| İnsanın mənşəyi Darvin 1871-ci ildə nəşr olunan "İnsanın əmələ gəlməsi"  (Descent of man) adlı kitabında insan və meymunların ortaq əcdaddan törədiyini  irəli sürdü. O vaxtdan bəri Darvinin davamçıları bu iddianı dəstəkləməyə  çalışmışlar. Lakin aparılan bütün tədqiqatlara baxmayaraq, başda fosillər (daşlaşmış  canlı qalıqları) olmaqla "insanın təkamülü" iddiası heç bir konkret  elmi kəşf ilə dəstəklənməmişdir.Cəmiyyətdəki insanlar demək olar ki, bu həqiqətdən  xəbərsizdir və təkamül nəzəriyyəsinin bir çox elmi faktlarla sübut olunmuş həqiqət  olduğunu zənn edir. Səbəb isə bu mövzunun mediada daim müxtəlif yollarla gündəmdə  tutulması və sübut olunmuş həqiqət kimi təqdim edilməsidir. Əslində isə  "insanın təkamülü" ssenarisinin elmi əsası olmadığını təkamülçülər də  bilir. Harvard Universitetinin paleoantropoloqlarından Deyvid Pilbim belə  deyir: 
                           "Başqa elm sahəsi ilə məşğul  olan hansı ağıllı elm adamını gətirsəniz və ona əlimizdəki məhdud dəlilləri  göstərsəniz, "bu mövzunu unudun; davam etmək üçün kifayət qədər dəlil  yoxdur" deyəcək".182 Paleoantropologiya haqqında  əhəmiyyətli bir kitabın müəllifi olan Uilyam  Fiks isə belə deyir: 
                           "İnsanın mənşəyi haqqında  şübhələnməyinizə heç bir lüzum olmadığını deyən bir çox elm adamı hələ də var,  ancaq yeganə çatışmamazlıqları heç bir sübutlarının olmamasıdır..."183 
                          
                            |  İnsanın təkamülü   iddiasının  həqiqətdə elmi  sübutu  yoxdur. Sübut olaraq göstərilən bəzi  fosillərin  bir tərəfli  olaraq   şərh edilməsindən ibarətdir.
 |  İnsanın təkamülü iddiasının həqiqətən də heç bir elmi əsası yoxdur. "Dəlil"  kimi önə sürülənlər isə ancaq bəzi fosillərin (daşlaşmış canlı qalıqlarının)  birmənalı və əsassız şərh olunmasından ibarətdir."Sübutu olmayan" bu təkamül iddiasına əsasən,  insanın nəsil ağacı avstralopitek (australopithecus- lat.  "australis"- cənub, yun. "pithecus"- meymun ) adlı bir  meymun növü ilə başlayır. İddiaya görə, avstralopitek zaman ərzində ayağa  qalxmış, beyni böyümüş və müxtəlif mərhələlərdən keçərək müasir insana (Homo  sapiens) çevrilmişdir. Ancaq tapılan fosillər bu ssenarini dəstəkləmir. Hər cür  ara keçid növ iddiasına baxmayaraq, insan və meymunlara aid fosillər arasında  keçilməz sərhəd var. Hətta bir-birinin əcdadı kimi göstərilən növlərin əslində  eyni dövrdə yaşamış müasir növlər olduği məlum olmuşdur.
184 "İnsan təkamülü"  tezisi nəyə əsaslanır? Təkamülçülər  əllərində olan çoxlu fosillər üzərində fərziyyələr qurmuş və insanın təkamülü  tezisini əsasını bu fərziyyələrilə əsaslandırmışlar. Tarix boyu 6000-dən çox  meymun növü yaşamışdır. Bunların böyük qisminin nəsli kəsilmişdir. Bu gün yer  üzündə cəmi 120-yə yaxın meymun növü yaşayır. Məhz bu 6000-dən çox nəsli kəsilmiş  meymun növünün fosilləri təkamülçülər üçün “dəlil” mənbəyi təşkil edir.   Digər tərəfdən, müxtəlif insan irqləri arasında da böyük fərqlər var. Qədim  dövrdəki insan irqləri arasında fərqlər daha böyükdür. Zaman ərzində insan irqləri  müəyyən qədər bir-biri ilə qarışmış və assimilyasiyaya uğramışdır. Buna  baxmayaraq, bu gün dünyada yaşayan skandinavlar, zəncilər, piqmeylər,  eskimoslar və ya Avstraliya aborigenləri arasında böyük fərqlər mövcuddur.  Təkamülçü paleoantropoloqlar tərəfindən "insanabənzər” (hominid)  adlandırılan fosillərin əslində  müxtəlif  meymun növlərinə və ya itmiş insan irqlərinə aid olmadığını göstərən heç bir  sübut yoxdur. Başqa cür desək, insan ilə meymunlar arasında heç bir "ara  keçid növ" nümunəsi yoxdur.Bu ümumi izahlardan sonra "insanın təkamülü"  ssenarisinin elmi kəşflərlə necə ziddiyyət təşkil etdiyini birlikdə təhlil edək. İnsanın xəyali nəsil ağacı Darvinist nəzəriyyə bu gün  yaşayan insanın meymunabənzər varlıqlardan törədiyini iddia edir. 5-6 milyon il  əvvəl başlandığı güman edilən bu prosesdə bugünkü insan ilə “əcdadları”  arasında bəzi "ara keçid növ"lərin yaşadığı iddia edilir. Tamamilə xəyal  olan bu ssenaridə dörd əsas "kateqoriya" sadalanır:  1—Australopithecines (Australopithecus cinsine ait türler)  2— Homo habilis  3— Homo erectus  4— Homo sapiens Təkamülçülər insanların “ibtidai meymunabənzər əcdad”ını "cənub  meymunu" mənasını verən Australopithecus adlandırırlar. Bu canlılar əslində nəsli kəsilmiş qədim meymun növüdür.  Australopithecus cinsinin müxtəlif növləri mövcuddur. Bunların bəziləri iri, bəziləri  isə daha kiçik və incə quruluşa malik meymunlardır.Təkamülçü KİV-lərdə və dərs kitablarında nəşr  olunan, mediada tez-tez adı çəkilən Pitekantrop (Yava adamı), Sinantrop (Pekin adamı), "Lusi" kimi fosillər yuxarıda sadaladığımız dörd növdən  birinə aid edilirlər. Bu növlər də həmçinin öz daxilində yarımnövlərə bölünür.İnsanın təkamülünün daha sonrakı mərhələsini isə Homo, yəni insan adı  altında təsnif edirlər. İddiaya əsasən, Homo seriyasındakı canlılar Australopithecusdan daha təkmil  canlılardır. Bu növün təkamülünün ən son mərhələsində isə Homo sapiens,  yəni bugünkü insanın meydana gəldiyi irəli sürülür.
  Bir vaxtlar çox iddialı olan Ramapithecus kimi ara keçid növ namizədlərinin adi meymun olduğu aşkar edilməsiylə birlikdə  insanın xəyali nəsil ağacından səssiz-səmirsiz çıxarılıblar.185 Təkamülçülər "Australopithecus > Homo habilis > Homo erectus  > Homo sapiens" ardıcıllığını tərtib edərkən bu növlərin hər  birinin özündən sonrakının əcdadı olduğu kimi təsəvvür verirlər. Halbuki  paleoantropoloqların son kəşfləri Australopithecus, Homo habilis və Homo  erectusun dünyanın müxtəlif yerlərində eyni dövrlərdə yaşadıqlarını göstərir. Hətta Homo erectusa aid insanların bir qismi çox yaxın tarixə qədər  yaşayıblar.  "Yava (adası)nın sonuncu  Homo erektusu: Cənub-şərqi Asiyadakı Homo sapienslər ilə potensial  çağdaşlığı" (Latest Homo erectus of Java;  Potential contemporaneity with Homo sapiens en Southeast Asia) başlıqlı məqalədə  Yavada tapılan Homo erectus fosillərinin  ortaq yaşının 27±2-dən 53,3±4 min il əvvəl" olduğu və onun "H.erectusun  Cənub-şərqi Asiyanın dövrümüzdəki insanlar (H.sapiens) ilə  anatomik cəhətdən eyni dövrdə yaşadığı  ehtimalını artırdığı"nı ifadə edir.186   Bundan əlavə, Homo sapiens neandertalensis və Homo sapiens  sapiens (müasir insan) eyni yerdə yan-yana tapılmışdır. Bu isə həmin  canlıların bir-birinin əcdadı olduğunun əsassızlığını üzə çıxarır. Qısaca desək, bütün elmi kəşflər təkamülçülərin irəli sürdüyü fosillərin təkamül  prosesini sübut etmədiyini göstərir. İnsanın əcdadları kimi ortaya atılan  fosillərin bir qismi meymun növlərinə, bir qismi də müxtəlif insan irqlərinə  aiddir.Yaxşı, bəs əlimizdəki fosillərin hansı insan, hansı  meymundur? Bunların hər hansı birinin həqiqi  "ara keçid növ" hesab edilməsi nə üçün mümkün deyil? Bu sualların  cavabını görmək üçün həmin "kateqoriyalara" ardıcıllıqla nəzər yetirək. Avstralopitek (Australopithecus) 
                          
