| MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ Kitabın əvvəlki bölmələrində fosil qeydlərinin və  müqayisəli anatomiyanın təkamül nəzəriyyəsinin iddialarını təkzib etdiyini  nəzərdən keçirmişdik. Ancaq təkamül nəzəriyyəsinin iddiaları əslində növlər  arasındakı bu əlaqəni təhlil etməyə ehtiyac qalmadan elə ilk mərhələdə çıxılmaz  vəziyyətə düşür. Bu ilk mərhələ yer üzündə ilk canlının necə əmələ gəlməsi  sualıdır.  Təkamül nəzəriyyəsi bu suala  cavab olaraq canlıların təsadüflər nəticəsində meydana gələn ilk hüceyrə ilə  başladığını iddia edir. Ssenariyə əsasən, bundan dörd milyard il əvvəl Yerin  ibtidai atmosferində bəzi cansız kimyəvi maddələr reaksiyaya girmiş,  ildırımların, yeraltı təkanların təsiri də buna qarışmış və ilk canlı hüceyrə  meydana gəlmişdir.  Halbuki cansız maddələrin  birləşərək canlı əmələ gətirməsi iddiası bu günə qədər heç bir təcrübə və ya  müşahidə ilə təsdiqlənməmiş elmdənkənar iddiadır. Əksinə, bütün kəşflər bir  canlının ancaq başqa bir canlıdan törədiyini sübut edir. Hər canlı hüceyrə  başqa bir hüceyrənin çoxalması ilə əmələ gəlir. Dünyada heç kim ən yaxşı  təchizatlı laboratoriyalarda belə cansız kimyəvi maddələri birləşdirərək canlı  hüceyrə əmələ gətirməyi bacarmamışdır.  Təkamül nəzəriyyəsi isə insan  ağlı, biliyi və texnologiyası nəticəsində belə əldə edilə bilməyən canlı  hüceyrəsinin ibtidai dünya şərtləri daxilində təsadüflərlə əmələ gəldiyini  iddia edir. Sonrakı səhifələrdə bu iddianın nə üçün elmin və ağılın ən əsas  prinsiplərinə zidd olduğunu təhlil edəcəyik. “Təsadüf” məntiqinə bir nümunə Bir  canlı hüceyrəsinin təsadüflərlə əmələ gəldiyini düşünən bir insan aşağıda izah  edəcəyimizə bənzər hekayəyə də asanlıqla inanmalıdır. Bu, bir şəhər haqqında  hekayədir.  Fərz  edək ki, bir gün qeyri-münbit bir ərazidə qayaların arasında qalmış bir miqdar  gilli torpaq yağan yağışlar nəticəsində palçığa çevrilir. Palçıq günəş çıxdıqda  qayalarında arasında quruyub bərkiyir və forma alır. Daha sonra onun üçün qəlib  vəzifəsini yerinə yetirən qayalar ovulub dağılırlar və ortaya düzgün, formalı,  möhkəm kərpic çıxır. Bu kərpic illərlə eyni təbii şərtlər daxilində özü kimi  başqa kərpiclərin əmələ gəlməsini gözləyir. Bu gözləmə eyni kərpicdən eyni yerdə  yüzlərlə, minlərlə kərpicin əmələ gəlməsinə qədər əsrlərlə davam edir. Bu zaman  böyük təsadüf nəticəsində əvvəlcə əmələ gələn kərpiclər də dağılıb pozulmur.  Min illərlə fırtınalara, yağışlara, küləklərə, yandırıcı günəş şüalarına,  dondurucu soyuğa məruz qalan kərpiclər parçalanmır, çatlamır, başqa yerlərə  sovrulub dağılmır, eyni yerdə və eyni möhkəmlikdə digər kərpiclərin əmələ gəlməsini  gözləyirlər.  Kərpiclər  lazımi miqdarda olduqda külək, fırtına, siklon kimi təbii amillərin təsiri ilə  sovrulur və təsadüf nəticəsində yan-yana və üst-üstə planlı şəkildə düzülüb bir  bina tikirlər. Eyni zamanda kərpicləri bir-birinə yapışdıran sement, suvaq kimi  məmulatlar da “təbii amillərlə” əmələ gəlib qüsursuz plan daxilində kərpiclərin  arasına girir və onları bir-birinə bərkidirlər. Bütün bu proseslər başlayarkən  torpağın altındakı dəmir filizləri də “təbii amillərlə” formaya düşüb torpağın  üstünə çıxaraq kərpiclərin əmələ gətirdiyi binanın bünövrəsini qoyurlar. Nəticədə  hər cür məmulatı, taxtası, texniki qurğuları ilə birlikdə bütöv bir bina ortaya  çıxır.  Əlbəttə,  bina təkcə bünövrədən, kərpicdən və suvaqdan ibarət deyil. Elə isə digər  çatışmazlıqlar necə tamamlanmışdır? Cavab sadədir: binanın ehtiyacı olan hər  cür məmulat torpaqda var. Şüşələr üçün lazım olan silisium, elektrik kabelləri  üçün lazım olan mis, simlər, şalbanlar, mismarlar, su boruları və s. üçün lazım  olan dəmir torpağın altında bol miqdarda mövcuddur.  Bütün  bu məmulatların formalaşıb binanın içinə yerləşmələri də “təbii amillərin” hünəri  ilə baş verir. Əsən külək, yağan yağış, bir az fırtına və yeraltı təkanın da  köməyi ilə bütün texniki vəsait, taxta, aksesuarlar kərpiclərin arasında  yerli-yerində oturur. İşlər o qədər yolunda getmişdir ki, kərpiclər sonradan təbii  şərtlər daxilində şüşə adlı bir şeyin əmələ gələcəyini bilirmiş kimi lazımi pəncərə  yerlərini qoyaraq düzülmüşdürlər. Hətta sonradan yenə təsadüflərlə meydana gələn  su, elektrik, mərkəzi istilik sistemi qurğuları üçün yerləri də qoymağı  unutmamışlar. Bütün işlər o qədər yolunda getmişdir ki, “təsadüflər” və “təbii  amillər” qüsursuz dizayn meydana gətirmişdir.Bu  hekayəyə inanan bir şəxs bu qədər açıqlamadan sonra şəhərdəki digər binaların,  qurğuların, tikililərin, yolların, xiyabanların, kanalizasiya sisteminin, rabitə  və nəqliyyat sistemlərinin necə əmələ gəldiyini də düşünərək tapa bilər. Hətta  mövzu ilə bir az əlaqəlidirsə, şəhərin “kanalizasiya sisteminin təkamül prosesi  və mövcud tikililərlə uyğunluğu” haqqındakı nəzəriyyələrini açıqladığı bir neçə  cildlik “elmi” əsər belə yaza bilər. Bu üstün fəaliyyətlərinə görə akademik  mükafata belə layiq görülə bilər, özünü bəşəriyyət tarixini aydınladan düha  olduğunu zənn edə bilər. 
                          
                            |  Darvin  öz  dövründə hüceyrənin olduqca sadə quruluşa malik olduğunu zənn edirdi. Darvini dəstəkləyən  E.Hekel dənizin dibindən çıxardığı  üstdəki  palçığın  öz-özünə  canlanacağı fikrini də ortaya atmışdı. |  Canlıların  təsadüflərlə əmələ gəldiyini irəli sürən təkamül nəzəriyyəsi elə bu qədər, bəlkə  bundan daha çox həqiqətdənkənardır. Çünki tək başına bir hüceyrə bütün iş  sistemi, rabitə, nəqliyyat və idarəetməsilə birlikdə böyük bir şəhərə bənzəyən  kompleksliyə malikdir. Məşhur molekulyar bioloq Maykl Denton “Təkamül: Böhran  içində nəzəriyyə” (Evolution: A theory in crisis) adlı kitabında hüceyrənin bu  kompleks quruluşundan belə bəhs edir: 
                           Həyatın molekulyar biologiyası tərəfindən üzə  çıxarılan reallığını qavramaq üçün bir hüceyrəni təqribən bir milyon dəfə  böyütməliyik, ta ki diametri 20 km-ə çatsın. Belə olduqda hüceyrə Nyu York və  ya London kimi böyük şəhər qədər nəhəng ölçüdəki kosmik gəmiyə bənzəyəcəkdir.  Qarşımızda bənzərsiz dərəcədə kompleks sistem və qüsursuz dizayn olduğunu görərik.  Hüceyrəni lap yaxından nəzərdən keçirsək, üzərindəki milyonlarla kiçik qapı ilə  qarşılaşarıq. Eynilə kosmik gəmidəki avtomatik qapılar kimi bu qapılar daima  açılıb-bağlanaraq hüceyrənin içinə və ya xaricinə keçən maddə axınını tənzimləyirlər.  Əgər bu qapıların hər hansı birindən içəri girsək, qeyri-adi texnologiya və  heyrətamiz kompleksliklə qarşılaşarıq. İnsanların istehsal etdiyi hər şeydən  çox üstün olan bu texnologiya bizim  yaradıcı zəkamızın həddindən artıq fövqündə durur. Bu sistem “təsadüf”  anlayışının hər mənada tamamilə “antitezisini” təşkil edir. Hüceyrədəki kompleks quruluş və sistemlər  Darvinin dövründə canlı hüceyrəsinin kompleks quruluşu  məlum deyildi. Bu səbəbdən, dövrün təkamülçüləri canlıların necə meydana gəlməsi  sualına “təsadüflər və təbii hadisələr” cavabını verməyin inandırıcı olduğunu  hesab etmişdilər. Darvin ilk hüceyrənin “kiçik və ilıq su gölməçəsində”  asanlıqla əmələ gəldiyini irəli sürmüşdü.Darvinin tərəfdarlarından alman bioloq Ernst Hekkel isə  araşdırma gəmisiylə okeanın dibindən çıxarılan palçıq qarışığını mikroskop  altında tədqiq etmiş və bunun canlıya çevrilən cansız maddə olduğunu iddia  etmişdi. “Hekkel palçığı” (Bathybus Haeckelii) adlanan bu “canlanan palçıq” təkamül  nəzəriyyəsini irəli sürən şəxslərin canlıları nə qədər bəsit hesab etdiklərinin  bir ifadəsi idi. 
                          
