deyil. Ancaq ichthyostega-da sümüklər 2-ci şəkildəki  kimi  birbaşa onurğaya bitişikdir.  Qısacası bu üzgəclərin  yzvzş-yzvzş  ayaqlara çevrilmələri iddiası tamamilə əsasızdır. Selekant-ın üzgəclərindəki  sümüklərin quruluşu  ilə ichthyostega-nın  ayaqlarındakı sümüklərin quruluşu  da 33-cü və 4-cü şəkildə görsəndiyi kimi  cox fərqlidir.
 |  Sudan quruya keçid iddiasının fizioloji əngəlləri Balıqların quruda yaşayan canlıların əcdadı olması  iddiasının fosil tapıntıları qədər anatomik və fizioloji təhlillər tərəfindən də  əsassız olduğu sübut edilmişdir. Dəniz canlıları ilə quru canlıları arasındakı  böyük anatomik və fizioloji fərqləri təhlil etdikdə bu fərqlərin təsadüflərə əsaslanan  mərhələli təkamül prosesi tərəfindən aradan qaldırılmasının mümkün olmadığını  görərik. Sözügedən fərqlərin ən çox nəzərəçarpanlarını belə sadalamaq olar:1. Ağırlığın daşınması: Dənizlərdə  yaşayan canlılar öz ağırlıqlarını daşımaq kimi problemlə qarşılaşmırlar. Bədən  quruluşları da bu cür funksiyaya uyğun deyil. Lakin quruda yaşayanların böyük əksəriyyəti  enerjilərinin 40%-ni bədənlərini daşımaq üçün istifadə edirlər. Quru həyatına  keçdiyi iddia edilən bir  su  canlısının bu enerji ehtiyacını təmin etmək üçün yeni əzələ və skelet  quruluşuna ehtiyac hiss etməsi labüddür, lakin bu kompleks formaların təsadüfi  mutasiyalarla əmələ gəlməsi qeyri-mümkündür. Təkamülçülərin selakant və buna bənzər balıqları  “quruda yaşayan canlıların əcdadı” kimi təsəvvür etmələrinin əsl səbəbi isə bu  balıqların üzgəclərinin sümüklü olmasıdır. Bu sümüklərin zaman ərzində  ağırlıq daşıyan ayaqlara çevrildiyini güman edirlər. Ancaq bu balıqların sümükləri  ilə quru canlılarının ayaqları arasında çox mühüm fərq var: balıqlardakı sümüklər  canlının onurğasına bağlı deyil. Onurğaya bağlı olmadığı üçün də ağırlıq daşıma  kimi funksiya yerinə yetirə bilməzlər. Quruda yaşayan canlılarda isə sümüklər  birbaşa onurğaya birləşmişdir. Ona görə bu üzgəclərin yavaş-yavaş ayaqlara  çevrilməsi iddiası da əsassızdır. 
                          
                            |  Böyrək  əngəli Balıqlar bədənlərindəki  zərərli maddəlri  birbaşa suya  buraxırlar.Quruda yaşayan canlıların isə böyrəyə ehtiyacları var.Qısacası  “sudan quruya keçış” fərziyəsi  böyrəklərində təsadüfən əmələ gəlməsi  lazımdır.Ancaq böyrəklər son dərəcə mürrəkəb   quruluşa sahibdir.Bir bəyrək öz işini görməsi üçün  qüsursuz olması lazımdır. Yalnız 50 %-i və  ya 70%-i , hətta 90% -i  əmələ gəlmiş böyrəyin  heç   bir funksiyası yoxdur.Təkamül nəzəriyyəsi işləməyən orqan  atılmalı fərziyyəsinə  əsaslandığına görə,50%-i sağlam olan böyrək  elə təkamülün başlağıcında  bədəndən atılacaqdı.