                            |   Australopithecus növləri  kəllə sümükləri və bundan başqa  skelet  quruluşlarına görə indi yaşayan meymunlara cox oxşayırlar. Sağdakı rəsmdə bədənin  sol tərəfi şimpanze, sağ tərəfi  isə  austrapithecus skeletini göstərir. Rəsmi çəkən antropoloq professor  Andrien L.Zilman  bu iki canlının  skelet   quruluşlarının cox oxşar   olduqlarını qeyd edir.
 |  Australopithecus həm kəllə  sümüyü, həm də skeletinin quruluşuna görə dövrümüzdəki meymunlara bənzəyir.  Australopithecus "cənub meymunu" mənasını verir. Bu canlıların 4 milyon il bundan əvvəl  Afrikada ortaya çıxdığı və 1 milyon il əvvələ qədər yaşadıqları güman olunur. Australopithecus növləri arasında bəzi fərqlər  var. Təkamülçülər ən qədim Australopithecus növünün A.afarensis olduğunu hesab edirlər. Bundan ardınca daha incə  skeletə malik olan A.africanus ilə ondan daha böyük sümükləri olan A.robustus gəlir. A.boisei  isə bəzi tədqiqatçılar  tərəfindən ayrı növ, bəziləri tərəfindən də  A.robustusun yarımnövü qəbul edilir. Australopithecus növlərinin  hamısı dövrümüzdəki meymunlara bənzəyən nəsli kəsilmiş meymunlardır və  hamısının beyni bugünkü şimpanzelərin beyni ilə eyni həcmdədir və ya daha  kiçikdir. Əllərində və ayaqlarında bugünkü meymunlarda olduğu kimi ağaclara  dırmaşmaq üçün çıxıntılar mövcuddur və ayaqları budaqlara yapışmaq üçün mükəmməl  quruluşa malikdir. Boyları qısadır (ən çox 130 sm) və eynilə gördüyümüz  meymunlardakı kimi erkək Australopithecus dişidən daha iridir. Kəllə sümüklərindəki yüzlərlə detal bir-
 
 birinə yaxın gözlər, iti azı dişləri, çənə quruluşu, uzun qollar, qısa  ayaqlar kimi bir sıra xüsusiyyətlər bu canlıların dövrümüzdəki meymunlardan fərqli  olmadığını göstərən dəlillərdir.Təkamülçülər Australopithecusların  adi meymun anatomiyasına malik olmasına baxmayaraq, bütün digər meymunların əksinə,  insanlar kimi dik yeridiklərini iddia edirlər. 
                          