                            |  Fred Hoyle |  Lakin  canlıları ən kiçik təfərrüatına qədər tədqiq edən XX əsrin texnologiyası hüceyrənin  bəşəriyyətin qarşılaşdığı ən kompleks sistemlərdən biri olduğunu üzə çıxardı.  Bu gün hüceyrənin içində enerji hazırlayan sistemlər, həyat üçün lazımlı  ferment və hormonları istehsal edən fabriklər, istehsal ediləcək bütün məhsullarla  bağlı məlumatların qeyd olunduğu məlumat bankı, bir yerdən digərinə xam maddələri  və məhsulları daşıyan kompleks daşıma sistemləri, boru xətləri, kənardan gələn  xam maddələri işə yararlı hissələrə parçalayan təkmilləşmiş laboratoriyalar və  saflaşdırma zavodları, hüceyrəyə daxil olan və ya hüceyrədən xaric edilən məmulatların  giriş-çıxışına nəzarət edən peşəkar hüceyrə qılafı zülalları olduğunu bilirik.  Bu sadaladıqlarımız hüceyrədəki mürəkkəb quruluşun sadəcə bir hissəsini təşkil  edir.  Təkamülçü elm adamı olan U.H.Torp “canlı hüceyrələrinin  ən bəsitinin malik olduğu mexanizm belə insanın indiyə qədər hazırladığı, hətta  xəyalını qurduğu bütün cihazlardan daha kompleksdir” deyə yazır. Hüceyrə o qədər kompleksdir ki, bu gün insanın nail  olduğu yüksək texnologiya belə bir hüceyrə hazırlaya bilmir. Süni hüceyrə əmələ  gətirmək üçün aparılan bütün elmi fəaliyyətlər uğursuzluqla nəticələnmişdir.  Belə ki, bu gün hüceyrənin əmələ gətirilməsi hədəfindən əl çəkilmişdir və artıq  bu istiqamətdə heç bir elmi fəaliyyət aparılmır.  Təkamül nəzəriyyəsi isə insanın bütün məlumat və  texnoloji imkanları ilə əldə edə bilmədiyi bu sistemin ibtidai dünyada “təsadüfən”  əmələ gəldiyini irəli sürür. Bu,  mətbəədə  baş verən partlayış nəticəsində təsadüfən bir ensiklopediyanın nəşr olunması  ehtimalından daha azdır.  İngilis riyaziyyatçısı və astronom Ser Fred Hoyl 12  noyabr, 1981-ci ildə “Təbiət” (Nature) jurnalına verdiyi bir müsahibəsində bu  cür bənzətmə etmişdir. Özünün materialist olmasına baxmayaraq, Hoyl təsadüflər  nəticəsində bir canlı hüceyrənin meydana gəlməsiylə bir dəmir yığınının qasırğa  ilə sovrulması nəticəsində təsadüfən  Boing 747 təyyarəsinin əmələ gəlməsi arasında bir fərq olmadığını bildirir. Yəni hüceyrənin öz-özünə təsadüflər nəticəsində əmələ  gəlməsi qeyri-mümkündür.  Təkamül nəzəriyyəsinin hüceyrənin necə mövcud olması  sualını açıqlaya bilməməsinin ən əsas səbəblərindən biri hüceyrədəki “mürəkkəb komplekslik” xüsusiyyətidir.  Bir canlı hüceyrəsi çox sayda kiçik orqanoidin ahəng içində işləməsiylə  yaşayır. Bu hissələrdən biri belə olmasa, hüceyrə məhv olar. Hüceyrə təbii seçmə  və mutasiya kimi şüursuz mexanizmlərin onu təkmilləşdirməsini gözləyə bilməz.  Ona görə də yer üzündə əmələ gələn ilk hüceyrə həyat üçün lazımlı bütün  orqanoid və funksiyalara malik, tam hüceyrə olmalıdır. Zülalların mənşəyi problemi Hələlik  hüceyrəni bir kənara qoyaq. Təkamül nəzəriyyəsi hüceyrənin tərkib hissələrini  belə izah edə bilmir. Hüceyrəni təşkil edən yüzlərlə növdə kompleks zülal  molekulundan tək birinin belə təbii amillərlə əmələ gəlməsi ehtimalı yoxdur.  Zülallar  “amin turşusu” adlanan daha kiçik molekulların müəyyən sayda və növdə xüsusi  ardıcıllıqla düzülməsi nəticəsində əmələ gələn böyük molekullardır. Bu  molekullar canlı hüceyrələrinin əsasını təşkil edirlər. Ən sadəsi təqribən 50  amin turşusundan ibarət olan zülalların minlərlə amin turşusundan təşkil  olunmuş növləri də var.  Mühüm  cəhət budur: zülalların quruluşlarındakı bir amin turşusunun belə əskilməsi,  yerinin dəyişməsi və ya zəncirə lazım olduğundan artıq amin turşusunun əlavə  edilməsi o zülalı yararsız molekul yığınına çevirər. Bu səbəbdən, hər amin  turşusu məhz lazımi yerdə, lazımi sırada olmalıdır. Həyatın təsadüflərlə əmələ  gəldiyini irəli sürən təkamül nəzəriyyəsi isə bu nizam qarşısında çarəsizdir.  Çünki sözügedən nizam əsla təsadüflərlə açıqlanmayacaq qədər qeyri-adidir. (Nəzəriyyə  hələ heç amin turşularının “təsadüfən əmələ gəlməsi” iddiasına tutarlı dəlil və  ya izahat verə bilmir, bunu da bir az sonra təhlil edəcəyik). Zülalların  funksional quruluşunun təsadüfən meydana gəlməsinin qeyri-mümkünlüyünü hər kəsin  asanlıqla anlaya biləcəyi sadə ehtimal hesablamaları ilə də görmək olar.Məsələn,  birləşmədə 288 amin turşusu olan və 12 müxtəlif amin turşusu növündən ibarət  orta ölçüdəki bir zülal molekulunun tərkibindəki amin turşuları 10300  fərqli şəkildə düzülə bilər. (Bu, 1 rəqəminin sağına 300 ədəd sıfır düzülməsindən  əmələ gələn astronomik saydır). Ancaq bu düzülüşlərdən sadəcə biri sözügedən  zülalı əmələ gətirir. Qalan bütün düzülüşlər heç bir işə yaramayan, hətta bəzən  canlılar üçün zərərli amin turşusu zəncirləridir. Ona görə, yuxarıda misal çəkdiyimiz  zülal molekullarından ancaq birinin təsadüfən əmələ gəlmə ehtimalı “10300-də  1”dir. Bu ehtimalın praktiki şəkildə baş verməsi isə qeyri-mümkündür.  (Riyaziyyatda 1050-də 1-dən kiçik ehtimallar “sıfır ehtimal” qəbul  edilir). 
                          
                            |  Sitoxrom-C   zülalının  üç ölçülü mürəkkəb  quruluşu. Bu struktur daxilində kiçik dairələrlə təmsil edilən  amin turşularının  sıralanmasındakı ən  kiçik fərq zülalı  yararsız  hala salar. |  Habelə  288 amin turşusundan ibarət bir zülal canlıların orqanizmindəki minlərlə amin  turşusundan ibarət zülallarla müqayisə edildikdə olduqca sadə forma hesab  edilir. Eyni ehtimal hesablarını bu nəhəng molekullara tətbiq etdikdə isə  “qeyri-mümkün” kəlməsinin belə qənaətbəxş olmadığını görürük. Hal-hazırda  bu sətirləri oxuyan və indiyə qədər təkamül nəzəriyyəsini elmi açıqlama hesab  etmiş bəzi oxucular bəlkə buradakı rəqəmlərin çox mübaliğəli olduğunu, həqiqətləri  əks etdirmədiyini düşünə bilər. Xeyr, bunlar qəti və konkret həqiqətlərdir. Heç  bir təkamülçü də bu rəqəmlərə etiraz edə bilməz.Canlıların  inkişafında bir mərhələ də irəlilədikcə tək başına bir zülalın da heç bir şey  ifadə etmədiyini görərik. İndiyə qədər məlum olan ən kiçik bakteriyalardan biri  olan “Mycoplasma Hominis H 39” belə 600 növ zülaldan ibarətdir. Bu təqdirdə  bircə zülalla bağlı apardığımız ehtimal hesablamalarını 600 növ zülala da aid  etməliyik. Nəticədə, qarşılaşacağımız rəqəmlər isə “qeyri-mümkün” anlayışının  da fövqündədir.
  Bir çox təkamülçü bu həqiqəti etiraf edir. Məsələn,  Harold Blam adlı bir təkamülçü elm adamı “Məlum  olan ən kiçik zülalların belə təsadüfən meydana gəlməsi tamamilə qeyri-mümkün  görünür” deyir.  Təkamülçülər molekulyar təkamülün çox uzun zaman davam  etdiyini və bu zamanın qeyri-mümkün olanı mümkün etdiyini iddia edirlər. Lakin  nə qədər uzun zaman verilsə də, amin turşularının təsadüfən zülal əmələ gətirməsi  qeyri-mümkündür. Amerikalı geoloq Uilyam Stouks “Yerin tarixinin əsasları”  (Essentials of Earth history) adlı kitabında bu həqiqəti qəbul edərkən “əgər  milyard illər boyu milyardlarla planetin səthi lazımi amin turşusu ehtiva edən  qatı sulu təbəqə ilə dolu olsaydı, yenə (zülal) əmələ gəlməzdi” yazır. Bəs, bütün bunlar nə məna verir? Kimya professoru Peri  Rivz isə bu suala belə cavab verir: 
                           Bir insan amin turşularının təsadüfən birşəməsindən nə  qədər çox orqanizm əmələ gələcəyini düşündükdə həyatın həqiqətən də bu şəkildə əmələ  gəldiyini düşünməyin ağlasığmaz olduğunu görər. Belə bir işin baş verməsində  Böyük Qurucunun var olduğunu qəbul etmək daha ağlasığandır. Tək bircinin belə təsadüfən əmələ gəlməsi qeyri-mümkün  olan bu zülalların təqribən bir milyon dənəsinin təsadüfən uyğun şəkildə birləşərək  tam insan hüceyrəsini meydana gətirməsi isə əsla mümkün deyil. Hüceyrəyə gəlincə,  bir hüceyrə əsla zülal yığınından ibarət deyil. Hüceyrənin içində zülallarla  birlikdə nuklein turşuları, karbohidratlar, lipidlər, vitaminlər, elektrolidlər  kimi başqa bir çox kimyəvi maddə istər quruluş, istərsə funsiya baxımından müəyyən  nisbət və dizayn çərçivəsində yerləşirlər. Hər biri də bir çox fərqli  orqanoidin içində əsas və ya köməkçi molekul kimi funksiya daşıyır.  Nyu York Universitetindən kimya professoru və DNT mütəxəssisi  Robert Şapiro təkcə sadə bir bakteriyanın tərkibindəki 2000 növ zülalın təsadüfən  meydana gəlmə ehtimalını hesablamışdır. (İnsan hüceyrəsində isə təqribən  200.000 növ zülal var). Əldə edilən rəqəm 1040.000-də 1-dir.  (Bu ədəd 1 rəqəminin yanına 40 min dənə sıfır əlavə edilməsi ilə əmələ gələn  ağlasığmaz saydır). Kardiff  Universitetindən Tətbiqi Riyaziyyat və Astronomiya professoru Çandra  Uikramasinqhe bu ədəd haqqında belə şərh verir: 
                           Bu say (1040.000) Darvini və bütün təkamül  nəzəriyyəsini gömmək üçün kifayətdir. Bu planetin və ya başqa birinin üzərində əsla  (həyatın əmələ gələcəyi) ibtidai şorba olmamışdır və həyatın başlanğıcı təsadüfən  əmələ gəlməyəcəyinə görə, məqsədli bir ağılın məhsulu olmalıdır. Prof. Fred Hoyl isə bütün bu saylar haqqında belə  deyir: 
                           Əslində həyatın ağıl sahibi bir varlıq tərəfindən  meydana gəldiyi o qədər aydındır ki, insana bu açıq həqiqətin nə üçün geniş şəkildə  qəbul edilmədiyi qəribə gəlir. Bunun (qəbul edilməməsinin) səbəbi elmi deyil,  psixolojidir. “Science news”-un 1999-cu yanvar sayında dərc olunan  bir məqaləsində də amin turşularının zülalları necə əmələ gətirdiyinə dair hələ  heç bir açıqlama verilmədiyi belə bildirilir: 
                           Heç kim indiyə qədər geniş şəkildə yayılmış amin  turşularının zülallara necə çevrildiyinə dair qənaətbəxş açıqlama verə bilməmişdir.  İbtidai dünyanın fərz edilən şərtləri amin turlşularını izolyasiya edilmiş təkliyə  sürükləyəcək şəkildədir Sol əlli zülallar Zülalın  əmələ gəlməsiylə bağlı təkamülçü tezislərin həyata keçməsinin qeyri-mümkünlüyünü  bir az da hərtərəfli təhlil edək.Canlılardakı  bir zülal molekulunun əmələ gəlməsi üçün təkcə uyğun amin turşularının uyğun  sırada düzülmələri kifayət deyil. Bununla yanaşı, zülalların tərkibindəki 20  növ amin turşusundan hər biri  ancaq “sol  əlli” olmalıdır. Kimyəvi cəhətdən eyni amin turşusunun həm sağ əlli, həm də sol  əlli olmaqla iki fərqli növü var. Bunların aralarındakı fərq üç ölçülü  formalarının bir-biri ilə əks
istiqamətli olmasından irəli gəlir. Eynilə insanın sağ  və sol əlləri arasındakı fərq kimi. 
                          