 |  3. Sudan istifadə: Canlılar  üçün həyati əhəmiyyəti olan su quruda az tapılır. Bu səbəbdən, suyun, hətta nəmin  ölçülü istifadə edilməsi vacibdir. Məsələn, dəri su itirməyin və ya  buxarlanmanın qarşısını alacaq formada olmalıdır. Canlı susama hissinə malik  olmalıdır. Lakin əslində suda yaşayan canlıların susama hissi yoxdur və dəriləri  də susuz mühitə uyğun deyil.2. Temperaturun qorunması: Quruda temperatur çox tez və böyük fərqlərlə dəyişir. Bir quru canlısının  orqanizmindəki maddələr mübadiləsi bu yüksək temperatur fərqlərinə uyğunlaşır.  Lakin dənizlərdə temperatur çox yavaş dəyişir və bu dəyişiklik qurudakı qədər  böyük fərq əmələ gətirmir. Dənizlərdəki sabit temperatura uyğun orqanizmə malik  olan bir canlı quruda yaşaya bilmək üçün qurudakı temperatur dəyişikliyinə  uyğunlaşacaq tərzdə qorunma sistemi qazanmalıdır. Şübhəsiz, balıqların quruya  çıxar-çıxmaz təsadüfi mutasiyalar nəticəsində bu cür sistemə malik olduqlarını  irəli sürmək cəfəngiyyatdır.
 4. Böyrəklər: Su canlıları başda ammonyak olmaq üzrə orqanizmlərində  toplanan artıq maddələri olduqları mühitdə su bol olduqda dərhal süzərək  atırlar. Şirin su hövzələrində yaşayan balıqda tərkibində azot olan artıq maddələrin  çoxu (yüksək miqdarda ammonyak (NH3)) qəlsəmələrdən yayılma yolu ilə  xaric olur. Böyrəklər ifrazat sisteminin bir hissəsi olmaqdan çox heyvanın su  tarazlığını qorumağa yarayır. Dəniz balıqlarının iki növü var. Köpək balıqları,  skat və pişik balıqları qanlarında çox yüksək səviyyədə sidik saxlaya bilirlər.  Köpək balıqlarının qanı digər onurğalılardakı 0.01-0.03% olan nisbətə qarşılıq  2.5% sidik saxlayır. Başqa növ, məsələn, sümüklü balıqlar daha fərqlidir. Daim  su itirirlər, ancaq dəniz suyunu içdikdən sonra duzdan təmizləyərək itirdikləri  suyu bərpa edirlər. Orqanizmlərindəki ifrazat maddələrini xaric etmək üçün  quruda yaşayan onurğalılarda olandan fərqli sistemlərə malikdirlər. Bu səbəbdən  sudan quruya keçidin baş verməsi üçün böyrəyi olmayan canlılar dərhal bir anda  böyrək sisteminə malik olmalıdırlar.5. Tənəffüs sistemi: Balıqlar  suda həll olmuş oksigeni qəlsəmələriylə qəbul edirlər. Sudan kənarda isə bir  neçə dəqiqədən artıq yaşaya bilmirlər. Quruda yaşamaq üçün bir anda qüsursuz  ağciyər sisteminə malik olmalıdırlar.Bütün bu fizioloji dəyişikliklərin eyni  canlıda təsadüflər nəticəsində və eyni anda meydana gəlməsi isə, əlbəttə,  qeyri-mümkündür.   