                            |  Australopithecus  robustus  növünə aid kəllə  sümüyü. Günümüzdə yaşayan meymunlara cox oxşarlıqları var. |  Sözügedən "dik yerimə" iddiası Riçard Likey, Donald Cohanson kimi təkamülçü paleoantropoloqların 10  illərdir müdafiə etdiyi fikirdir. Amma bir çox elm adamı Avstralopitekin  skeleti üzərində çoxlu tədqiqat aparmış və bu iddianın əsassızlığını üzə çıxarmışdır.  İngiltərə və ABŞ-dan olan iki məşhur anatomiyaçı Lord Soli Zakerman və prof.  Çarlz Okxnardın Avstralopitek nümunələri üzərində apardıqları geniş miqyaslı tədqiqatlar  bu canlıların iki ayaqlı olmadıqlarını, dövrümüzdəki meymunlar kimi eyni hərəkət  formasına malik olduğunu göstərmişdir. İngiltərənin dəstəyi ilə təşkil olunmuş  beş mütəxəssisdən ibarət tədqiqat qrupunda bu canlıların sümüklərini 15 il boyu  araşdıran Lord Zakerman, özü də təkamül nəzəriyyəsini mənimsəməsinə baxmayaraq,  Avstralopiteklərin sadəcə adi meymun növü olduğunu və qətiyyən dik yerimədiklərini  müəyyən etmişdir.187 Bu mövzudakı araşdırmaları ilə  məşhur olan digər təkamülçü anatomiyaçı Çarlz E.Oksnard da Avstralopitek  skeletini dövrümüzdəki oranqutanlara bənzədir.188 
                          
                            |  | "ƏLVİDA LUCY!" Elmi tapıntılar Avstralopitek sinfinin ən məşhur nümunəsi sayılan "Lucy" haqqındakı təkamülçü fərziyyələri təkzib etdi. Məşhur fransız elmi jurnalı “Science et  Vie” 1999-cu il fevral sayında "Əlvida Lucy" (Adieu Lucy) başlığı ilə bu həqiqəti qəbul edir və Avstralopitekin  insanın əcdadı olmadığını təsdiqləyirdi. |  Avstralopitekin insanın əcdadı  olmadığı son dövrdə təkamülçü mənbələr tərəfindən də qəbul edilir. Məşhur  fransız elm jurnalı “Science et vie” 1999-cu il may sayında bu mövzunu  ilk səhifəsində dərc etmişdi. Jurnal Australopithecus afarensis növünün ən  əsas fosil nümunəsi hesab edilən Lusini "Adieu Lucy" (Əlvida Lyusi)  başlığı altında Australopithecus növünə məxsus meymunların insanın nəsil ağacından çıxarılmalı olduğunu  vurğulamışdır. St W573 seriyalı yeni Australopithecus fosilinə əsaslanaraq yazılan məqalədə belə deyilir: 
                           Yeni nəzəriyyə Australopithecus cinsinin insanın mənşəyi  olmadığını deyir... St W573-ü araşdırmaq səlahiyyətinə malik olan yeganə qadın  tədqiqatçının nail olduğu nəticələr insanın əcdadı ilə bağlı aktual nəzəriyyələrdən  fərqli olaraq hominid nəsil ağacını yıxır. Beləliklə, bu nəsil ağacında yer  alan insan və əcdadları hesab edilən primat cinsli iri meymunlar aradan  çıxarılır... Australopithecuslar və  Homo növləri (insanlar) eyni budaqda yerləşmirlər, Homo növlərinin (insanların)  əcdadlarının hələ də üzə çıxarılması gözlənilir.189 
                            
                              |  |  |  
                              | 
                                A.Afarensis və şimpanze 
Yuxarıda  Australopithecus  afarensis AL 444-2  fosilinin kəllə sümüyü, altda isə indi  yaşayan şimpanzenin kəllə sümüyü görünür.  Arada cox oxşarlıq var. A.afarensisin   heç bir  insani xüsusiyyəti  olmayan adi meymun  növü olduğunun cox  açıq  sübutudur. |   Homo habilis  Avstralopitekin skelet və kəllə sümüyü quruluşunun şimpanzelərdən o qədər də  fərqlənməməsi və bu canlıların dik yeriməsi iddiasının əsaslı dəlillərlə  çürüdülməsi təkamülçü paleoantropoloqları çətin vəziyyətdə qoymuşdur. Çünki xəyali  təkamül sxemlərində Avstralopitekdən sonra Homo erectus gəlir. Homo  erectus adının əvvəlindəki "homo" (yəni "insan")  terminindən də bilindiyi kimi, bu, insan qrupudur və skeleti də dikdir. Kəllə  sümüyünün həcmi Avstralopitekdən iki dəfə böyükdür. Şimpanzeyə bənzəyən meymun  növü olan Avstralopitekdən bugünkü insandan fərqlənməyən skeletə malik Homo  erectusa keçid isə təkamül nəzəriyyəsinə görə də mümkün deyil. Bu səbəbdən,  "əlaqə"lər, yəni "ara keçid forma"lar lazımdır. Homo  habilis anlayışı da məhz bu zərurətdən doğmuşdur. Homo habilis 1960-cı illərdə ailəliklə "fosil ovçusu" olan Likeylər tərəfindən  ortaya atıldı. Likeylərə görə, Homo habilis kimi tərif etdikləri bu yeni canlı  növü dik yerişə, nisbətən böyük beyinə, daş və taxtadan alət hazırlayıb istifadə  etmək qabiliyyətinə sahib idi. Bu səbəbdən, insanın əcdadı ola bilərdi.
 Halbuki eyni növə aid 1980-ci illərin sonunda tapılan qalıqlar bu fikri  tamamilə dəyişdirdi. Yeni tapılan qalıqlara əsaslanan Bernard Vud və Lorinq  Breys kimi tədqiqatçılar onların "alətdən istifadə edən insan" mənasını  verən Homo habilis əvəzinə "alət istifadə edən Cənubi  Afrika meymunu" mənasını verən Australopithecus  habilis adlandırılmasını irəli sürdülər. Çünki Homo habilis Australopithecus adlandırılan meymunlarla bir çox ortaq xüsusiyyətə malik idi. Avstralopitek  kimi uzun qollu, qısa ayaqlı və meymunabənzər skelet quruluşu var idi. Əl və  ayaq barmaqları dırmaşmağa uyğun idi. Çənə quruluşu eynilə dövrümüzdəki  meymunlarınkına bənzəyirdi. 630 sm3-lik beyin həcmi də onların  meymun olduğunu göstərirdi. Bir sözlə, bəzi təkamülçülər tərəfindən ara keçid  forma adlandırılan Homo habilis əslində bütün digər  avstralopiteklər kimi nəsli kəsilmiş meymun idi.
  Sonrakı  illərdə aparılan tədqiqatlar Homo habilisin  həqiqətən də Avstralopitekdən fərqli canlı olmadığını aşkar etdi. 1984-cü ildə  Tim Uayt tərəfindən tapılan və OH62 adlandırılan skelet və kəllə sümüyü  qalığı bu növün dövrümüzdəki meymunlarınkı  kimi kiçik beyinə, budaqlara dırmaşmağa  yarayan uzun qollara və qısa ayaqlara malik olduğunu göstərdi.   Amerikalı antropoloq Holi Smitin 1994-cü ildə apardığı dəqiq təhlillər də Homo habilisin əslində "homo",  yəni insan deyil, meymun olduğunu göstərdi. Smith Australopithecus, Homo  habilis, Homo erectus və Homo neandertalensis növlərinin dişləri üzərində  apardığı təhlillər haqqında belə deyirdi:   Eyni ildə Fred Spur, Bernard Vud və Frans Zonveld adlı üç anatomiyaçı  tamamilə fərqli üsulla tədqiqat apararaq eyni nəticəyə gəldilər. Bu üsul insan  və meymunların daxili qulaqlarında olan və müvazinətin təmin olunmasına xidmət  edən yarımdairəvi kanalların müqayisəli təhlili idi. Spur, Vud və Zonveld gəldikləri  nəticəni belə yekunlaşdırdılar:  
                           Dişlərin inkişafı və quruluş  meyarına əsaslanaraq etdiyimiz təhlillər Australopithecus və Homo habilis növlərinin  Afrika meymunları ilə eyni kateqoriyaya aid olduğunu, lakin Homo erectus və Neandertal növlərinin dövrümüzdəki insanlarla eyni quruluşa malik  olduğunu göstərir.190 
                          