                            |   Eyni amino asitin sol əlli (L) və sağ əlli ( D)  izomerləri.Canlılardakı  zülallar sadəcə sol əlli amino asitlərdən ibarətdir. |  Hər iki növ amin turşusu bir-birləri ilə asanlıqla  bağlana bilir. Ancaq aparılan təhlillərdə təəccüblü həqiqət üzə çıxmışdır: ən  ibtidai orqanizmdən ən alisinə qədər bütün canlılardakı zülallar sadəcə sol əlli  amin turşularından əmələ gəlir. Zülalın tərkibinə qatılan bir sağ əlli amin  turşusu belə o zülalı yararsız hala salır. Hətta bəzi təcrübələrdə  bakteriyalara sağ əlli amin turşuları əlavə edilmiş, ancaq bakteriyalar bu amin  turşularını dərhal parçalamışlar, bəzi hallarda isə bu parçaladıqları amin  turşularından yenidən öz istifadələri üçün sol əlli amin turşuları inşa etmişlər.  Bir  anlıq təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, canlıların təsadüflərlə əmələ gəldiyini  fərz edək. Bu halda yenə təsadüflərlə əmələ gəlmiş amin turşuları təbiətdə sağ  və sol əlli olmaq üzrə bərabər miqdarda olacaqdılar. Ona görə, bütün canlıların  tərkibində sağ və sol əlli amin turşuları qarışıq miqdarda olmalıydı. Çünki  kimyəvi cəhətdən hər iki qrupdan olan amin turşularının da bir-birləri ilə  asanlıqla birləşməsi mümkündür. Lakin bütün canlı orqanizmlərdəki zülallar  ancaq sol əlli amin turşularından ibarətdir.  Zülalların  bunların içindən necə sadəcə sol əlli amin turşularını seçdikləri və necə  aralarına heç bir sağ əlli amin turşusunun qarışmadığı elm adamlarının heç cür  izah edə bilmədikləri mövzulardan biri kimi qalmışdır. Bu cür xüsusi və şüurlu  seçicilik təkamül nəzəriyyəsinin düşdüyü çıxılmaz vəziyyətlərdən biridir.Habelə  açıq şəkildə göründüyü kimi, zülalların bu xüsusiyyəti təkamülçülərin “təsadüf”  müəmmasını daha da içindən çıxılmaz vəziyyətə salır: “yararlı” bir zülalın əmələ  gəlməsi üçün bir az əvvəl də izah etdiyimiz kimi, sadəcə onu təşkil edən amin  turşularından bəlli miqdarda qüsursuz düzülüşdə və xüsusi üç ölçülü dizayna  uyğun şəkildə birləşmələri də kifayət deyil. Bütün bunlarla yanaşı bu amin  turşularının hamısının sol əlli olanlar arasından seçilməsi və içlərində bir dənə  də sağ əlli amin turşusu olmaması da vacibdir. Çünki amin turşusu zəncirinə əlavə  edilən bir səhv sağ əlli amin turşusunun səhv olduğunu müəyyən edərək onu zəncirdən  çıxaracaq hər hansı təbii seçmə mexanizmi də mövcud deyil. Buna görə, bir sağ əlli  amin turşusu da sol əlli amin turşularının arasına qarışmamalıdır. Bu da təsadüf  anlayışını bir daha əsassız edir. Bu vəziyyət “Britannika elmi ensiklopediyası”nda belə  ifadə edilir: 
                           ... Yer üzündəki bütün canlı orqanizmlərdəki amin  turşularının hamısı zülallar kimi mürəkkəb polimerlərin tərkib hissələri eyni  asimmetriya şəklindədir. Sanki tamamilə sol əllidirlər. Bu, bir baxımdan milyon  dəfə havaya atılan bir qəpiyin hər dəfə eyni üzünün yerə düşməsinə bənzəyir.  Molekulların necə sol əl və ya sağ əl olduğunu anlamaq olmur. Bu seçim  anlaşılmaz şəkildə yer üzündəki həyatın mənbəyinə bağlıdır.249 Bir  pul milyon dəfələrlə havaya atıldıqda hər dəfə eyni üzü yerə düşürsə, bunu təsadüflə  açıqlamaq, yoxsa birisinin şüurlu şəkildə havaya atılan pula müdaxilə etdiyini  qəbul etmək daha məntiqlidir? Cavab aydındır.  Amin  turşularındakı sol əlli olma hadisəsinə bənzər vəziyyət nukleotidlər, yəni DNT  və RNT-nin tərkib hissələrinə də aiddir. Onlar da canlı orqanizmlərdə olan  bütün amin turşularının əksinə, ancaq sağ əlli olanlardan seçilmişdirlər. Bu da  təsadüflə açıqlanmayacaq vəziyyətdir.  Nəticədə  həyatın mənbəyinin təsadüflərlə açıqlanmasının mümkün olmadığı başdan bəri təhlil  etdiyimiz ehtimallarla qəti şəkildə sübut edilir: 400 amin turşusundan ibarət  orta ölçüdəki bir zülalın sadəcə sol əlli amin turşularından seçilmə ehtimalını  hesablamaq istəsək, 2400-də, yəni 10120-də 1 ehtimal əldə  edərik. Bu astronomik rəqəmi izah etmək üçün kainatdakı elektronların  sayının cəminin bu saydan daha az olduğunu, təqribən  1079 olduğunu bildirək. Bu amin turşularının lazımi düzülüşü və  funksional orqanı əmələ gətirmə ehtimalları isə daha böyük rəqəmləri əmələ gətirir.  Bu ehtimallara birdən çox sayda və növdə zülalın əmələ gəlmə ehtimalını da əlavə  etsək, hesablamaların içindən heç çıxmaq olmaz. Peptid zənciri zərurəti Təkamül  nəzəriyyəsinin bir zülalın əmələ gəlməsi mərhələsi ilə bağlı qarşılaşdığı  problemlər buraya qədər sadaladıqlarımızla bitmir. Bir zülalın əmələ gəlməsi  üçün lazım olan amin turşusu növlərinin uyğun sayda və ardıcıllıqla və lazımı  üç ölçülü formada düzülmələri də kifayət deyil. Bütün bu şərtlərlə bərabər birdən  çox qola malik amin turşusu molekulları ancaq müəyyən qollarla bir-birlərinə  bağlanmalıdırlar. Bu şəkildəki rabitəyə “peptid  rabitəsi” deyilir. Amin turşuları fərqli rabitələrlə bir-birlərinə bağlana  bilərlər, ancaq zülallar ancaq və ancaq “peptid” rabitəsi ilə bağlanmış amin  turşularından əmələ gəlirlər.  Bunu  bir bənzətmə ilə gözünüzdə canlandıra bilərsiniz: məsələn, bir avtomobilin  bütün hissələrinin tam və yerli-yerində olduğunu düşünün. Lakin təkərlərdən  birisi lazım olduğu yerə vintlərlə deyil, bir sim parçasıyla və ya dairəvi üzü  aşağı şəkildə avtomobilə birləşdirilsin. Belə bir avtomobilin motoru nə qədər  güclü olsa da, nə qədər qabaqcıl texnologiya ilə istehsal olunsa da, bir metr  belə gedə bilməz. Görünüş baxımından hər şey yerli-yerindədir, lakin təkərlərdən  birinin yerinə lazım olduğundan fərqli şəkildə bağlanması avtomobili tamamilə  yararsız hala salacaqdır. Eynilə bir zülal molekulundakı bir amin turşusunun  digərinə peptid rabitəsindən fərqli rabitə ilə bağlanması bu molekulu yararsız  edəcəkdir.  Aparılan  araşdırmalar öz aralarında təsadüfən birləşən amin turşularının ən çox 50%-nin  peptid rabitəsiylə bir-birinə bağlandığını, qalanının isə zülallara uyğun  olmayan fərqli rabitələrlə bağlandıqlarını üzə çıxarmışdır. Ona görə bir  zülalın təsadüfən əmələ gəlməsi ehtimalını hesablayarkən (sol əlli amin turşusu  zərurəti də nəzərə alınmaqla) hər amin turşusunun özündən əvvəlki və sonrakı ilə  ancaq və ancaq peptid rabitəsi ilə bağlanması zərurətini də hesaba qatmaq  lazımdır. Bu da təxminən 50% ehtimaldır.  Bu  ehtimal da zülaldakı hər amin turşusunun sol əlli olması ehtimalı ilə eynidir.  Yəni 400 amin turşusundan ibarət bir zülalda bütün amin turşularının öz  aralarında ancaq peptid rabitəsi ilə birləşmələri ehtimalı 2399-da  1-dir. Sıfır ehtimal  Buraya  qədər təhlil etdiyimiz üç fərqli ehtimalı (amin turşularının düzgün düzülmə  ehtimalı, hamısının sol əlli olma ehtimalı və hamısının peptid rabitəsi ilə  birləşməsi ehtimalını) birləşdirsək, 10950-də  1 ehtimal kimi astronomik rəqəm  ortaya çıxar. Bu ancaq kağız üstündəki ehtimaldır. Təcrübədə isə belə bir hadisənin  baş vermə ehtimalı “sıfırdır”. Riyaziyyatda “1050-də 1” və ya daha kiçik bir ehtimal statistik baxımdan  “sıfır”, yəni qeyri-mümkün ehtimal kimi qəbul edilir.   Təkcə  bir zülal molekulunu əmələ gətirmək üçün amin turşularının dünyanın başlanğıcından  bəri ard-arda heç vaxt itirmədən sınama və yanılma yolu ilə birləşib  ayrıldıqlarını fərz etsək belə, yenə də 10950-də 1 ehtimalının baş  tutması üçün lazımi müddət dünyanın bu günə qədərki ömründən çox artıqdır.  Bütün  bunlardan belə nəticə çıxır: təkamül nəzəriyyəsi hələ tək bir zülalın əmələ gəlməsini  açıqlama mərhələsində çətinliyə düşür.Təkamül  nəzəriyyəsinin ən qabaqcıl tərəfdarlarından prof. Riçard Dokinz də nəzəriyyənin  düşdüyü çıxılmaz vəziyyəti belə ifadə edir:
 in en önde gelen savunucularından Prof. Richard 
                          Dawkins de teorinin içinde düştüğü imkansızlığı şöyle ifade 
                          etmektedir: 
                           Təhlil etdiyimiz növdən olan “şanslı” hadisə o qədər  qorxunc dərəcədə ehtimaldan kənar olacaqdır ki, kainatın hər hansı bir yerində  baş vermə şansı hər il milyard dəfə milyardda bir qədər az olacaqdır. Əgər bu  ancaq kainatın hər hansı bir yerindəki bir planetdə baş vermişdirsə, bu, bizim  planetimiz olmalıdır, çünki biz burada bu mövzu haqqında danışırıq.250 Təkamül  nəzəriyyəsinin nüfuzlu tərəfdarlarının birinin bu cür mövqeyi nəzəriyyənin təməl  məntiqinin səhv olduğunu çox açıq şəkildə əks etdirir. Dokinzin  “Qeyri-mümkünlük dağına dırmaşmaq” adlı kitabında yazdığı yuxarıdakı ifadələri  təkamülçülərin klassik “biz buradayıqsa, deməli, təkamül də baş vermişdir” şəklindəki  heç bir açıqlaması olmayan ziddiyyətli məntiqinə nümunədir.Göründüyü  kimi, ən mühafizəkar təkamül tərəfdarları belə təkamül nəzəriyyəsinin  canlıların hələ başlanğıc mərhələsini açıqlaya bilmədiyini etiraf edirlər.  Ancaq çox maraqlıdır ki, bu vəziyyət qarşısında müdafiə etdikləri nəzəriyyənin  həqiqətdən kənar olduğunu qəbul etmək əvəzinə, ehkamçı yanaşma ilə təkamülə  bağlanmağı üstün tuturlar. Bu, tamamilə ideoloji mühafizəkarlıqdır. Təbiətdə sınama və yanılma mexanizmi yoxdur 
                          