                          
                            |  
 METAMORFOZ
 Qurbağalar əvvəl  suyun içində  doğulurlar,bir  müddət  süda yaşayıb,sonra  “metamorfoz “ adlan an dəyişmə ilə quruya  çıxırlar. Bəzi insanlar isə , metamorfozu təkamülün  sübutu və ya təkamülə  nümunə   hesab edirlər. Ancaq həqiqətdə metamorfozun təkamüllə heç bir əlaqəsi  yoxdur.  Təkamül nəzəriyəsinin ortaya atdığı  tək inkişaf mexanizması , mutasiyalardır.  Metamorfoz isə, mutasiya kimi  təsadüfi təsirlərlə   baş verməz. Əksinə bu dəyişmə , qurbağaların  genlərində  başlanğıcdan bəri mövcuddur.  Yəni qurbağa doğulduğu anda , onun sonra deyişimə  keirib quruda   yaşamağa uyğun  bədənə  sahib olacağı məlumdur.Son illərdə aparılan tədqiqatlar,  metamorfoz mərhələsinin  fərqli genllər tərəfindən  idarə olunan murəkkəb  bir əməliyyat olduğunu  göstərməkdədir. Məsələn bu  dəyişim   zamanı  quyruğun  yoxa   çıxması, “Science News” jurnalındakı   ifadə ilə “bir neçə gen” tərəfindən idarə olunur. (Science News , 17 iyun,1999, s 43)
 Təkamülçülərin "sudan quruya   keçmə"  iddiası  isə, tamamilə suda yaşamaq  üçün   yaradılmış genetik məlumata sahib   olan balıqların,  təsadüfi  mutasiyalar nəticəsində, təsadüfən  quruda yaşayan canlılara çevildiyi  şəklindədir.Buna görə də metamorfoz  gerçekdə   təkamülü  müdafiə edən deyil,  alt-üst edən  bir sübutdur. Çünki  metamorfoz mərhələsində  ən kiçik  xəta olsa   canlı ölər və ya şikəst olar. Metamorfozun qüsursuz olaraq  qurtarması   şərtdir. Bu cür mürəkkəb  və xətaya  imkan verməyən  bir mərhələnin, təkamülün  iddia etdiyi kimi  təsadüfi  mutasiyalara meydana  gəlməsi imkansızdır.
 |     Sürünənlərin  mənşəyi Dinozavr, kərtənkələ, tısbağa və ya timsah... Bütün bu  canlılar “sürünənlər” adlanan ailəyə daxildir. Dinozavrlar kimi bəzi sürünənlərin  nəsli kəsilmişdir, amma bəziləri hələ də yaşayırlar. Sürünənlərin özünəməxsus xüsusiyyətləri  var. Hamısının bədəni “pulcuq” adlanan bərk qabıqlarla örtülüdür.  Soyuqqanlıdırlar, yəni öz bədən temperaturlarını özləri əmələ gətirmirlər. Buna  görə də hər gün günəşə çıxıb bədənlərini isitmə ehtiyacı hiss edirlər.  Balalarını isə yumurtlayaraq dünyaya gətirirlər. 
                          
                            | YUMURTALARIN 
                              FARKI  Suda-quruda yaşayan  sürünən  təkamülü   fərziyyəsinin ziddiyətlərindən   biri də, yumurtaların quruluşudur. Suda   inkişaf edən amfibiya yumurtaları, şirəli quruluşa və keçirici bir pərdəyə  sahibdir. Ancaq sürünən yumurtaları, sağdakı  dinozavr yumurtasınin bğrpasında görüldüyü kimi, quru şəraitinə sərt və su  keçirməyən quruluşdadır. Bir amfibiyanın sürünənə çevrilməsi  üçün   yumurtalarının təsadüfən qüsursuz sürünən yumurtasına çevrilməsi.