                            | 
                               
 
 
  KNM-ER 1470  Bud  sümüyü. Bu bud sümüyü günümüzdə yaşayan insanın   bud sümüyündən fərqlənmir. Bu sümüyün Homo habilis fosilləri ilə eyni təbəqədə, ancaq bir neçə kilometr kənarda  tapılması Homo habilisin iki ayaqlı  canlı olduğu yanlış şərhinə səbəb olmuşdur. 1987-ci ildə tapılan  OH 62 fosili isə Homo habilisin  hesab edildiyi  kimi iki ayaqlı canlı olmadığını göstərir. Bu  gün bir cox elm adamı Homo habilis sinifləməsinin Austraiopitcecusa cox  oxşar meymun növü  olduğunu qəbul edir. |  Eyni ildə Fred Spur, Bernard  Vud və Frans Zonveld adlı üç anatomiyaçı tamamilə fərqli üsulla tədqiqat  apararaq eyni nəticəyə gəldilər. Bu üsul insan və meymunların daxili  qulaqlarında olan və müvazinətin təmin olunmasına xidmət edən yarımdairəvi  kanalların müqayisəli təhlili idi. Spur, Vud və Zonveld gəldikləri  nəticəni belə yekunlaşdırdılar:   "Daşlaşmış hominid  qalıqlar arasında dövrümüzdəki insan morfologiyasını göstərən ilk növ Homo  erectusdur. Əksinə, cənubi Afrikadan gələn və Australopithecus və Paranthropus adlandırılan kəllə sümüyündəki yarımdairəvi kanal ölçüləri  dövrümüzə qədər yaşayan iri meymunlarınkına bənzəyir"191   Stw 53 adlı Homo habilis nümunəsi üzərində tədqiqat aparan Spur, Vud və  Zonveld "Stw 53-ün Australopithecinelərdən  daha az "ikiayaqlı kimi davrandığını" müəyyən etdilər. Bu, H.habilisin Australopithecusdan daha  çox meymuna bənzədiyini göstərir. Bu səbəbdən, həmin elm adamları Stw 53-ün "Australopithecine və H.erectus arasında morfoloji ara keçid formasının olmadığı" nəticəsinə gəldilər.192  Bu kəşf ilə iki əsas nəticəyə gəlirik:1. Homo  habilis adlandırılan fosillər əslində "homo"- yəni insan deyil, Australopithecus (meymun) sinfinə  daxildir. 
                          
                            |   Austraiopithecus və Homo  habilis sinifləmələrinə daxil edilən meymunların ayaq üstə yeridikləri  iddiası Fred Spoorun  rəhbərliyində  aparılan iç qulağın  analızləri  bu iddianı yalanlayır. Spoor və onun  komandası iç qulaqdakı tarazlıq ərkəzlərini müqayisə  edərək apardıqları yoxlamalarda hər iki  sinifləmənin də dövrümüzdə yaşayan meymunlara oxşar  hərəkət   şəklinə sahib olduğunu göstərir. |  2. Həm Homo habilis, həm də Australopithecus növləri əyri yeriyən, yəni meymun skeletinə malik canlılardır. İnsanla heç bir əlaqəsi  yoxdur. Homo  rudolfensis haqqında yanılma Homo  rudolfensis termini 1972-ci ildə tapılan bir neçə qalıq hissəsinə  verilən addır. Bu qalıq hissələri Keniyadakı Rudolf çayı ətrafında tapıldığı  üçün qalığın təmsil etdiyi güman edilən növə Homo rudolfensis adı  verilmişdir. Bir çox paleoantropoloqlar bu qalıqların əslində ayrı bir növə aid  olmadığını, Homo rudolfensis adlandırılan canlının da əslində bir Homo  habilis, yəni meymun növü olduğunu qəbul edir. 
                          