                            |   
 
 Zülal sintezi:
 Ribosom RNT-ni oxuyub və buradakı  məlumata görə amin turşuları ardıcıl şəkildə  düzür. Şəkillərdə  val, cys və ala amin turşularının  ribosom və daşıyıcı RNT tərəfindən ardıcıl  düzülməsi görünür. Təbiətdəki bütün zülallar bu həssas əməliyyatla yaradılır.  “Təsadüfən” əmələ gələn zülal yoxdur.
 |  Nəticə  olaraq buraya qədər bəzi nümunələrini sadaladığımız ehtimal hesablamalarının əsas  məntiqilə əlaqədar çox mühüm cəhəti qeyd etmək lazımdır: yuxarıda  hesabladığımız ehtimallar zülalların təsadüfən əmələ gəlməsinin qeyri-mümkün  olduğunu göstərir. Ancaq hadisənin daha mühüm və təkamül nəzəriyyəsi baxımından  içindən çıxılmaz tərəfi də var: əslində təbiətdə bu ehtimalların sınama prosesi  belə başlaya bilməz. Çünki təbiətdə sınama və yanılma yolu ilə zülal  hazırlamağa çalışan mexanizm yoxdur.Yuxarıda  bəhs etdiyimiz bütün imkansızlıqları bir anlıq bir kənara qoyub yenə də yararlı  zülal molekulunun “təsadüfən” öz-özünə əmələ gəldiyini fərz edək. Ancaq bu  zaman da təkamül nəzəriyyəsi bir daha çıxılmaz vəziyyətə düşür.500  amin turşusundan ibarət bir zülalın əmələ gəlmə ehtimalını göstərmək üçün  verdiyimiz hesablamalar sadəcə ideal (gerçək həyatda baş verməyən) sınama və  yanılma mühiti üçün keçərlidir. Yəni şüurlu bir gücün təsadüfən 500 amin  turşusunu birləşdirməsi, sonra bunun səhv olduğunu görüb hamısını tək-tək  ayırması, daha sonra ikinci dəfə fərqli ardıcıllıqla düzməsi ilə yararlı  zülalın əldə edilmə ehtimalı 10950-də 1-dir. Hər sınamada amin  turşuları tək-tək ayrılıb yeni ardıcıllıqla düzülməlidir. Bundan başqa, hər  sınamada 500 min turşusu da əlavə edildikdən sonra zülal hazırlanması  dayandırılmalı və tək bir artıq amin turşusunun qarışmasının qarşısı alınmalı,  zülalın əmələ gəlib-gəlmədiyinə baxılmalı, əmələ gəlmədikdə hamısının ayrılıb  yeni bir ardıcıllıq sınanmalıdır. Habelə hər sınama əsnasında araya başqa heç  bir yad kimyəvi maddə də qarışmamalıdır. Sınama zamanı əmələ gələn zəncirin 500  halqaya çatmadan parçalanmaması da şərtdir. Yəni əvvəldən bəri bəhs etdiyimiz  ehtimallar əvvəlini, sonunu və hər mərhələsini şüurlu bir gücün idarə etdiyi,  ancaq “amin turşularının seçilməsinin” təsadüflərə həvalə edildiyi tənzimlənən  mexanizmlə baş verir. Təbii amillərin bu cür xüsusiyyətlərə malik olması mümkün  deyil. Ona görə, təbii mühitdə bir zülalın əmələ gəlməsi tamamilə  qeyri-mümkündür.
 Bu  mövzuları hərtərəfli dəyərləndirməyən və səthi yanaşan şəxslər zülalın əmələ gəlməsini  sadə kimyəvi reaksiya kimi düşündükləri üçün “amin turşuları reaksiya nəticəsində  birləşib zülal əmələ gətirir” kimi həqiqətdənkənar məntiq irəli sürürlər.  Halbuki cansız təbiətdə təsadüfən baş verən kimyəvi reaksiyalar ancaq sadə birləşmələr  əmələ gətirirlər. Onların say və növü də müəyyən və məhduddur. Daha kompleks  kimyəvi maddə əldə etmək üçün böyük fabriklər, kimyəvi müəssisələr,  laboratoriyalar lazımdır. Dərmanlar, gündəlik həyatda istifadə etdiyimiz bir  çox kimyəvi maddə elə bu növdəndir. Zülallar isə  sənayedə istehsal edilən bu kimyəvi maddələrdən  daha kompleks quruluşa malikdir. Ona görə, hər hissəsinin yerli-yerində və  planlı şəkildə yerləşməsi lazım olan mexaniki dizayn və mühəndislik möcüzəsi  olan zülalların təsadüfi kimyəvi reaksiyalar nəticəsində əmələ gəlməsi əsla  mümkün deyil.
 Həyatın mənşəyi mövzusu ilə bağlı təkamülçü səylər Hər  şeydən əvvəl, əsas cəhəti yadda saxlamaq lazımdır: təkamül prosesinin hər hansı  bir mərhələsinin qeyri-mümkün olduğunun üzə çıxması nəzəriyyənin kökündən səhv  olduğunu və əsassızlığını göstərməsi üçün kifayətdir. Məsələn, sadəcə  zülalların təsadüfən əmələ gəlməsinin qeyri-mümkünlüyünün sübut edilməsi təkamülün  daha sonrakı mərhələlərə aid bütün digər iddialarını da təkzib etmiş olur.  Bundan sonra insan və meymun kəllə sümükləri üzərində fərziyyələr qurmağın da  heç bir mənası qalmaz.Bu  mövzuya ilk dəfə müraciət edən şəxs  “kimyəvi təkamül” anlayışını ortaya atan  rus bioloq Aleksandr İ.Oparin oldu. Oparin bütün nəzəri fəaliyyətlərinə  baxmayaraq, həyatın mənşəyini açıqlama baxımından heç bir nəticə əldə edə bilmədi.  1936-cı ildə nəşr etdirdiyi “Həyatın mənşəyi” (Origin of life) adlı kitabında  belə deyirdi:Canlıların  cansız maddələrdən necə əmələ gəlməsi uzun müddət təkamül nəzəriyyəsi tərəfdarlarının  üzərində çox durmaq istəmədikləri problem idi. Ancaq daima görməməzliyə  vurduqları bu problem getdikcə gizlədilməyəcək problemə çevrildi və bu problemi  XX əsrin ikinci rübündə başlayan bir sıra tədqiqatla həll etməyə çalışdılar.
 İlk  sual bu idi: ibtidai dünyada ilk canlı hüceyrə necə meydana gəlmişdi? Daha  doğrusu, təkamülçülər bu suala necə açıqlama gətirməliydilər?
 
                           Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsini  tamamilə əhatə edən ən qaranlıq cəhəti təşkil edir. Oparindən sonra təkamülçülər hüceyrənin təsadüflərlə əmələ  gələcəyini sübut etmək üçün saysız-hesabsız təcrübə, tədqiqat və müşahidə  apardılar. Ancaq aparılan hər tədqiqat hüceyrədəki kompleks yaradılışı daha hərtərəfli  üzə çıxararaq təkamülçülərin fərziyyələrini daha da təkzib etdi. Almaniyadakı  İohannes Qutenberq Universitetinin Biokimya İnstitutunun rəhbəri prof. dr.  Klaus Douz bu barədə belə deyir: 
                           Kimyəvi və molekulyar təkamül sahələrində həyatın mənşəyi  mövzusunda otuz ildən çox davam etdirilən bütün təcrübələr  həyatın mənşəyi probleminə cavab tapmaqdansa,  problemin nə qədər böyük olduğunun qavranmasına səbəb oldu. Hal-hazırda bu  mövzudakı bütün nəzəriyyələr və təcrübələr ya çıxılmaz vəziyyətlə bitir, ya da  məlumatsızlıq etirafları ilə nəticələnir.  Təkamülçü elmi yazıçı Con Horqan da “Elmin sonu” (The  end of science) adlı kitabında həyatın mənşəyi mövzusu haqqında “Bu, müasir biologiyanın əsasını təşkil edən ən  zəif hissədir” deyir. San Diyeqo Skripps İnstitutundan geokimyaçı Cefri  Badanın aşağıdakı sözləri isə XX əsrin sonunda təkamülçülərin bu dərin çıxılmaz  vəziyyət qarşısındakı çarəsizliklərinin ifadəsidir: 
                           Bu gün XX əsri geridə qoyarkən hələ də XX əsrə daxil  olduqda üzləşdiyimiz ən böyük həll olunmamış problemlə qarşı-qarşıyayıq: həyat  yer üzündə necə başlamışdır? İndi  təkamül nəzəriyyəsin bu “ən böyük həll edilməmiş problemini” təfərrüatı ilə nəzərdən  keçirək. Əvvəlcə, məşhur Miller eksperimentini təhlil edək. Miller eksperimenti Həyatın  mənşəyi ilə bağlı təkamülçü mənbələrin ən çox etibar etdikləri tədqiqat isə  1953-cü ildə amerikalı tədqiqatçı Stenli Miller tərəfindən keçirilən Miller  eksperimentidir. (Təcrübə Millerin Çikaqo Universitetindəki müəllimi Harold  Yureyin köməyinə görə “Yurey-Miller eksperimenti” kimi də tanınır). Təkamül  prosesinin ilk mərhələsi kimi irəli sürülən “kimyəvi təkamül” tezisinə “dəlil”  kimi irəli sürülən yeganə cəhd elə bu təcrübədir. Aradan təxminən yarım əsr  keçməsinə və böyük texnoloji irəliləyişlər əldə edilməsinə baxmayaraq, bu məsələdə  heç bir yeni cəhd edilməmişdir. Bu gün hələ də dərsliklərdə canlıların ilk dəfə  əmələ gəlməsinin təkamül baxımından açıqlaması kimi Miller eksperimenti öyrədilir.  Çünki bu cür səylərin nəzəriyyələrini dəstəkləmədiyini, əksinə daima təkzib  etdiyini anlayan təkamül tədqiqatçıları buna bənzər təcrübələrə əl atmaqdan  xüsusilə çəkinirlər. 
                          
                            |  S.Miller təcrübə aparatı ilə birlikdə. |  Stenli  Millerin məqsədi milyard illər əvvəlki cansız dünyada zülalların tərkib hissələri  olan amin turşularının “təsadüfən” əmələ gəldiklərini göstərən təcrübi dəlil  ortaya qoymaq idi. Miller təcrübəsində ibtidai dünya atmosferində mövcud  olduğunu fərz edilən (daha sonralar isə mövcud olmadığı məlum olan) ammonyak,  metan, hidrogen və su buxarından ibarət qaz qarışığından istifadə etdi. Bu  qazlar təbii şərtlər daxilində bir-biri ilə reaksiyaya girmədiklərinə görə təcrübəyə  kənardan enerji müdaxiləsi edildi. İbtidai atmosfer mühitində ildırımlardan əmələ  gəldiyi düşünülən enerjini süni elektrik mənbəyi vasitəsilə təmin etdi. Miller  bu qaz qarışığını bir həftə boyu 100°C temperaturda qaynatdı, bir  tərəfdən də qarışığa elektrik axını verdi. Həftənin sonunda Miller sınaq  şüşəsinin dibindəki qarışıqda əmələ gələn kimyəvi maddələri ölçdü və zülalların  tərkib hissələrini təşkil edən 20 növ amin turşusundan üçünün sintezləndiyini  müşahidə etdi.
 Təcrübə  təkamülçü dairələrdə böyük sevinc yaratdı və çox böyük uğur kimi təqdim edildi.  Hətta müxtəlif KİV-lər hadisədən məst olaraq “Miller həyatı yaratdı” başlığı  altında fərziyyələr dərc etdilər. Lakin Millerin sintezlədiyi ancaq “cansız”  molekullar idi.
 Bu  təcrübədən topladıqları cəsarətlə təkamülçülər dərhal yeni ssenarilər  uydurdular. Amin turşularından sonrakı mərhələlər də dərhal uyduruldu.  Ssenariyə əsasən amin turşuları daha sonra təsadüflər nəticəsində uyğun ardıcıllıqda  birləşmiş və zülalları əmələ gətirmişdilər. Təsadüf nəticəsində meydana gələn  bu zülalların bəziləri də özlərini bir şəkildə (!) əmələ gəlmiş hüceyrə  qılafına bənzər formaların içinə yerləşdirərək hüceyrəni meydana gətirmişdilər.  Hüceyrələr də zaman ərzində yan-yana gəlib birləşərək canlı orqanizmləri əmələ  gətirmişdilər.
 Halbuki bu ssenarinin ən böyük əsası olan Miller  eksperimenti hər cəhətdən əsassızlığı sübut edilmiş bir cəhddən başqa bir şey  deyildi. Miller eksperimentini əsassız edən dörd səbəb Millerin  ibtidai dünya mühitində amin turşularının öz-özünə əmələ gəldiklərini sübut etmək  məqsədi ilə keçirdiyi təcrübə bir çox cəhətdən əsassızdır. Bunları belə  sıralaya bilərik:1- Miller təcrübəsində “soyuq tələ” (cold trap) adlı bir  mexanizmdən istifadə edərək amin turşularını əmələ gəldikləri anda dərhal həmin  mühitdən təcrid etmişdi. Çünki əks təqdirdə amin turşularını əmələ gətirən  mühitin amilləri bu molekulları əmələ gəldikdən dərhal sonra məhv edəcəkdi.  Halbuki ibtidai dünya mühitində, əlbəttə, bu cür  şüurlu mexanizmlər yox idi və bunlar olmadan hər hansı amin turşusu əmələ gəlsə  belə, bu molekullar eyni mühitdə dərhal parçalanacaqdılar. Kimyaçı Riçard  Blissin bildirdiyi kimi, “bu soyuq tələ olmasa, kimyəvi məhsullar elektrik mənbəyi  tərəfindən məhv ediləcəkdi”. Belə  ki, Miller soyuq tələ yerləşdirmədən apardığı daha əvvəlki təcrübələrdə bircə  amin turşusu da əldə edə bilməmişdi.  2- Millerin təcrübəsində canlandırmağa çalışdığı ibtidai atmosfer mühiti həqiqi  deyildi. 1980-ci illərdə elm adamları ibtidai  atmosferdə metan və ammonyak əvəzinə azot və karbondioksid olduğu haqqında  ortaq fikrə gəldilər.Bəs,  Miller nə üçün bu qazlar məsələsində israr etmişdi? Cavab sadədir: ammonyak  olmadan heç bir amin turşusunun sintezlənməsi mümkün deyil. Kevin MakKin  “Discover” jurnalında dərc etdirdiyi məqalədə bu vəziyyəti belə izah edir: 
                           Miller və Yurey dünyanın qədim atmosferini metan və  ammonyakı qarışdıraraq süni şəkildə əvəz etdilər... Lakin son elmi tədqiqatlarda  o zamanlar dünyanın çox isti olduğu və ərimiş nikel ilə dəmirin qarışığından  meydana gəldiyi məlum olmuşdur. Beləliklə, o dövrdəki kimyəvi atmosfer tərkibi  daha çox azot, karbondioksid və su buxarından ibarət olmalıdır. Halbuki bunlar  üzvi molekulların əmələ gəlməsi üçün ammonyak və metan qədər uyğun deyillər.  Belə ki, amerikalı elm adamları C.P.Ferris və Ç.T.Çen  karbondioksid, hidrogen, azot və su buxarından ibarət qarışıqla Millerin təcrübəsini  təkrar həyata keçirdilər və tək bir amin turşusu molekulu da əldə edə bilmədilər.  3-Millerin təcrübəsini əsassız edən digər mühüm cəhət də  amin turşularının əmələ gəldiyi irəli sürülən dövrdə atmosferdə amin turşularının hamısını parçalayacaq sıxlıqda oksigen  olması idi. Millerin görməməzliyə vurduğu bu həqiqət yaşı 3.5 milyard il  olan daşlardakı oksidləşmiş dəmir və uran qalıqları ilə məlum oldu Oksigen miqdarının bu dövrdə təkamülçü nəzəriyyəçilərin  iddia etdiklərindən çox fərqli olduğunu göstərən başqa tapıntılar da üzə çıxdı.  Araşdırmalar o dövrdə dünya səthinə təkamülçülərin təxmin etdiklərindən 10 min  dəfə çox ultrabənövşəyi şüalar çatdığını göstərdi. Bu sıx ultrabənövşəyi şüalar  atmosferdəki su buxarı və karbondioksidi parçalayaraq oksigeni ayırırlar. 
                          