 |  Bu canlıların mənşəyini nəzərdən keçirdikdə təkamül  nəzəriyyəsinin yenə çıxılmaz vəziyyətdə olduğunu görmək olar. Darvinistlər  sürünənlərin suda-quruda yaşayanlardan təkamül yolu ilə törədiklərini iddia  edirlər. Amma bu iddianı dəstəkləyən heç bir konkret dəlil yoxdur. Əksinə,  suda-quruda yaşayanlar ilə sürünənlər arasında aparılan təhlil bu iki canlı  qrupu arasında çox böyük fizioloji fərqlər olduğunu və “yarısürünən-yarısuda-quruda  yaşayan” canlının yaşamasının qeyri-mümkün olduğunu göstərir.  Bunun bir nümunəsi iki fərqli canlı qrupunun yumurta formalarıdır. Amfibiyalar  (suda-quruda yaşayanlar) suda yumurtlayırlar. Yumurtalar suyun içində inkişaf  etmək üçün uyğun formadadırlar, olduqca keçirici və şəffaf pərdə və jeleyə bənzər  qatılığa malikdirlər. Lakin sürünənlər quruda yumurtlayırlar və ona görə də  yumurtaları da qurudakı quru iqlimə uyğun şəkildə yaradılmışdır. “Amniotik  yumurta” adlandırılan sürünən yumurtasının bərk qabığı havanı keçirir, amma  suyu keçirmir. Bunun sayəsində balanın ehtiyacı olan maye o yumurtadan çıxana qədər  saxlanılır.Suda-quruda  yaşayanlar əgər quruda yumurtlasalar, qısa zamanda yumurtaları quruyar və içindəki  embrionlar da ölər. Bu vəziyyət sürünənlərin mərhələli şəkildə suda-quruda  yaşayanlardan təkamül yolu ilə törədiklərini irəli sürən təkamül nəzəriyyəsi  baxımından açıqlana bilməyən problemdir. Çünki quruda yaşamağa başlayarsa,  amfibiya yumurtası bir nəsil daxilində amniotik yumurtaya çevrilməlidir. Bunun  təkamül mexanizmləri kimi irəli sürülən təbii seçmə-mutasiya tərəfindən necə əmələ  gətirilməsi açıqlana bilmir. Bioloq Maykl Denton bu barədə təkamülçülərin  düşdükləri çıxılmaz vəziyyəti belə izah edir: Bütün təkamül dərslikləri sürünənlərin suda-quruda  yaşayanlardan təkamül yolu ilə törədiklərini irəli sürürlər, ancaq heç biri  sürünənlərin əsas ayırdedici adaptasiyası olan amniotik yumurtanın bir-biri  ardınca meydana gələn kiçik dəyişikliklər nəticəsində necə mərhələli şəkildə əmələ  gəldiyini açıqlaya bilmir. Sürünənlərin amniotik yumurtası suda-quruda yaşayanlarınkından  daha böyük, daha kompleks və tamamilə fərqlidir. Bütün heyvanlar aləmində  bir-birindən bu qədər fərqli iki yumurta yoxdur... Amniotik yumurtanın və  amfibiya-sürünən keçidinin mənşəyi təkamül sxemlərində heç vaxt göstərilə bilməyən  əsas onurğalı bölmələrindən biridir. Məsələn, bir suda-quruda yaşayanın ürək və  aorta damar kanallarının necə mərhələli şəkildə sürünən və məməli şərtlərinə  çevrildiyini planlaşdırmaq mütləq qorxunc problemlər ortaya çıxaracaqdır....92 Digər tərəfdən fosil qeydəri də sürünənlərin mənşəyinin  təkamül yolu ilə açıqlanmasını əsassız edir. 
                          
                            | 
                               
 Seymouria  xətası
 Təkamülçülərin bir vaxtlar solda fosili olan Seymouria adlı canlının  suda-quruda yaşayan  ilə sürünən arası bir keçid formu  olduğunu  iddia  etmişdirlər. Bu ssenariyə görə Seymouria  “sürünənlərin  ibtidai atası” idi. Ancaq  sonralar tapılan  fosil  tapıntıları , Seymourianın  yerüzündə ilk dəfə ortaya  çıxmasından   30 milyon il əvvəlində də  sürünənlərin  yaşadığını göstərdi.Bu vəziyyət qarşısında , təkamülçülər, Seymouria haqqındakı  şərhlərini dayandırmağa  məcbur oldular. |  Robert L.Karol “ən qədim sürünənlərin bütün  suda-quruda yaşayanlardan çox fərqli olduqlarını və əcdadlarının hələ də  tapılmadığını” qəbul etmək məcburiyyətində qalmışdır. Klassik əsəri olan  “Onurğalıların paleontologiyası və təkamül” (Vertebrate paleontology and  evolution) adlı kitabında “qədim dövr amniodları Paleozoy dövrünun bütün  suda-quruda yaşayan canlılarından olduqca fərqlidir və əcdadları məlum deyil”93yazır. 