                            |   Riçard  LikeyHomo  rudolfensis mövzusunda həm özünü, həm də paleontologiya aləmini  yanıltdı. |  Qalıqları tapan Riçard Likey 2,8 milyon illik tarixə malik olduğunu deyərək və "KNM-ER  1470" adlandırdığı kəllə sümüyünü antropologiya tarixinin ən böyük kəşfi  elan edərək böyük əks-səda doğurmuşdu. Likeyin fikrincə, bu qədim canlı  Avstralopitek kimi beyin həcmi çox kiçik, lakin insanabənzər sifətə malik olan  və Avstralopitek ilə insan arasındakı itmiş halqa idi. Ancaq bir müddət sonra  aydın oldu ki, KNM-ER 1470 kəllə sümüyünün bir çox elmi jurnalların üz səhifəsində  dərc olunan "insanabənzər" siması əslində sümük parçalarını birləşdirərkən  bəlkə də qəsdən edilən səhvlərin nəticəsi idi. İnsan üzü anatomiyası sahəsilə məşğul  olan prof. Tim Bromic 1992-ci ildə kompüter simulyasiyalarının köməyi ilə aşkar  etdiyi bu həqiqəti belə xülasə edir: 
                           "KNM-ER 1470 bərpa edilərkən  üz cizgiləri eynilə bugünkü insanların kəllə sümüyünə oxşar şəkildə  quraşdırılmışdı. Halbuki apardığımız tədqiqatlara əsasən, üz kəllə sümüyünə  daha maili birləşdirilməlidir. Bu isə eynilə Avstralopitekdə olan meymunabənzər  sifət xüsusiyyətlərini göstərir".193 Təkamülçü paleoantropoloq  C.E.Kronin bu mövzu ilə bağlı belə deyir: 
                           "Kobud şəkildə  formalaşdırılmış üz, kəllə sümüyünün kiçikliyi və böyük azı dişlər kimi  primitiv xüsusiyyətlər KNM-ER 1470 ilə Avstralopitek arasında oxşarlıq təşkil  edir... KNM-ER 1470 digər Homo nümunələri  kimi, başqa incə quruluşlu Avstralopiteklər ilə bir çox ortaq xüsusiyyət  daşıyır. Bu xüsusiyyətlər sonrakı Homo nümunələrində (yəni Homo erectusda) yoxdur".194 Miçiqan Universitetindən  C.Lorinq Breys isə çənə və diş üzərində apardığı təhlillərdə bu kəllə sümüyü  haqqında eyni nəticəyə gəlir:  "Çənənin böyüklüyü və azı  dişlərin əhatə etdiyi yerin genişliyi ER  1470-in sözün əsl mənasında Avstralopitek üzünə və dişlərinə malik olduğunu  göstərir"195  KNM-ER 1470 üzərində ən az  Likey qədər araşdırma aparmış Con Hopkins Universitetinin paleoantropoloqu  prof. Alan Uolker də bu canlının Homo erectus və ya Homo rudolfensis kimi "homo", yəni insan növünə deyil, əksinə, Avstralopitek sinfinə  daxil edilməsinin tərəfdarıdır.196 Qısaca desək, Avstralopitek ilə Homo  erectus arasında ara keçid forma kimi göstərilməyə cəhd edilən Homo  habilis və ya Homo rudolfensis kimi siniflər tamamilə xəyalidir. Bu  canlılar Avstralopitek ardıcıllığına məxsusdur. Bütün anatomik xüsusiyyətlər bu  canlıların adi meymun növü olduğunu göstərir.Bu həqiqət Bernard Vud və Mark Kolard adlı iki təkamülçü  antropoloqun 1999-cu ildə “Science” (Elm) jurnalında dərc olunan tədqiqatları  ilə daha da aydınlaşdı. Vud və Kolard Homo habilis və Homo  rudolfensis (Skull 1470 növü) kateqoriyalarının da xəyali olduğunu, əslində  bu kateqoriyalara daxil edilən qalıqların Avstralopitek sinfi daxilində  araşdırılmasını qeyd etmişdi: 
                           "Yaxın dövrdə fosillər beyin həcmi, dil qabiliyyəti, əlin funksiyası və  daşdan alət düzəltmək bacarığı ilə bağlı təsəvvürlər qondarma dəlillərə əsaslanaraq  Homo kateqoriyasına daxil edilmişdi. Bir neçəsi istisna olmaqla, bu (Homo)  cinsin insanın təkamülü çərçivəsindəki tərifi və Homo sərhədlərinin müəyyən  olması sanki problemsiz fakt kimi qəbul edilmişdi. Amma... yeni kəşflər, bu kəşflərə  dair şərhlər və paleoantropoloji qeydlərdəki məhdudiyyətlər növləri Homo cinsinə  daxil etmək üçün istifadə edilən meyarları əsassız hala salıb... Praktikada  fosilləşmiş hominid növlər Homo kateqoriyasına dörd əsas meyardan biri və ya  daha çoxuna əsasən daxil edilir... Halbuki indi daha da aydın olmuşdur ki, bu  meyarların heç biri qənaətbəxş deyil. Kəllə həcmi problemlidir, çünki mütləq  beyin həcminin bioloji əhəmiyyətinin olduğu fərziyyəsi mübahisəlidir. Eyni şəkildə  nitq funksiyasının beyinin ümumi görünüşünə əsaslanaraq izah edilməsinin  qeyri-mümkünlüyünə dair olduqca tutarlı sübutlar var və beyinin nitq ilə əlaqədar  hissələrinin daha əvvəlki araşdırmaların eyham etdiyinin əksinə, lokalizə  olmadığına dair dəlillər var..."Bir sözlə, H.habilis və H.rudolfensisə aid fosil kəşflərini də əlavə etsək, Homo cinsi yaxşı cins deyil. Dolayısı  ilə, H.habilis və H.rudolfensis Homo cinsindən çıxarılmalıdır... Bu an üçün, həm H.habilisin, həm də  H.rudolfensisin Australopithecus cinsinə keçirilməsini təklif edirik"197 Vud və Kolardın gəldiyi nəticə  qeyd etdiyimiz həqiqəti təsdiqləyir: tarixdə "insanın ibtidai əcdadları"  olmamışdır. Bu cür göstərilən canlılar əslində Australopithecus kateqoriyasına aid olan meymunlardır. Fosillər bu  nəsli tükənmiş meymunlar ilə fosil qeydlərində birdən-birə üzə çıxan Homo-yəni insan növü arasında heç bir təkamül  əlaqəsinin olmadığını göstərir. Homo erectus Təkamülçülərin xəyali sxeminə  görə Homo növünün təkamülü (növdaxili  təkamülü) belədir: Əvvəlcə, Homo erectus, sonra Homo  sapiens archaic və Neandertal (Homo sapiens neanderthalensis) insanı,  sonra da Cro-magnon (Kromanyon) adamı (Homo sapiens sapiens)... Halbuki bu siniflərin hər biri əslində  ayrı-ayrı insan irqləridir və aralarındakı fərq eskimos ilə zənci və ya piqmey  ilə avropalı arasındakı fərqdən çox deyil. Əvvəlcə, təkamülçülərin ən  ibtidai insan növü hesab etdiyi Homo erectusu təhlil edək. "Erect" termini "dik" deməkdir. Homo erectus isə "dik yeriyən insan" mənasını verir. Təkamülçülər  bu insanları "erect" xüsusiyyəti ilə əvvəlkilərdən fərqləndirmək məcburiyyətində  qalmışdılar. Çünki mövcud Homo erectus fosilləri Avstralopitek  və ya Homo habilis fosillərində  müşahidə olunmayan dik yerimə qabiliyyətini göstərir. Bugünkü insanın skeleti  ilə Homo erectus skeleti arasında heç bir fərq yoxdur. 
                          