                            |  Millerin təcrübəsində   təşkil etdiyi şəraitin əslində ibtidai dünya şərtləri ilə heç bir  oxşarlığı yox idi. |  Bu  vəziyyət oksigen nəzərə alınmadan keçirilmiş Miller eksperimentini tamamilə əsassız  edirdi. Əgər təcrübədə oksigendən istifadə edilsəydi, metan karbondioksid və  suya, ammonyak isə azot və suya çevriləcəkdi. Digər tərəfdən, oksigenin  olmadığı mühitdə-hələ ozon təbəqəsi olmadığı üçün – ultrabənövşəyi şüualara  birbaşa məruz qalan amin turşuları dərhal parçalanacaqdı. Nəticədə, ibtidai  dünyada oksigenin olması da, olmaması da amin turşuları üçün məvhedici mühit  deməkdir.  4-Miller eksperimenti nəticəsində canlıların quruluş və  funksiyalarını pozan xüsusiyyətlərə malik çox miqdarda üzvi turşular da əmələ gəlmişdi.  Amin turşuları təcrid edilməyib bu kimyəvi maddələrlə eyni mühitdə qaldıqda isə  onlarla kimyəvi reaksiyaya girərək parçalanacaq və müxtəlif birləşmələrə çevriləcəkdilər.  Bundan əlavə, təcrübə nəticəsində ortaya bol miqdarda  sağ əlli amin turşusu çıxmışdı. Ancaq bu amin turşularının varlığı belə təkamül nəzəriyyəsini  öz məntiqi içində batırmaq üçün kifayət idi. Çünki sağ əlli amin turşuları  canlıların orqanizmində istifadə edilməyən amin turşularıdır. Beləliklə,  Millerin təcrübəsindəki amin turşularının əmələ gəldiyi mühit canlılar üçün əlverişli  deyil, əksinə, meydana gələn yararlı molekulları parçalayan, yandıran turşu  qarışığından ibarət idi. 
                          
                            |  Millerin özü də 1953-cü ildə apardığı təcrübənin həyatın  mənşəyini izah edə bilmədiyini qəbul etdi. |  Bütün  bunların göstərdiyi yeganə konkret həqiqət var: Miller eksperimenti canlıların  ibtidai dünya şərtləri daxilində təsadüfən meydana gəldiyini dəstəkləmir. Təcrübə  amin turşusu sintezləməyi hədəfləyən şüurlu və nəzarətli laboratoriya işidir.  İstifadə edilən qazların cinsləri və tərkibi nisbətləri amin turşularının əmələ  gəlməsi üçün ən ideal ölçülərdə müəyyən edilmişdir. Mühitə verilən enerjinin  miqdarı nə əksik, nə də artıqdır, tamamilə lazımi reaksiyaların baş verməsini təmin  edən şəkildə tənzimlənmişdir. Təcrübə aparatı ibtidai dünya şərtlərində mövcud  olan hər hansı zərərli, məhvedici və ya amin turşusunun əmələ gəlməsinin  qarşısını alan ünsür ehtiva etməyəcək şəkildə izolyasiya edilmişdir. İbtidai  dünyada mövcud olan və reaksiyaların gedişatını dəyişdirən heç bir element,  mineral və ya birləşmə sınaq şüşəsinə qoyulmamışdır. Oksidləşmə səbəbi ilə amin  turşularının varlığına mane olan oksigen bunlardan sadəcə biridir. Hazırlanan  ideal laboratoriya şərtlərinə gəlincə, “soyuq tələ” (cold trap) adlı mexanizm  olmadan amin turşularının eyni mühitdə parçalanmadan qalmaları mümkün deyil.Miller  eksperimenti Türkiyədəki bəzi mənbələrdə hələ də mühüm elmi kəşf kimi göstərilsə  də, əslində təkamülçü dairələr tərəfindən müdafiə edilmir. Son illərdə qərbin  elmi jurnallarında təcrübənin həyatın mənşəyini açıqlamaq baxımından bir məna  ifadə etmədiyi bildirilir. Məsələn, 1998-ci ilin fevral ayında dərc edilən məşhur  təkamülçü elmi jurnalı “Yer”dəki (Earth) “Həyat küpü” adlı məqalədə bu cümlələr  işlədilir:Əslində,  Miller eksperimenti ilə təkamülün “həyatın şüursuz təsadüflər nəticəsində  meydana gəlməsi” iddiasını təkzib etmişdir. Çünki təcrübə amin turşularının  ancaq bütün şərtləri xüsusi şəkildə tənzimlənmiş laboratoriya mühitində, şüurlu  müdaxilələrlə əldə edilə bildiyini göstərir.
  Bu gün Millerin ssenarisi şübhəylə qarşılanır. Bir səbəbi  geoloqların ibtidai atmosferin əsasən karbondioksid və azotdan ibarət olduğunu  qəbul etmələridir. Bu qazlar isə 1953-cü ildəki təcrübədə (Miller  eksperimentində) istifadə edilənlərdən daha az aktivdirlər. Millerin fərz  etdiyi atmosfer mövcud olsaydı belə, amin turşuları kimi bəsit molekulları daha  mürəkkəb birləşmələrə-zülallar kimi polimerlərə çevirəcək lazımi kimyəvi dəyişikliklər  necə əmələ gələ bilərdi ki? Miller özü belə problemin bu yerində əllərini irəli  uzadıb “bu bir problemdir” deyərək dərindən ah çəkir: “Polimerləri necə əmələ gətirəcəksiniz?  Bu, o qədər asan deyil...”. Göründüyü  kimi, Millerin özü belə bu gün təcrübəsinn həyatın mənşəyini açıqlamaq  baxımından bir məna ifadə etmədiyini anlayır. “National geographic”in 1998-ci  il mart sayındakı “Yer üzündəki həyatın mənşəyi” adlı məqaləsində isə bu  mövzuyla bağlı belə sətirlər yazılmışdır:  Bir çox elm adamı bu gün ibtidai atmosferin Millerin  irəli sürdüyündən fərqli olduğunu təxmin edir. İbtidai atmosferin hidrogen,  metan və ammonyakdan çox karbondioksid və azotdan ibarət olduğunu düşünürlər.  Bu isə kimyaçılar üçün pis xəbərdir! Karbondioksid və azotu reaksiyaya saldıqda  əldə edilən üzvi birləşmələr olduqca dəyərsiz miqdardadır. Böyük üzmə hovuzuna  atılan bir damla qida boyası ilə eyni nisbətdə olan sıxlığa bərabərdir... Elm  adamları bu qədər duru şorbada həyatın əmələ gəlməsini təsəvvür etməyi belə çətin  hesab edirlər.. Qısaca  desək, nə Miller eksperimenti, nə də başqa heç bir təkamülçü səy yer üzündə həyatın  necə əmələ gəlməsi sualını cavablaya bilmir. Bütün tədqiqatlar həyatın təsadüflərlə  əmələ gəlməsinin qeyri-mümkün olduğunu sübut edir və beləliklə, həyatın  yaradıldığını göstərir. Təkamülçülərin bu açıq həqiqəti qəbul etməmələri isə  elmə tamamilə zidd ön mühakimələrə malik olduqlarına görədir. Belə ki, Miller  eksperimentini tələbəsi Stenli Miller ilə birlikdə təşkil edən Harold Yurey bu  mövzu ilə bağlı belə etiraf edir: 
                           Həyatın mənşəyi mövzusunu araşdıraraq nə qədər çox tədqiq  etsək də, həyatın hər hansı bir yerdə təkamül keçirməyəcək qədər kompleks  olduğu nəticəsinə gəlirik. (Ancaq) hamımız bir inanc kimi həyatın bu planetdə  ölü maddədən təkamüllə əmələ gəldiyinə inanırıq. Lakin komplekslik o qədər  böyükdür ki, necə təkamül keçirdiyini təsəvvür etmək belə bizim üçün çətindir. İbtidai atmosfer və zülallar Təkamülçü  mənbələrdə amin turşularının mənşəyi problemi buraya qədər sadaladığımız bütün əsassızlıqlarına  baxmayaraq, Miller eksperimenti ilə ört-basdır edilməyə çalışılır. Bu tutarsız  təcrübə ilə sözügedən problemin çoxdan həll olunduğu şəklində təsəvvür verərək  təkamül nəzəriyyəsinin içinə düşdüyü çıxılmaz vəziyyətlər gizlədilməyə  çalışılır.Zülalların  təbii şərtlərdə təsadüfən əmələ gəldiklərini irəli sürmək amin turşularının təsadüfən  əmələ gəldiklərini irəli sürməkdən daha ağılsız iddiadır. Amin turşularının  zülalları əmələ gətirmək üçün uyğun ardıcıllıqlarda təsadüfən birləşmələrinin  riyazi cəhətdən qeyri-mümkünlüyünü əvvəlki səhifələrdə ehtimal hesablamaları ilə  təhlil etmişdik. Ancaq zülalın əmələ gəlməsi kimyəvi cəhətdən də ibtidai dünya  şərtləri daxilində mümkün deyil.Ancaq  həyatın mənşəyini təsadüflərlə açıqlama cəhdinin ikinci mərhələsində təkamül nəzəriyyəsini  amin turşularından daha böyük problem gözləyir: zülallar. Yəni yüzlərlə fərqli  amin turşusunun müəyyən ardıcıllıqla bir-birlərinə bağlanaraq əmələ gətirdikləri  canlıların tərkib hissələri.
 Zülalların suda sintezlənməsi problemi Əvvəlki  səhifələrdə də bildirdiyimiz kimi, amin turşuları zülal əmələ gətirmək üçün  kimyəvi cəhətdən birləşərkən aralarında “peptid rabitəsi” deyilən xüsusi rabitə  qururlar. Bu rabitə qurularkən bir su molekulu əmələ gəlir.Bu  vəziyyət ibtidai həyatın dənizlərdə əmələ gəldiyini irəli sürən təkamülçü  izahatı əsassız edir. Çünki kimyada Le  Şatelye Prinsipi kimi tanınan bir qanuna görə reaksiya nəticəsində su əmələ  gəlirsə, bu reaksiyanın (kondensasiya reaksiyası) su ehtiva edən mühitdə baş  verməsi mümkün deyil. Sulu mühitdə bu cür reaksiyanın baş verməsi kimyəvi  reaksiyalar daxilində “baş vermə ehtimalı ən az olan”dır.  Beləliklə, təkamülçülərin həyatın başladığı və amin turşularının  əmələ gəldiyi yerlər kimi bildirdikləri okeanlar amin turşularının birləşərək  zülalları əmələ gətirməsi üçün əsla uyğun olmayan mühitlərdir. Digər tərəfdən, təkamül tərəfdarlarının bu həqiqət  qarşısında iddialarını dəyişdirib ibtidai həyatın quruda əmələ gəldiyini irəli  sürmələri də qeyri-mümkündür. Çünki ibtidai atmosferdə əmələ gəldiyi fərz edilən  amin turşularını ultrabənövşəyi şualardan qoruyacaq yeganə mühit dənizlər və  okeanlardır. Amin turşuları quruda ulrtrabənövşəyi şüalar tərəfindən  parçalanırlar. Le Şatelye Prinsipi isə amin turşularının dənizlərdə əmələ gəlməsi  iddiasını təkzib edir. Bu da təkamül nəzəriyyəsi üçün əsl dilemmadır. Foks eksperimenti Əvvəlki  səhifədə açıqladığımız müəmma ilə üz-üzə qalan təkamülçü tədqiqatçılar bütün nəzəriyyələrini  alt-üst edən bu “su problemini” həll etmək üçün müxtəlif ssenarilər uydurmağa  başladılar. Bu tədqiqatçılardan ən məşhuru olan Sidney Foks problemi həll etmək  üçün çox qəribə nəzəriyyə irəli sürdü. Onun fikrincə, ilk amin turşuları ibtidai  okeanda əmələ gəldikdən dərhal sonra bir vulkanın yanındakı qayalıqlara sürükləniblər.  Sonra da tərkibində amin turşuları olan qarışıqdakı su yüksək temperatur nəticəsində  buxarlanıb. Beləliklə, “quruyan” amin turşuları zülalları əmələ gətirmək üçün  birləşə bilərlər.Foksun  sözügedən təcrübəsi təkamülçü dairələrdə belə çox müsbət qarşılanmadı. Çünki  Foksun əldə etdiyi yararsız amin turşusu zəncirlərinin (proteinoidlərin) təbii  şərtlər daxilində əmələ gəlməyəcəyi çox aydın idi. Habelə canlıların tərkib  hissəsi olan zülallar hələ də əldə edilməmişdi. Zülalların mənşəyi problemi əvvəldə  olduğu kimi hələ də həll edilməmişdi. Məşhur elmi jurnal “Kimya mühəndisliyi xəbərləri”ndə  (Chemical engineering news) o dövrdə dərc edilən bir məqalədə Foksun keçirdiyi  təcrübə haqqında belə yazılmışdı:Lakin  bu “qarışıq” çıxış yolu da o qədər mənimsənilmədi. Çünki amin turşuları Foksun  irəli sürdüyü dərəcədə temperatura qarşı müqavimət göstərə bilməzdilər.  Aparılan araşdırmalar amin turşularının yüksək temperaturda dərhal məhv  olduqlarını üzə çıxarmışdır.
 Ancaq  Foks həvəsdən düşmədi. Laboratoriyada “çox xüsusi şərtlər daxilində”  saflaşdırılmış amin turşularını quru mühitdə isidərək birləşdirdi. Amin  turşuları birləşdirilmişdi, ancaq zülallar yenə əldə edilə bilmədi. Əldə etdiyi  bir-birinə təsadüfən birləşmiş, bəsit və nizamsız amin turşuları halqaları idi  və hər hansı bir canlı zülalına bənzəmirdi. Habelə əgər Foks amin turşularını  eyni temperaturda saxlamağa davam etsəydi, əmələ gəlmiş yararsız amin turşusu  halqaları yenidən parçalanacaqdı.
 Təcrübəni  əsassız edən başqa bir cəhət isə Foksun daha əvvəl Miller eksperimentində əldə  edilmiş amin turşuları deyil, canlı orqanizmlərdə istifadə edilən saf amin  turşuları istifadə etməsi idi. Lakin Millerin təcrübəsinn davamı iddiasındakı təcrübə  Millerin gəldiyi nəticəyə əsaslanmalı idi. Amma nə Foks, nə də başqa heç bir tədqiqatçı  Millerin əldə etdiyi yararsız amin turşularından istifadə etmədi.
  Sidney Foks və digər tədqiqatçılar çox xüsusi isitmə  texnikasından istifadə edərək dünyanın ilk dövrlərində heç mövcud olmamış şərtlər  daxilində amin turşularını “proteinoidlər” adlanan şəkildə bir-birinə bağlamağı  bacardılar. Bununla belə, bunlar canlılardakı çox nizamlı zülallara heç bənzəmirlər.  Onlar heç bir işə yaramayan, nizamsız ləkələrdən başqa bir şey deyillər. İlk  dövrlərdə bu molekullar, əgər həqiqətən meydana gəlmişlərsə də, onların  parçalanmamaları mümkün deyil. Həqiqətən də Foksun əldə etdiyi “proteinoidlər” həqiqi  zülallardan quruluş və funksiya cəhətdən tamamilə fərqli idilər. Zülallarla  proteinoidlər arasında mürəkkəb texniki cihazla metal yığını arasındakı qədər fərq  vardı. 
                          