1997-ci ildə nəşr olunan “Onurğalıların təkamül  modelləri və prosesləri” (Patterns and processes of vertebrate evolution) adlı  sonrakı kitabında isə “müasir suda-quruda yaşayan canlı növlərinin mənşəyi və qədim  dövr tetrapodları arasındakı keçid və digər bir çox əsas qrupun mənşəyi  haqqında hələ də çox az məlumat var” deyə etiraf edir.94 Eyni həqiqət Stefen Cey Quld tərəfindən də qəbul  edilir və Quld “heç bir suda-quruda  yaşayan fosili əsla quruda yaşayan onurğalıların (sürünən, quş və ya məməlilərin)  əcdadına bənzəmir” deyir.95 qədər “sürünənlərin əcdadı” kimi göstərilməyə  çalışılan ən mühüm canlı isə seymouria adlı suda-quruda yaşayan canlı növü olmuşdur. Lakin əslində seymourianın ara keçid forma olmadığı seymourianın yer üzündə ilk dəfə ortaya  çıxmasından 30 milyon il əvvəl də sürünənlərin yaşadığının məlum olması ilə  aşkar olmuşdur. Ən qədim seymouria fosilləri Erkən perm təbəqəsinə, yəni bundan 280 milyon il əvvələ aiddir. Lakin  məlum olan ən qədim sürünən növləri olan hylonomus və paleouthyris Erkən pensilvan təbəqələrində  tapılmışdır ki, bu təbəqələr 330-315 milyon il əvvələ aiddir.96“Sürünənlərin əcdadı”nın sürünənlərdən çox sonralar  yaşaması, əlbəttə, qeyri-mümkündür.Qısa  desək, elmi tapıntılar sürünənlərin yer üzündə təkamül nəzəriyyəsinin irəli  sürdüyü kimi mərhələli inkişafla deyil, heç bir əcdadı olmadan bir anda üzə  çıxdıqlarını göstərir. İlanlar və tısbağalar Digər tərəfdən ilan, timsah, dinozavr və ya kərtənkələ  kimi çox fərqli sürünən sinifləri arasında da keçilməz sərhədlər var. Bu fərqli  siniflərin hər biri fosil qeydlərində bir-birlərindən çox fərqli quruluşlarıyla  birdən-birə üzə çıxırlar. Təkamülçülər bu fərqli qruplar arasında quruluşlarına  baxaraq təkamül prosesinin baş verdiyini fərz edirlər. Amma bu fərziyyələr  fosil qeydləri ilə dəstəklənmir.  Məsələn, çox yayılmış təkamülçü bir fərziyyəyə əsasən, ilanlar kərtənkələlərin mərhələli şəkildə ayaqlarını itirərək təkamül yolu ilə əmələ gəlmişdir.  Ancaq ayaqlarını mutasiya nəticəsində itirməyə başlayan bir kərtənkələnin daha “üstün  quruluşa” necə malik olması və təbii seçmə tərəfindən “seçilməsi” sualı  cavabsızdır. 
                          
                            |  50  milyon illik  piton ilanı fosili Növün  adı :Palaeopython |  Fosil qeydlərindəki ən qədim ilanlara gəlincə, onlar  da heç bir “ara keçid forma” xüsusiyyəti daşımayan və dövrümüzdəki ilanlardan fərqi  olmayan canlılardır. Məlum olan ən qədim ilan fosili Cənubi Amerikada Üst təbaşir  dövrünə aid qayalıqlarda tapılmış dinilysiadır.  Robert Karol bu canlının “həddindən artıq təkmilləşmiş təkamül səviyyəsində  olduğunu”, yəni ilanların xarakterik xüsusiyyətlərinə malik olduğunu qəbul edir.97 Digər sürünən sinfi olan tısbağalar da fosil qeydlərində özünəməxsus qabıqları ilə bir anda  üzə çıxır. Bir təkamülçü mənbədə tısbağaların mənşəyi  haqqında bu ifadələr işlədilir: 
 Təəssüf ki, tısbağaların digər onurğalılara nisbətən  daha çox və yaxşı qorunmuş fosilləri qaldığına baxmayaraq, bu cinsin mənşəyi  erkən dövr fosillərinin çatışmazlığına görə məlum deyil. Trias dövrünün (təqribən  200 milyon il əvvəl) ortalarına doğru tısbağalar saysız-hesabsız olmuşdur və əsas  tısbağa xüsusiyyətlərinə malik idi… Tısbağalar ilə qurbağaların təkamül yolu ilə  törədikləri ibtidai sürünənlər olan kotilozavrlar arasındakı keçid tamamilə  boşdur.98
 Robert Karol da tısbağaların mənşəyini “hələ çox az məlum  olan mühüm keçidlər” arasına qatmağa məcbur olmuşdur.99  Bütün bu sözügedən canlı sinifləri yer üzündə bir anda  və ayrı-ayrı ortaya çıxmışlar. Bu vəziyyət onların yaradıldıqlarının elmi  sübutudur. 