                            |  Homo erectus kəllə sümüklərində böyük  qaş cıxıntıları, arxaya doğru  əyilmiş  alın quruluşu kimi xüsusiyyətlər dövrümüzdə   yaşayan bəzi irqlərdə görülür. Soldakı Malayziya yerlisində olduğu kimi. |  Təkamülçülərin Homo erectusu "ibtidai" hesab  etməsinin səbəbi isə beyin həcminin (900-1100 sm3) bugünkü insanın  beyin həcmindən nisbətən kiçik olması və qalın qaş çıxıntılarıdır. Halbuki  hal-hazırda da dünyada Homo erectusla eyni kəllə həcminə malik bir çox insan yaşayır. (Məsələn,  piqmeylər) və bu gün də müxtəlif irqlərdə qaş çıxıntıları var. (məsələn,  Avstraliya yerliləri).  Kəllə həcmindəki fərqin zəka və  bacarıqla əlaqəsi yoxdur. Zəka beyinin həcminə görə deyil, beyindaxili mütəşəkkilliyə  uyğun olaraq dəyişir.198 Homo erectusu bütün dünyaya tanıdan fosillər Asiyada tapılmış  Sinantrop (Pekin adamı) və Yava adamı fosilləri idi. Ancaq bir müddət sonra hər  iki fosilin saxta olduğu məlum oldu. Sinantrop gipsdən düzəldilmiş və əsli  itmiş modellərdən ibarət idi, Yava adamı isə bir kəllə sümüyü parçası ilə ondan  metrlərlə uzaqda tapılmış çanaq sümüyündən ibarət idi və bunların eyni canlıya  aid olduğuna dair heç bir göstərici yox idi. Bu səbəbdən, Afrikada tapılan Homo  erectus fosilləri getdikcə daha çox əhəmiyyət qazandı. (Bu məqamda Homo  erectus adlandırılan fosillərdən bir qisiminin bəzi təkamülçülər tərəfindən Homo ergaster adlı ikinci sinfə daxil edildiyini də qeyd etmək  lazımdır. Bu barədə aralarında anlaşılmazlıq var. Biz isə sözügedən fosillərin  hamısını Homo erectus sinfi daxilində araşdıracağıq). 
                          
                            |   10 min illik 10  oktyabr, 1967-ci ildə Avstraliya Viktoriyadakı   Kou Svamp gölü yaxınlığında   tapılan  bu iki kəllə sümüyünə Kou  Svamp l və Kou Svamp V adları verildiHomo erectuslar
 |  Afrikada tapılan Homo  erectus nümunələrinin ən məşhuru Keniyadakı Turkana gölü yaxınlığında  tapılan "Turkana uşağı" fosilidir. Bu fosilin 12 yaşında bir uşağa  aid olduğu və böyüdükdə təxminən 1.83 sm boyu olacağı müəyyən olundu. Fosilin  özünəməxsus dik skelet quruluşu dövrümüzdəki insandan fərqlənmir. Amerikalı  paleoantropoloq Alan Uolker "bu skelet ilə bugünkü insan skeletini  bir-birindən fərqləndirmək çox çətindir" deyir. Uolker kəllə sümüyünü  gördükdə güldüyünü, çünki kəllə sümüyünün Neandertal kəlləsinə həddən artıq bənzədiyini  yazır.199 Növbəti səhifələrdə təhlil edəcəyimiz neandertallar bugünkü insana bənzər  irqlərdəndir. Bu səbəbdən, Homo erectus da bugünkü insanın bir irqidir.  Təkamülçü paleoantropoloq Riçard Likey də Homo erectus ilə dövrümüzdəki insan arasındakı fərqin  irqi fərqdən başqa məna daşımadığını belə ifadə edir: 
                          Hər insan bu fərqləri sezə bilər: kəllənin forması,  üzün mailliyi, qaş çıxıntısının kobudluğu və s. Ancaq bu fərqlər bu gün müxtəlif  coğrafi bölgələrdə yaşayan insan irqləri arasındakı fərqlərdən çox deyil. Belə  bir variasiya insan icmaları bir-birlərindən uzun zaman ayrı qaldıqda üzə  çıxır"200 Konnektikat Universitetindən  prof. Uilyam Laflin eskimoslar və Aleut adaları insanları üzərində uzun illər  anatomik tədqiqatlar aparmış və bu insanlar ilə Homo erectusun heyrətamiz dərəcədə bir-birinə bənzədiyini  görmüşdür. Laflin bütün bu irqlərin əslində Homo sapiens növünə (müasir  insana) aid müxtəlif irqlər olduğu nəticəsinə gəlmişdir: 
                           Hamısı Homo sapiens növünə aid  olan eskimoslar və Avstraliya yerliləri kimi bir-birindən uzaq qruplar arasındakı  böyük fərqləri nəzərə alsaq, Homo erectusun da öz daxilində müxtəlif fərqlər  daşıyan bu növə (Homo sapiensə) aid olduğu nəticəsinə gəlmək çox məntiqlidir.201 
                            