                            |  |  |  
                            | Foksun  “Proteinoid”ləriMillerin fikirlərindən təsirlənən  Sidney Foks bəzi amin turşularını birləşdirərək  “proteinoid” adlandırdığı yuxarıdakı  molekulları meydana gətirdi. Ancaq bu yararsız amin turşusu zəncirlərinin canlı  orqanizmi meydana gətirən  əsl  zülallarla  əlaqəsi yoxdur. Əslində bütün  bu səylər canlılar aləminin nəinki təsadüfən, hətta laboratoriya şəraitində  meydana gələ bilməyəciyini göstərirdi.
 |  Habelə  bu nizamsız amin turşusu yığınlarının belə ibtidai atmosferdə yaşama imkanları  yox idi. Dünyanın o dövrki şərtləri daxilində yer üzünə gələn sıx ultrabənövşəyi  şüaların və nəzarətsiz təbii şərtlərin zərərli, məhvedici fiziki və kimyəvi təsirləri  bu proteinoidlərin belə yaşamasına imkan vermədən parçalanmalarına səbəb  olacaqdı. Amin turşularının ultrabənövşəyi şüaların çata bilmədiyi suyun  altında mövcud olmaları isə Le Şatelye prinsipinə görə mümkün deyil. Bu faktlar  işığında elm adamları arasında proteinoidlərin həyatın başlanğıcını əmələ gətirən  molekullar olduğu fikri getdikcə təsirini itirdi. DNT molekulunun mənşəyi Buraya qədər təhlil etdiklərimizin göstərdiyi kimi, təkamül  nəzəriyyəsi molekulyar səviyyədə də çətin vəziyyətdədir. Amin turşularının mənşəyini  təkamül nəzəriyyəsi heç cür açıqlaya bilmir. Zülalların mənşəyi isə təkamül  baxımından daha böyük problemdir. 
                          
                            |  Uatson və Krik DNT-nin quruluşunu kəşf etdikdə  canlılar aləminin əvvəllər zənn edildiyindən daha mürəkkəb olduğunu  ortaya qoydu. |  Ancaq  problem sadəcə amin turşuları və zülallarla məhdudlaşmır, bunlar sadəcə bir  başlanğıcdır. Bunlardan başqa canlı hüceyrəsinin qeyri-adi dərəcədə kompleks  quruluşu təkamül baxımından böyük problemdir. Çünki hüceyrə amin turşusundan əmələ  gəlmiş zülallardan ibarət bir yığın deyil, insanın indiyə qədər qarşılaşdığı ən  kompleks sistemlərdən biridir.Canlıların  mənşəyini təsadüflərlə açqılamağa cəhd edən təkamül nəzəriyyəsi hüceyrədəki ən əsas  molekulların varlığını belə əsaslı izah edə bilmirdi, bir tərəfdən də genetika  elmindəki irəliləyişlər və nuklein turşularının, yəni DNT və RNT-nin kəşfi nəzəriyyə  üçün daha yeni problemlər doğurdu. 1953-cü ildə Ceyms Vatson və Frensis Krik  adlı iki elm adamının tədqiqatları DNT-nin heyranedici kompleks quruluşunu və  yaradılışını gün işığına çıxardı.
 Orqanizmdəki  100 trilyon hüceyrənin hər birinin nüvəsində yerləşən DNT adlı molekul insan  orqanizminin tam quruluş planını ehtiva edir. Bir insana aid bütün xüsusiyyətlərin  məlumatı xarici görünüşündən daxili orqanların formalarına qədər DNT-nin içində  xüsusi şifrə sistemi ilə qeyd edilmişdir. DNT-dəki məlumat bu molekulu təşkil  edən dörd xüsusi molekulun düzülmə sırası ilə kodlanmışdır. Nukleotid (və ya  azotlu əsas) adlandırılan bu molekullar adlarının baş hərfləri olan A, T, Q, S  ilə işarə edilirlər. İnsanlar arasındakı bütün fiziki fərqlər bu hərflərin  düzülmə ardıcıllıqları arasındakı fərqdən irəli gəlir. Bu, dörd hərfli əlifbadan  ibarət bir növ məlumat bankıdır. DNT-dəki hərflərin düzülmə sırası insanın  quruluşunu ən incə təfərrüatına qədər müəyyən edir. Boy, göz, saç və dəri rəngi  kimi xüsusiyyətlərlə bərabər orqanizmdəki 206 sümüyün, 600 əzələnin, 100  milyard sinir hüceyrəsinin, beyin hüceyrələri arasındakı 1000 trilyon rabitənin,  97.000 km uzunluğundakı damarların və 100 trilyon hüceyrənin planı bir hüceyrənin  DNT-sində mövcuddur. Əgər DNT-dəki bu genetik məlumatı kağıza köçürmək istəsək,  hər biri təxminən 500 səhifəlik 900 cilddən ibarət nəhəng kitabxana olar. Lakin  bu qədər böyük məlumat millimetrin yüzdə biri qədər ölçüdəki hüceyrənin ondan  çox kiçik olan nüvəsindəki DNT-sinin genlərində şifrələnmişdir.
 DNT təsadüflərlə açıqlana bilməz Burada  bir cəhətə diqqət edilməlidir. Bir geni təşkil edən nukleotidlərdə meydana gələn  bir düzülüş səhvi o geni tamamilə yararsız hala salır. İnsan bədənində təqribən  30 min gen olduğu nəzərə alınsa, bu genləri təşkil edən milyonlarla nukleotidin  düzgün ardıcıllıqla təsadüfən düzülmələrinin tamamilə qeyri-mümkün olduğu məlum  olar. Təkamülçü bioloq Frenk Seylsberi   bu qeyri-mümkünlüklə bağlı belə deyir:  Orta ölçüdəki bir zülal molekulu təqribən 300 amin  turşusundan təşkil olunmuşdur. Bunu tənzimləyən DNT zəncirində isə təqribən  1000 nukleotid var. Bir DNT zəncirində dörd növ nukleotid olduğu nəzərə alınsa,  1000 nukleotiddən ibarət bir ardıcıllıq 41000 fərqli şəkildə ola bilər.  Kiçik bir loqarifm hesablaması ilə əldə edilən bu rəqəm isə ağılın qavrama həddinin  çox fövqündədir. 41000–də 1 “kiçik bir loqarifm hesablaması”  nəticəsində 10600-də 1 deməkdir. Bu say 10-un yanına 600 sıfır əlavə  edilməsiylə əldə edilir. 10-un yanında 12 dənə sıfır 1 trilyonu ifadə edir, 600  dənə sıfır əlavə edilərkən əldə edilən rəqəmin qavranması həqiqətən  qeyri-mümkündür. 
                          