 
                          
                            |  Üst  tərəfdə, Almaniyada  tapılan   45 milyon  ilik  şirin su tısbağası fosili. Sağda  isə, bilinən   ən qədim  dəniz tısbağaının  qalığı: Brazılyada tapılan  110   milyon  illik  fosil,   bu gün yaşayan nümunələrindən  fərqsiz. |  Uçan sürünənlər Sürünənlər sinfi daxilindəki maraqlı bir canlı  qrupu uçan sürünənlərdir. Bunlar təqribən 200 milyon il əvvəl Üst trias dövründə  ilk dəfə üzə çıxmış və daha sonra nəsli kəsilmiş canlı qrupudur. Bu canlılar  sürünəndirlər, çünki sürünən sinfinin əsas xüsusiyyətlərini daşıyırlar:  soyuqqanlı canlılardır (öz temperaturlarını özləri əmələ gətirmirlər)  və bədənləri pulcuqlarla örtülüdür. Ancaq güclü qanadlara malikdirlər və bu  qanadlar sayəsində uçduqları düşünülür. 
                          
                            |  Pterodactylus  khoci  növünə aid  uçan sürünən fosili. Bavyera bölgəsində  tapılan nümunənin 240  milyon yaşındadır. |  Uçan sürünənlər bəzi məşhur təkamülçü KİV-lərdə  darvinizmi dəstəkləyən paleontoloji tapıntı kimi göstərilir və ya insanlarda  belə bir təsəvvür canlandırılır. Lakin əksinə, uçan sürünənlərin mənşəyi təkamül  nəzəriyyəsi üçün ciddi problemdir. Bunun ən açıq göstəricisi də uçan sürünənlərin  quruda yaşayan sürünənlərlə aralarında heç bir ara keçid forma olmadan bir anda  və tam şəkildə ortaya çıxmalarıdır. Uçan sürünənlər qüsursuz şəkildə yaradılmış  qanadlara malikdir və bu orqanlar heç bir quruda yaşayan sürünəndə yoxdur.  “Yarımqanadlı” hər hansı bir canlıya isə fosil qeydlərində rast gəlinmir. Belə  ki, “yarımqanadlı” canlıların yaşaması da mümkün deyil. Çünki bu cür xəyali  canlılar əgər yaşasaydılar, qabaq ayaqlarını itirdikləri, amma hələ uçacaq vəziyyətdə  olmadıqları üçün digər sürünənlərə nisbətən əlverişsiz hala düşəcəkdilər. Belə  olduqda isə təkamülün özünün qəbul etdiyi kimi, aradan çıxaraq nəsli kəsiləcəkdi. Belə  ki, uçan sürünənlərin qanadlarının quruluşu nəzərdən keçirildikdə onların əsla  təkamüllə açıqlana bilməyəcək qədər qüsursuz yaradılışa malik olduğu görünür.  Uçan sürünənlərin qanadları üzərində digər sürünənlərin qabaq ayaqları kimi beş  dənə barmaqları var. Ancaq dördüncü barmaq digər barmaqlardan təxminən 20 dəfə  uzundur və qanad da bu barmağın altında uzanır. Əgər uçan sürünənlər quruda  yaşayan sürünənlərdən təkamül yolu ilə törəyiblərsə, onda sözügedən dördüncü barmaq da yavaş-yavaş, mərhələli  şəkildə uzanmalıdır. Təkcə dördüncü barmaq deyil, bütün qanad quruluşu təsadüfi  mutasiyalarla təkmilləşməli və bütün bu proses canlıya üstün xüsusiyyət  qazandırmalıdır. Təkamül nəzəriyyəsinin paleontoloji səviyyədə qabaqcıl tənqidçilərindən  biri olan Dueyn T.Ciş bu barədə belə deyir:                         
                          
                            |  Ən qədim  uçan  sürünən növlərindən biri olan   Eudimorphodon-un  fosili. Şimali  İtaliyada tapılan  bü nümunə,  təxminən  220 milyon il yaşındadır.