                              |   Fosilləri  tapan  Alan  Thorn və Filip Macumber, bu fosillərin Homo sapiens kəllə sümüyü olduğunu qeyd  etmişlər.Ancaq bu kəllə sümükləri  artıq dərəcədə Homo erectus xüsusuyyətlərini göstərir. Homo sapiens olaraq tanıdılmalarının yeganə səbəbi isə 10 min il  hesablanan yaşları  idi. Təkamülçülər  dövrümüzdəki insandan 500 min il əvvəl  yaşamış ibtidai növ olaraq  bildirdikləri  Homo  erectusların bundan 10 il əvvəl yaşamış insan irqi olduğu gerçəyini qəbul  etmək istəməmişdilər. |    Son illərdə Homo erectus kateqoriyasına aid edilən fosillərin əslində Homo sapiensdən ayrı növ  sayılacaq qədər fərq daşımadığı elm dünyasında getdikcə daha çox dilə gətirilir. “American  scientist” jurnalında bu mövzudakı mübahisələr və 2000-ci ildə bu  mövzu ilə bağlı təşkil edilən bir konfransın nəticəsi belə yekunlaşdırıldı: 
                           "Senkenberq konfransında  iştirak edənlərin əksəriyyəti Miçiqan Universitetindən Milford Uolpoff,  Kanberra Universitetindən Alan Torn və həmkarları tərəfindən başlanan Homo erectusun taksonomik statusuna dair  qızğın müzakirələrə qatıldılar. Bunlar (Uolpoff və Torn) qətiyyətlə Homo  erectusun bir növ olmadığını, tamamilə aradan qaldırılmalı olduğunu müdafiə  etdilər. Onların fikrincə, Homo cinsinin bütün üzvləri 2 milyon il əvvəldən dövrümüzə qədər müxtəlifləşərək çox  açıq və geniş sahələrə yayılmış yeganə növ, yəni Homo sapiens növü idi və bu növ daxilində təbii fərqlər və  yarımsiniflər tapılmırdı. Konfransda Homo  erectusun mövcud olmadığı müzakirə olunurdu..202  
                          
                            |   
 
 Homo erectus və AborigenHomo  eractusun hər hansı bir ibtidai xüsusiyyəti olmayan  əsl insan irqi olduğunu göstərir.Soldakı Turkana uşağı skeleti. Bu günə qədər  tapılmış  bütöv Homo erectus nümunəsi.   Maraqlı olan 1,6 milyon illik fosilin   skeleti ilə dövrümüzdə yaşayan insan arasında heç bir gözəçarpan  bir fərqin olmamasıdır. Xüsusilə üstdəki  Aborigen yerlisi fosili, Turkana uşağına çox oxşayır. Bu vəziyyət
 |  Yuxarıdakı tezisi müdafiə edən  elm adamlarının gəldiyi nəticə "Homo erectus Homo sapiensdən fərqli növ  deyil, Homo sapiens daxilindəki irqdir" şəklində ifadə edilə bilər.  Adi insan irqi olan Homo erectus ilə "insanın təkamülü"  ssenarisində ondan əvvəl gələn meymunlar (Australopithecus, Homo habilis və Homo rudolfensis) arasında böyük uçurum var. Yəni fosil qeydlərində  meydana çıxan ilk insanlar təkamül keçirmədən, eyni anda və birdən-birə meydana  gəliblər.  
                          
                            |  Homo erectusun dənizçilik mədəniyyəti | 
                              “Qədim dənizçilər: ilk  insanlar  güman etdiyimizdən daha ağıllı  idilər” “New  scientist” jurnalında 14 mart, 1998-ci ildə dərc olunan  məqaləyə görə, təkamülçülərin  Homo  erectus adlandırdıqları insanlar dövrümüzdən 700 min il öncə gəmiçiliklə məşğul  olurdular. Gəmi inşa etmək üçün bilik, texnologiya və mədəniyyətə sahib olan  insanların ibtidai hesab edilmələri, əlbəttə ki, mümkün deyil. |    Neandertallar: anatomiyaları və mədəniyyəti Neandertallar (Homo  neanderthalensis) bundan 100 min il əvvəl Avropada birdən-birə üzə çıxmış və  təxminən 35 min il əvvəl sürətlə və səssiz şəkildə yox olmuş və ya digər irqlərlə  qarışaraq assimilyasiyaya uğramış insanlardır. Müasir insandan yeganə fərqi  skeletlərinin daha güclü və kəllə sümüyünün ortasının daha hündür olmasıdır.  
                          
                            |  Həqiqətə qarşı təbliğat Fosil tapıntıları   Neandertal insanının bizə görə heç bir ibtidai  yönü olmayan   insan irqi olduğunu göstərməsinə baxmayaraq, Neandertallar haqqında təkamülçülər  tərəfindən ortaya atılan iddialar dəyişmir. Neandertal insanları bəzi təkamülçü  muzeylərdə şəkildə göründüyü kimi, “meymun adam “ olaraq sərgilənir. Bu  darvinizmin elmi tapıntıları deyil, təbliğata əsaslanandığının bir göstəricisidir.
 |  Neandertallar insan irqidir və  bu gün bu həqiqət hər kəs tərəfindən qəbul edilir. Bəzi təkamülçü  paleoantropoloqlar bu insanları uzun zaman "ibtidai növ" qəbul  edirdi, lakin kəşflər Neandertal insanının bu gün küçədə gəzən hər hansı  "cüssəli" insandan fərqli olmadığını göstərir. Bu mövzuda Nyu Mexiko  Universitetindən məşhur paleoantropoloq Erik Trinkaus belə yazır: 
                           "Neandertal fosilləri və  müasir insan sümükləri arasında aparılan müqayisələr göstərir ki,  neandertalların anatomiyasında və ya hərəkət, alətlərdən istifadə, zəka səviyyəsi  və ya nitq qabiliyyəti kimi xüsusiyyətlərində günümüzdəki insanlardan zəif  sayılan heç bir şey yoxdur.203 Bu səbəbdən, hal-hazırda bir  çox tədqiqatçı Neandertal insanını dövrümüzdəki insanın yarımnövü təyin edərək Homo  sapiens neandertalensis adlandırır.  Digər tərəfdən, fosil  tapıntıları Neandertalların mütərəqqi mədəniyyətə malik olduğunu da göstərir.  Bunun ən maraqlı nümunələrindən biri Neandertal insanları tərəfindən düzəldilmiş  fosilləşmiş fleytadır. Ayının bud sümüyündən düzəldilmiş bu fleyta arxeoloq  İvan Turk tərəfindən 1995-ci ilin iyulunda Yuqoslaviyanın şimalında bir  mağaradan tapılmışdır. Daha sonra isə musiqiçi Bob Fink fleytanı təhlil  etmişdir. Fink karbon testinə əsasən, 43.000-67.000 yaşı olduğu deyilən bu alətin  4 notdan ibarət olduğunu və fleytada yarım tonlar və tam tonların olduğunu təsbit  etmişdir. Bu kəşf neandertalların müasir musiqi mədəniyyətinin əsası olan yeddi  notdan istifadə etdiklərini göstərir. Fleytanı tədqiq edən Fink "qədim  fleytanın üzərindəki ikinci və üçüncü dəliklər arasındakı məsafənin üçüncü və  dördüncü dəliklər arasındakı məsafənin iki misli" olduğunu da ifadə edir.  Bu isə göstərir ki, birinci məsafə tam notu, ona qonşu olan məsafə isə  yarımnotu təmsil edir. "Bu üç not inkaredilməz şəkildə diatonik ölçmədəki  kimi səs çıxarır" deyən Fink Neandertalların musiqi zövqü və biliyi olan  insanlar olduğunu ifadə edir.204  Digər bəzi fosil kəşfləri də  Neandertalların ölüləri basdırdıqlarını, xəstələrə baxdıqlarını, boyunbağı və  digər bəzək əşyalarından istifadə  etdiklərini göstərir.205   Digər tərəfdən, qazıntılar əsnasında Neandertal  insanları tərəfindən istifadə edildiyi müəyyən olunan 25 min illik tikiş iynəsi  də tapılmışdır. Sümükdən düzəldilmiş bu iynə düzdür və sapın keçirilməsi üçün  açılmış dəliyə malikdir.206 Əlbəttə, tikiş iynəsinə ehtiyacı  olan, geyim mədəniyyətinə malik olan insanlar "ibtidai" sayıla bilməz.  
                          