                            |  Beta-qlobin   geninin DNA şifrələri. Bu şifrələr qanda oksigen daşıyan  hemoqlobin geninin parçalarından birini  meydana gətirir. Mühüm olan əgər bu şifrələrdən biri  belə xətalı olarsa, istehsal olunacaq zülalın  tamamilə yararsız vəziyyətə düşəcək olmasıdır. |  Nukleotidlərin  təsadüfən birləşərək RNT və DNT-ni əmələ gətirmələrinin qeyri-mümkünlüyünü  fransız təkamülçü elm adamı Pol Oqer də belə ifadə edir: 
                           Təsadüfi kimyəvi reaksiyalar nəticəsində nukleotidlər  kimi mürəkkəb molekulların əmələ gəlməsilə bağlı, məncə, iki mərhələni  bir-birindən fərqləndirməliyik: tək-tək nukleotidlərin hazırlanması (bu bəlkə  mümkün ola bilər) və bunların  xüsusi  ardıcıllıqla bir-birinə bağlanmaları. Məhz bu ikincisi qeyri-mümkündür. Uzun  illər molekulyar təkamül nəzəriyyəsini müdafiə edən Frensis Krik belə DNT-ni kəşf  etdikdən sonra bu cür kompleks molekulun təsadüfən, öz-özünə təkamül prosesi nəticəsində  əmələ gəlməyəcəyini etiraf etmiş və belə demişdir: 
                           Bu  günkü mövcud məlumatlar işığında səmimi bir insan ancaq bunu deyə bilər: həyat  möcüzəvi şəkildə ortaya çıxmışdır. Təkamülçü bioloq prof. dr. Əli Dəmirsoy da DNT-nin  meydana gəlməsi haqqında bu etirafı etməyə məcbur olmuşdur: 
                           Bir zülalın və nüvə turşusunun (DNT-RNT) əmələ gəlmə  şansı təxminlərin çox fövqündə duran bir ehtimaldır. Hətta müəyyən bir zülal zəncirinin  əmələ gəlmə şansı astronomik deyiləcək qədər azdı Burada  çox maraqlı bir paradoks da var: DNT ancaq zülalın tərkibindəki bəzi fermentlərin  köməyi ilə köçürülə bilər. Amma bu fermentlərin sintezi də ancaq DNT-dəki məlumatlar  əsasında baş verir. Bir-biri ilə əlaqədar olduqlarına görə, köçürülmə prosesi  üçün ikisi də eyni anda mövcud olmalıdır. Elmi yazıçı Con Horqan bu dilemmanı  belə açıqlayır: 
                           DNT katalitik zülalların və fermentlərin köməyi  olmadan etdiyi işi yeni DNT hazırlamaq da daxil olmaqla edə bilməz. Qısaca desək,  DNT olmadan zülallar mövcud olmaz, amma DNT də zülallar olmadığı halda əmələ gələ  bilməz 
                          
                            |  DNT-dəki bu fövqəladə məlumat canlılar aləminin təsadüf  nəticəsində əmələ gəlmədiyinin və şüurlu şəkildə  yaradıldığının aşkar  sübutudur. Heç bir təbii  proses   DNT-nin  mənşəyini açıqlaya bilmir. |  Bu  vəziyyət canlıların təsadüfən əmələ gəlməsi ssenarisini bir daha təkzib edir.  Amerikalı kimyaçı prof. Homer Ceykobson bu mövzuda belə deyir: 
                           İlk canlı meydana gəldiyi zaman çoxalma planlarının, ətraf  mühitdən maddə və enerji təmin etmənin, böyümə sırasının, məlumatları böyüməyə  çevirən mexanizmlərin hamısına aid əmrlərin o anda və birlikdə olması labüddür.  Bunların hamısının kombinasiyası təsadüfən baş verə bilməz. Prof.  Ceykobson bu ifadələri Ceyms Vatson və Frensis Krik tərəfindən DNT-nin  quruluşunun müəyyən edilməsindən iki il sonra yazmışdı. Ancaq elmdəki bütün irəliləyişlərə  baxmayaraq, bu problem təkamülçülər üçün hələ də həllini tapmamışdır. Bu səbəbdən,  alman biokimyaçı Duqlas R.Hofstadter belə deyir: 
                           Necə oldu ki, genetik məlumat onu şərh edən mexanizmlərlə  (ribosomlar və RNT molekulları ilə) birlikdə ortaya çıxdı? Bu sual qarşısında  özümüzü cavabla deyil, heyranlıq və təəccüb hissləri ilə qane etməliyik.271 San  Diyeqo Kaliforniya Universitetindən Stenli Millerin və Frensis Krikin həmkarı  olan məşhur təkamülçü dr. Lesli Orqel isə 1994-cü il tarixli bir məqaləsində həmin  həqiqət qarşısında belə deyir: 
                           Olduqca kompleks quruluşa malik olan zülalların və  nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni zamanda təsadüfən əmələ gəlmələri  həddindən artıq ehtimaldan kənardır. Amma bunların biri olmadan digərini əldə  etmək də mümkün deyil. Ona görə, insan həyatın kimyəvi yollarla meydana gəlməsinin  əsla mümkün olmadığı nəticəsinə gəlmək məcburiyyətindədir. Bütün  bunlarla bərabər nəinki müəyyən informasiya ardıcıllığına malik olan DNT, RNT  kimi nuklein turşularının təsadüflər nəticəsində əmələ gəlməsi, onları əmələ gətirən  nukleotidlərdən tək birinin belə təsadüflər nəticəsində meydana gəlməsi və  ibtidai dünya şərtləri daxilində mövcud olması kimyəvi cəhətdən mümkün deyil. Təkamülçü  səpkidə fəaliyyət göstərən məşhur elmi jurnal “Scientific american”da dərc  edilmiş bu sətirlər təkamülçülərin bu mövzu ilə bağlı etiraflarını ifadə edir:  
                           İbtidai dünya şərtlərinin təqlid edildiyi həqiqi təcrübələrdə  ən sadə molekullar belə az miqdarda əldə edilmişdir. Daha pisi budur ki, bu  molekullar əsasən üzvi molekulların ikinci dərəcəli tərkib hissələridir. Normal  halda daha mürəkkəb üzvi qarışıqları əmələ gətirən geokimyəvi reaksiyalar nəticəsində  onların necə ayrıldığı və saflaşdığı hələ də problem olaraq durur. Daha  kompleks molekullarda vəziyyət daha da çətinləşir. Xüsusilə nukleotidlərin  tamamilə geokimyəvi mənşəyi qarşımıza böyük çətinliklər çıxarır. Buraya  qədər bəhs edilənlərdən də göründüyü kimi, həyatın kimyəvi yollarla meydana gəlməsi  əsla mümkün olmadığına görə həyatı sonsuz qüdrət sahibi Allahın yaratdığı  açıq-aşkar üzə çıxır. Təkamülçülərin əsrin əvvəllərindən bəri bəhs etdikləri  “kimyəvi təkamül” əsla baş verməmiş bir nağıldır.Amma  bir çox təkamülçü bu və buna bənzər elmdənkənar nağıllara həqiqət kimi  inanırlar. Çünki canlıların yaradıldığını qəbul etmək bütün canlılara hakim  olan Uca Allahın varlığını qəbul etmək deməkdir. Onlar isə özlərini bu həqiqəti  qəbul etməmək üçün şərtləndirmişlər. Maykl Denton “Təkamül: Böhran içində nəzəriyyə”  (Evolution: A theory in crisis) adlı kitabında bu qəribə vəziyyəti belə təsvir  edir: 
                           Ali canlıların genetik proqramlarının quruluşu  milyardlarla bit (kompyuter informasiya vahidi) informasiyaya və ya 1000  cildlik kiçik kitabxananın içindəki bütün hərflərin düzülməsinə bərabərdir. Bu  cür kompleks orqanizmləri əmələ gətirən trilyonlarla hüceyrənin inkişafını müəyyən  edən, əmr edən və nəzarət edən saysız-hesabsız mürəkkəb funksiyanın tamamilə təsadüfə  əsaslanan proses nəticəsində əmələ gəldiyini iddia etmək isə insan ağlına təcavüzdür.  Ancaq bir darvinist bu düşüncəni heç şübhə etmədən qəbul edər! “RNT dünyası” tezisinin əsassızlığı 70-ci  illərdə ibtidai dünya atmosferinin tərkibində olan qazların amin turşusu  sintezini qeyri-mümkün etdiyinin məlum olması kimyəvi təkamül nəzəriyyəsinə  böyük zərbə oldu. Stenli Miller, Sidney Foks, Siril Ponnamperuma kimi təkamülçülərin  illər boyu keçirdiyi “ibtidai atmosfer təcrübələrinin” hamısının əsassız olduğu  məlum oldu. Bu səbəbdən, 80-ci illərdə başqa təkamülçü axtarışlar başladı.  Bunun nəticəsində əvvəlcə, zülalların deyil, zülallar haqqında məlumat daşıyan  RNT molekulunun əmələ gəldiyini irəli sürən “RNT dünyası” ssenarisi ortaya  atıldı.1986-cı  ildə harvardlı kimyaçı Volter Cilbert tərəfindən ortaya atılan bu ssenariyə əsasən,  bundan milyard illər əvvəl necə olubsa, öz-özünü köçürə bilən RNT molekulu təsadüfən  əmələ gəlib. Sonra bu RNT molekulu ətraf mühitin şərtlərinin təsiri ilə birdən-birə  zülallar hazırlamağa başladı. Daha sonra məlumatları ikinci molekulda saxlamaq  ehtiyacı yaranmış və necə olubsa, DNT molekulu meydana gəlib.
 Hər  mərhələsi ayrı-ayrı qeyri-mümkünlüklər zənciri olan bu ssenari həyatın  başlanğıcını izah etmək əvəzinə problemi daha da böyütmüş, bir çox cavabsız  sualı gündəmə gətirmişdir:
  1— Hələ RNT-ni təşkil edən nukleotidlərin bir dənəsinin  belə əmələ gəlməsi əsla təsadüflərlə izah edilə bilmir, görəsən, xəyali  nukleotidlər necə uyğun ardıcıllıqla düzülərək RNT-ni əmələ gətiriblər? Təkamülçü  bioloq Con Horqan RNT-nin təsadüfən əmələ gəlməsinin qeyri-mümkünlüyünü belə qəbul  edir: 
                           Tədqiqatçılar RNT-ni hərtərəfli şəkildə araşdırdıqca  getdikcə daha artıq problem üzə çıxır. RNT ilk dəfə necə əmələ gəlib? RNT və  onun tərkib hissələrinin laboratoriyada ən yaxşı şərtlər daxilində sintezlənməsi  belə olduqca çətin ikən o, prebiotik (həyatdan əvvəlki) mühitdə necə əmələ gəlib?  2— Təsadüfən əmələ gəldiyini fərz etsək belə, ancaq bir  nukleotid zəncirindən ibarət olan bu RNT hansı şüurla özünü köçürməyə qərar  vermiş və nə cür mexanizmlə bu köçürməni bacarmışdır? Özünü köçürərkən istifadə  etdiyi nukleotidləri haradan tapmışdı? Təkamülçü mikrobioloqlar Cerald Coys və  Lesli Orcel vəziyyətin çıxılmaz olduğunu belə ifadə edirlər: 
                           Mübahisə içindən çıxılmaz vəziyyətə çevrilir: mürəkkəb  bir polinukleotid şorbasından çıxıb birdən-birə özünü köçürə bilən xəyali RNT əfsanəsi...  Bu anlayış ancaq bu günkü prebiotik kimya anlayışımıza əsasən həqiqətdənkənar  olmaqla yanaşı, eyni zamanda RNT-nin özünü köçürə bilən bir molekul olması kimi  həddindən artıq pozitiv fikri də əsassız edir.  3—Əgər  ibtidadi dünyada özünü köçürən RNT əmələ gəldiyini və həmin mühitdə RNT-nin  istifadə edəcəyi hər cür amin turşusundan saysız-hesabsız miqdarda olduğunu fərz  etsək və bütün bu qeyri-mümkünlüklərin bir yolla həyata keçdiyini düşünsək belə,  bu vəziyyət yenə bir zülal molekulunun əmələ gəlməsi üçün kifayət deyil. Çünki  RNT təkcə zülalın quruluşu ilə əlaqədar məlumatdır. Amin turşuları isə xam maddədir.  Ancaq ortada zülal əmələ gətirən “mexanizm” yoxdur. RNT-nin varlığını zülalın əmələ  gəlməsi üçün kafi hesab etmək bir avtomobilin kağız üzərində çəkilmiş  çertyojunu o avtomobili təşkil edən minlərlə hissənin üzərinə atıb sonra  avtomobilin öz-özünə montaj olunaraq əmələ gəlməsini gözləməklə eyni dərəcədə mənasızdır.Bir  zülal hüceyrə içindəki olduqca kompleks proseslər nəticəsində bir çox fermentin  köməyi ilə ribosom adlanan orqanoiddə hazırlanır. Ribosom isə zülallardan ibarət  mürəkkəb hüceyrə orqanoididir. Ona görə, bu vəziyyət ribosomun da eyni anda təsadüfən  meydana gəlməsi kimi ehtimaldan kənar fərziyyəni doğurur. Təkamül nəzəriyyəsinin  və ateizmin məşhur tərəfdarlarından biri olan Nobel mükafatına layiq görülmüş  Jak Monod da zülalın sintezlənməsini sadəcə nuklein turşularındakı məlumata reduksiya  edilməsinin mümkün olmadığını bu şəkildə açıqlayır: 
                           Şifrə (DNT və ya RNT-dəki məlumat) ötürülmədikcə mənası  yoxdur. Dövrümüzdə hüceyrədəki şifrə ötürmə mexanizmi ən az 50 makromolekulyar  hissədən ibarətdir ki, bunların özləri də DNT-də şifrələnmişdirlər. Şifrə bu  hissələr olmadan ötürülə bilməz. Bu dövranın bitməsi nə vaxt və necə baş  vermişdir? Bunu təsəvvür etmək belə həddindən artıq çətindir. İbtidai  dünyadakı bir RNT zənciri hansı iradə ilə bu cür qərar vermiş və hansı  metodlardan istifadə edərək 50 xüsusi hissənin işini təkbaşına edərək zülalı əmələ  gətirmişdir? Təkamülçülər bu suallara heç bir cavab vermirlər. Məşhur “Təbiət”  elmi jurnalında (Nature) dərc olunmuş bir məqalədə də “özünün surətini köçürən  RNT” anlayışının tamamilə təxəyyül məhsulu olduğu, əslində heç bir təcrübədə bu  cür RNT-nin əldə edilmədiyi bildirilir: 
                           Maynard Smit və Szatmeri “DNT-nin surətinin köçürülməsində  baş verməsi ehtimalı o qədər çoxdur ki, bir gendəki bir DNT hissəsinin düzgün  köçürülməsini təmin edən ferment zülallarının əvvəlcədən mövcud olmasına  ehtiyac var” deyirlər. Bu təqdirdə hələ də məlum olan məlumat və ferment  funksiyası daşıyan RNT müəllifləri bunu deməyə məcbur edir: “İlk RNT  molekulları öz-özlərinn surətini köçürmək üçün polimerləşdirici zülal fermentinə  ehtiyac hiss etməyiblər, öz-özlərinin surətini köçürüblər”. Bu, bir həqiqətdir  yoxsa gözləmə? Əsasən bütün bioloqlar üçün bunu bildirməyin açıqlayıcı olduğunu  düşünürəm: süni şəkildə sintezlənmiş katrilyonlarla (1024) təsadüfi  RNT zənciri arasından bir dənə də özünün surətini köçürən (self-replicating)  RNT çıxmamışdır. Dr.  Lesli Orcel “həyatın RNT dünyası ilə başlaması” ehtimalını “ssenari”  adlandırır. Orcel bu RNT-nin hansı xüsusiyyətləri daşımalı olduğunu və bunun  qeyri-mümkünlüyünü “Scientific american” jurnalının 1994-cü il, oktyabr  sayındakı “Yer üzündə həyatın mənşəyi” (The origin of life on the earth) adlı məqalədə  belə ifadə edir: 
                           Bu ssenarinin həyata keçməsi üçün ibtidai dünyadakı  RNT iki xüsusiyyəti daşımalıdır: zülallar olmadan özünün surətini köçürmə  xüsusiyyəti və zülal sintezinin hər mərhələsini həyata keçirmə xüsusiyyəti. Açıq  şəkildə başa düşüldüyü kimi, Orcelin “olmadan olmaz” şərtini qoyduğu bu iki  kompleks funksiyanı RNT kimi molekuldan gözləmək elmi düşüncəyə ziddir. Konkret  elmi faktlar həyatın təsadüfən əmələ gəlməsi iddiasının yeni versiyası olan  “RNT dünyası” tezisinin qeyri-mümkün ssenari olduğunu ortaya qoyur.Con  Horqan da “Elmin sonu” (The end of science) adlı kitabında sonradan əsassızlığı  sübut edilmiş məşhur Miller eksperimentini həyata keçirən Stenli Millerin son  dövrlərdə irəli sürülən həyatın mənşəyi haqqındakı nəzəriyyələrin olduqca mənasız  və alçaldan tərzini bu cür izah edir:
 