 |  Bir quruda yaşayan sürünənin mərhələli şəkildə uçan  sürünənə çevrilməsi fərziyyəsi tamamilə əsassızdır. Belə bir çevrilmə əsnasında  ortaya çıxacaq yarım, natamam quruluş canlıya üstünlük qazandırmaq yerinə onu  tamamilə şikəst edəcəkdir. Məsələn, təkamülçülər bəzi mutasiyaların təkcə  dördüncü barmağa təsir etdiyini və onu zamanla yavaş-yavaş uzatdığını fərz  edirlər. Əlbəttə, digər bəzi təsadüfi mutasiyalar da nə qədər inanılmaz görünsə  belə, bu istiqamətdə müştərək iş görərək qanad pərdəsinin, uçuş əzələlərinin, vətərlərin,  sinirlərin, qan damarlarının və qanad üçün lazımlı digər formaların mərhələli şəkildə  təkamüllə əmələ gəlməsini təmin etməlidirlər. Müəyyən bir mərhələdə təkmilləşməkdə  olan bu uçan sürünən 25% qanad toxumasına malik olar. Ancaq bu qəribə məxluq  heç cür yaşaya bilməz. 25% qanad toxuması ona nə üstünlük gətirə bilər?  Aydındır ki, bu canlı uça bilməz və artıq əvvəlki kimi qaça da bilməz.100 Qısası, uçan sürünənlərin mənşəyinin darvinist təkamül  mexanizmləri ilə açıqlanması qeyri-mümkündür. Belə ki, fosil qeydləri də belə  bir təkamül prosesinin baş vermədiyini ortaya qoyur. Fosil təbəqələrində ancaq  bu gün tanıdığımız kimi, quruda yaşayan sürünənlər və qüsursuz şəkildə uçan  sürünənlər var. Heç bir ara forma yoxdur. R.Karol təkamülçü olmasına  baxmayaraq, bu məsələ ilə bağlı belə etiraf edir: Trias dövründə üzə çıxan bütün uçan sürünənlər  (pterozavrlər) uçuş üçün çox xüsusiləşmiş quruluşa malikdirlər… Əcdadlarının nə  olduğu məsələsində və uçuşlarının mənşəyinin ilk mərhələləri haqqında isə heç  bir tapıntı yoxdur.101Karol daha sonra “Onurğalıların təkamül modelləri və  prosesləri” (Patterns and processes of vertebrate evolution) adlı əsərində  pterozavrları haqqında çox məlumat olmayan mühüm ara keçid növləri arasında  sayır..102  Göründüyü kimi, uçan sürünənlərin təkamülə dəlil olan  heç bir yönü yoxdur. Ancaq sürünən termini çox insan üçün sadəcə quruda yaşayan  canlıları ifadə etdiyi üçün məşhur təkamülçü KİV-lər “uçan sürünən” anlayışı ilə  “sürünənlərin qanadlanıb uçması” təsəvvürünü verməyə çalışırlar. Lakin əslində  quruda yaşayan sürünənlər ilə uçan sürünənlər aralarında heç bir təkamül  xarakterli əlaqə olmadan yaranmışlar.