                           İlk təcrübəsindən təqribən 40 il sonra Miller mənə həyatın  mənşəyi tapmacasının cavabını tapmağın özünün və ya başqa hər hansı birinin  düşündüyündən daha çətin olduğunu dedi... Millerin “mənasız” və ya “kağız üzərində  kimya” adlandırdığı həyatın mənşəyi ilə bağlı yeni tezislərdən heç təsirlənmədiyi  görünür. Bəzi hipotezləri o qədər alçaldan tərzdə davrandı ki, onlarla bağlı  fikirlərini soruşduqda başını yellədi, ah çəkdi və güldü, sanki bəşəriyyətin  axmaqlığını anlayırmış kimi... Stüart Kauffmanın avtokataliz nəzəriyyəsi də bu  kateqoriyaya daxildir. Miller “kompyuterdə düsturlar hesablamaq təcrübə demək  deyil” deyə cavab verdi. Miller elm adamlarının həyatın harada və nə vaxt  başladığını qətiyyən bilməyəcəklərini də təsdiqlədi. Miller  kimi həyatın mənşəyini təkamül baxımından izah etmək üçün ilk dəfə cəhd göstərənlərdən  olmuş ən coşğun təkamül tərəfdarlarının belə təkamül haqqında bu qədər ümidsiz  ifadələri nəzəriyyənin düşdüyü çarəsiz vəziyyəti açıq şəkildə əks etdirir. Dizayn təsadüflə izah edilə bilməz Buraya  qədər həyatın təsadüflər nəticəsində meydana gəlməsinin qeyri-mümkün olduğunu təhlil  etdik. Yenə də bir anlıq bu qeyri-mümkünlükləri mümkün hesab edək: milyon illər  əvvəl yaşamaq üçün hər cür xam maddəni əldə etmiş bir hüceyrənin meydana gəldiyini  və bir yolla “həyat qazandığını” fərz edək. Ancaq buradan sonrakı mərhələlər də  təkamül nəzəriyyəsinin qarşısında başqa qeyri-mümkünlüklər çıxarır. Bu hüceyrə  bir müddət yaşasa belə, bir gün öləcək və öldükdən sonra ortada heç bir canlı  varlıq qalmayacaq, hər şey ən başda olduğu kimi olacaqdır. Çünki genetik  sistemi olmayan bu ilk canlı hüceyrə özünü çoxalda bilməyəcəyi üçün ölümündən  sonra nəsli artmayacaq, həyat da onun ölümü ilə birlikdə başa çatacaqdır.Genetik  sistem isə ancaq DNT-dən ibarət deyil. DNT-dən bu şifrəni oxuyan fermentlər bu  şifrələrin oxunması ilə hazırlanan məlumat daşıyıcı RNT, məlumat daşıyıcı  RNT-nin bu şifrə ilə gedib çoxalmaq üçün bağlanacağı ribosom, ribosomda  çoxalmada istifadə edilən amin turşularını daşıyan RNT və bunun kimi  saysız-hesabsız ara funksiyaları yerinə yetirən olduqca kompleks fermentlər də  eyni mühitdə olmalıdır. Bundan əlavə, bu mühit ancaq hüceyrə kimi lazımlı bütün  xam maddə və enerji imkanlarının olduğu, hər tərəfdən təcrid edilmiş və tamamilə  nəzarətdə saxlanılan bir mühit olmalıdır.
 Beləliklə,  bir üzvi maddə ancaq bütün orqanoidləri ilə birlikdə qüsursuz hüceyrə kimi  mövcud olduğu halda özünü çoxalda bilər. Bu da dünyadakı ilk hüceyrənin  qeyri-adi dərəcədə kompleks quruluşu ilə bir anda meydana gəlməsi deməkdir.
 Bəs,  bir kompleks quruluş bir anda mövcud olmuşdursa, bu nə deməkdir?
 Bu  sualı bir də bu misalı çəkərək verək: hüceyrəni kompleksliyi baxımından  qabaqcıl texnologiyaya malik bir avtomobilə bənzədək. (Əslində, hüceyrə  motoruna və bütün texniki təchizatına baxmayaraq, avtomobildən daha kompleks və  təkmil sistemə malikdir). İndi sual verək: bir gün balta girməyən bir meşənin dərinliklərinə  gəzintiyə çıxsanız və ağacların arasında son markalı bir avtomobil görsəniz, nə  düşünərdiniz? Görəsən, ilk anda ağlınıza meşədə müxtəlif elementlərin milyon  illər ərzində təsadüfən birləşərək belə bir məhsulu meydana gətirməsi gələrdi?  Avtomobili təşkil edən bütün xam maddələr – dəmir, plastik maddə, kauçuk və s.  torpaqdan və ya onun məhsullarından əldə edilir. Amma bu vəziyyət sizə bu məmulatların  “təsadüfən” sintezlənərək, sonra da birləşərək belə bir avtomobili əmələ gətirdiyini  düşündürərmi?
 Əlbəttə,  ağlı yerində olan hər normal insan avtomobilin şüurlu dizaynın məhsulu  olduğunu, onun meşəyə necə gəlib çıxdığını düşünər. Çünki kompleks bir  quruluşun ani surətdə, bir anda, bütünlüklə ortaya çıxması onun şüurlu dizaynın  əsəri olduğunu göstərir.
 Kompleks  dizaynların tamamilə təsadüflərin əsəri olduğunu düşünmək isə ağılın  hüdudlarını aşan bir inanca malik olmaq deməkdir. Təkamül nəzəriyyəsinin həyatın  mənşəyi haqqında verməyə çalışdığı hər cür “izah” isə bu şəkildədir. Bu həqiqəti  qəbul edən səmimi nüfuzlulardan biri, məşhur fransız zooloq Pier Pol Qrassedir.  Qrasse də təkamülçüdür, ancaq darvinist nəzəriyyənin həyatı açıqlaya bilmədiyini  müdafiə edir və darvinizmin əsasını təşkil edən “təsadüf” məntiqi haqqında  bunları deyir:
 
                           Şanslı mutasiyaların heyvanların və bitkilərin  ehtiyaclarını təmin etməsinə inanmaq həqiqətən çox çətindir. Amma darvinizm  bundan da artığını istəyir: bircə bitki, bircə heyvan tamamlanmaq üçün minlərlə  faydalı təsadüfə məruz qalmalıdır. Yəni möcüzələr adi qaydaya çevrilməli,  inanılmaz dərəcədə kiçik ehtimallara malik hadisələr asanlıqla baş verməlidir.  Xəyal qurmağı qadağan edən bir qanun yoxdur, amma elm bu işin içinə daxil edilməməlidir. Bir  az əvvəl bəhs etdiyimiz şüurlu dizayna açıq-aşkar nümunə olan yer üzündəki  bütün canlılar eyni zamanda təsadüflərin onlara heç bir töhfəsi olmadığının  canlı nümunələridir. Hətta nəinki bir canlı varlıq, onun bir sistemi və ya  orqanı belə təsadüflərin əsəri olmayacaq qədər kompleks quruluş və sistemdən  ibarətdir. Bu mövzudan çox uzaqlaşmadan öz orqanizmimizdən misallar çəkə bilərik.Buna  bir misal gözlərimizdir. İnsan gözü təqribən 40 ayrı hissənin ahəngdarlıqla fəaliyyət  göstərməsi nəticəsində görür. Bunlardan biri olmasa, göz heç bir işə yaramaz.  Bu 40 ayrı hissənin hər biri də öz daxilində kompleks yaradılışa malikdir. Məsələn,  gözün arxa hissəsindəki tor qişa 11 təbəqədən ibarətdir. Hər təbəqənin də ayrı  funksiyası var. Tor qişanın daxilində baş verən kimyəvi proseslər isə ancaq səhifələr  dolusu formul və sxemlərlə açıqlanacaq qədər mürəkkəbdir.
 Təkamül  nəzəriyyəsi nəinki bütün canlıların və ya bəşəriyyətin, tək bir canlı gözünün  belə “təsadüflər” nəticəsində necə bu cür qüsursuz və kompleks quruluşda  meydana gəldiyini açıqlaya bilmir.
 Bəs,  canlılardakı bu qeyri-adi dərəcədəki xüsusiyyətlər bizə həyatın mənşəyi  haqqında nəyi sübut edir? Kitabın əvvəlində də bildirdiyimiz kimi, canlıların mənşəyi  haqqında sadəcə iki fərqli açıqlama vermək olar. Bunlardan birisi səhv olan təkamül  izahıdır, digəri isə açıq-aşkar “yaradılış həqiqətidir”. Kitab boyu gördüyümüz  kimi təkamül iddiası qeyri-mümkündür və elmi kəşflər yaradılışın doğruluğunu  sübut edir. Bu həqiqət XIX əsrdən bəri “yaradılış” anlayışını elmdən kənar görən  bəzi elm adamlarını təəccübləndirə bilər, amma elm ancaq bu cür təəccüblərlə və  həqiqətlərin qəbul edilməsi ilə inkişaf edə bilər. Kardiff Universitetindən tətbiqi  riyaziyyat və astronomiya professoru Çandra Uikramasinqh həyatın təsadüflərlə əmələ  gəldiyinə on illər boyu inandırılmış elm adamı kimi qarşılaşdığı bu həqiqəti  belə izah edir:
 
                           Bir elm adamı kimi aldığım təhsil müddətində elmin hər  hansı şüurlu yaradılış anlayışı ilə uyğun gəlmədiyinə dair çox güclü təlqinlər  almışam. Bu anlayışa qarşı şiddətlə mübarizə aparılmalı idi... Amma hal-hazırda  Yaradana inanmağı məcbur edən açıqlamaya qarşı irəli sürülən heç bir ağıllı  arqument tapa bilmirəm... Biz həmişə açıq təfəkkürlə düşünməyə alışmışıq və  indi həyata dair yeganə məntiqli açıqlamanın təsadüfi xaoslar deyil, yaradılış  olduğu nəticəsinə gəlirik. |