 
                          
                            |  Uçan   sürünənlərin  qanadları, digər  barmaqlardan  təxminən 20  dəfə   cox  uzun olan “dördüncü barmaq“  boyunca  uzanır. Mühüm olan  məsələ    bu maraqlı qanad quruluşunun   fosili  bir anda və  qüsursuz   şəkildə meydana gəlmişdir. ”Dördüncü barmaq”-ın mərhələli şəkildə, yəni  təkamüllə uzndğını  göstərən  ara fosil yoxdur. |  Dəniz sürünənləri Sürünənlər sinfinin digər maraqlı kateqoriyası isə  dəniz sürünənləridir. Bu canlıların böyük hissəsinin nəsli kəsilmişdir, dəniz  tısbağaları isə bu qrupun hələ də yaşayan cinsidir. Dəniz sürünənlərinin mənşəyi  eynilə uçan sürünənlər kimi, təkamülçü yanaşma ilə açıqlana bilmir. Məlum olan ən  əsas dəniz sürünəni ichthyosaur adlı  canlıdır. Edvin H.Kolbert və Maykl Morales “Onurğalıların təkamülü” (Evolution  of the vertebrates) adlı kitablarında bu canlıların mənşəyinin təkamül  baxımından izah edilə bilməməsini belə qəbul edirlər: 
                          
                            |  Stenopterygius  növünə aid ichthyosaur fosili: təxminən 250 milyon  illik. |  Dəniz məməlilərinin bir çox cəhətdən ən xüsusiləşmiş  növü olan ichthyozavr Erkən trias  dövründə ortaya çıxmışdır. Sürünənlərin geologiya tarixinə daxil olması son dərəcə  ani və dramatik şəkildə baş vermişdir. Trias dövründən əvvəlki dövrlərə aid  fosil yataqlarında ichthyozavrların əcdadlarına  aid heç bir iz yoxdur... İchthyozavr əlaqələri  haqqında ən əsas problem bu sürünənləri məlum olan başqa hər hansı bir sürünən  dəstəsinə daxil etmək üçün heç bir dəlilin tapılmamasıdır.103(İchthyozavr haqqında) heç bir ibtidai  forma məlum deyil. İchtyhozavrın özünəməxsus  xüsusiyyətləri təkmilləşmək üçün çox uzun zaman tələb edir və ona görə də bu  canlıların mənşəyi çox qədim olmalıdır. Amma bu canlıların əcdadı kimi qəbul  ediləcək heç bir Perm dövrü sürünəni məlum deyil.104
 Başqa bir onurğalı tarixi mütəxəssisi Alfred  S.Romer isə belə yazır:
 
                          
                            |  Təxminən  200  milyon   illik  bir ichthyosuar   fosili
 |  Karol ichthyozavrlar  və nothozavrların (başqa dəniz sürünəni  ailəsi) mənşəyinin təkamülçülər üçün “haqqında çox şey məlum olmayan” bir çox  canlıdan biri olduğunu etiraf etmək məcburiyyətində qalmışdır.105 Beləliklə, sürünənlər sinfi daxilində yer alan müxtəlif  canlılar aralarında təkamül xarakterli əlaqə olmadan yer üzündə ortaya  çıxmışdır. Eyni vəziyyət sonrakı səhifələrdə görəcəyimiz kimi, məməlilər üçün də  keçərlidir. Uçan məməlilər var (yarasa) və dəniz məməliləri vardır (delfinlər və  balinalar). Bu fərqli siniflər isə təkamülə dəlil deyil, əksinə, təkamül üçün  açıqlana bilməyən böyük problemdir. Çünki bütün fərqli siniflər aralarında heç  bir keçid forma olmadan və tamamilə fərqli quruluşlarıyla yer üzündə ani surətdə  üzə çıxmışlar.Bu  isə bütün bu canlıların yaradıldıqlarının çox açıq elmi sübutudur. |