                            |  Neandertal : İnsan irqiSağda  İsraildə tapılan Homo sapiens neanderthalensis,Amud  bir kəllə sümüyü var. Fosilin sahibinin 1,80 m uzunluğunda olduğu təxmin  edilir. Beyinin həcmi bu günə qədər   tapılanların ən böyüyüdür. 1,740 sm3. Altda isə Neandertal  irqinə aid fosil skelet və bu skeletin sahibi tərəfindən istifadə olunduğu  hesab edilən bir daş alət var. Əldə olunan bu və buna oxşar tapıntılar  Neandertalların zaman ərzində itmiş özünəməxsus bir insan irqi olduqlarını göstərir.
 |   Neandertalların alət düzəltmə  qabiliyyəti ilə bağlı Nyu Mexiko Universitetindən antropologiya və arxeologiya  professoru Stiven L.Kuhn və Mary C.Stiner tədqiqat aparmışlar. Hər iki elm  adamının təkamül nəzəriyyəsini müdafiə etməsinə baxmayaraq, apardıqları  arxeoloji araşdırmalar və təhlillər İtaliyanın cənub-qərb sahilindəki  mağaralarda min illərlə yaşamış Neandertalların müasir insan kimi kompleks  düşüncə tələb edən fəaliyyətlərlə məşğul olduğunu göstərir.207 
                          
                            |  Neanderalların tikiş iynəsi Neandertal insanının dövrümüzdən on minlərlə il əvvəl  geyinməyi bilmələrini göstərən maraqlı fosil:  26 min illik iynə.( D.Joanson, B.Edqar, From Lucy to language, s 99)
 |  Kuhn və Stiner bu mağaralarda  müxtəlif alətlər tapmışdılar. Nizə ucları da daxil olmaqla bütün tapıntılar iti  uclu kəsici alətlərdir və çaxmaq daşının kənarlarındakı təbəqələrin  yonulmasıyla düzəldilmişdir. Şübhəsiz, daşları "nə qədər  vurmalıyam" və ya əyri bir alət düzəldirsə, "nə qədər əyməliyəm"  deyə qərar vermək və dəqiq hesablama aparmaq məcburuyyətindədir. 
                          
                            |  Neandertalların  fleytasıNeandertal insanına aid sümükdən düzəldilmiş  fleyta. Bu fleyta üzərində aparılan hesablamalar  deşiklərin doğru notlarda səs verəcək şəkildə  açıldığını, yəni bunun cox ustalıqla düzəldilmiş bir alət olduğunu göstərmişdir.    Yuxarıda Bob Fink adlı tədqiqatçının  fleyta ilə əlaqədar hesablamaları görünür. Bu cür tapıntılar təkamülçü  təbliğatın   əksinə,  Neandertal insanlarının  ibtidai insan deyil, mədəni insan irqi olduğunu göstərir. ( The AAAS Science New  Service  Neanderthals Lived Harmoniously,  3 aprel, 1997) |  Kaliforniya Universitetindən  Marqaret Konkey neandertallardan əvvəlki dövrlərə aid olan alətlərin ağıllı  insanlar tərəfindən düzəldildiyini belə izah edir: 
                           "Arxaik insanların əlləri  ilə düzəltdikləri alətlərə baxsanız, onların naşı əl işləri olmadıqlarını görərsiniz.  Arxaik insanlar istifadə etdikləri vasitələrin nə olduğunu və hansı dünyada  yaşadıqlarının şüurundadırlar".208 Bir sözlə, elmi kəşflər  Neandertalların zəka və mədəniyyət cəhətdən bizdən fərqi olmayan insan irqi  olduğunu göstərir. Bu irq digər irqlərlə qarışıb assimilyasiyaya uğrayaraq və  ya naməlum şəkildə tarix səhnəsindən çıxmışdır. Amma əsla "ibtidai",  "yarı-meymun" və s. deyil. Homo sapiens archaic,  Heydelberq adamı (Homo heilderbergensis) və Kromanyon (Cro-Magnon) Homo sapiens archaic xəyali təkamül sxeminin müasir insandan əvvəlki  pilləsini təşkil edir. Əslində bu insanlar haqqında təkamülçülərin baxış  prizmasına görə deyiləcək bir şey yoxdur, çünki onlar dövrümüzdəki insandan çox  kiçik fərqlərə görə ayrılırlar. Hətta bəzi tədqiqatçılar bu irqin nümayəndələrinin  hal-hazırda hələ də yaşadıqlarını söyləyərək Avstraliya yerlilərini nümunə göstərirlər.  Aborigenlər də eynilə bu irq kimi qalın qaş çıxıntılarına, içəri doğru meyilli  çənə quruluşuna və bir az kiçik beyin həcminə malikdir. Bundan əlavə, çox yaxın  keçmişdə Macarıstanda və İtaliyanın bəzi kəndlərində bu insanların  yaşadıqlarına dair məlumatlar əldə edilmişdir. 
                          
                            |  Kromanyon  kəllə   sümüyü |  Təkamülçü ədəbiyyatda Homo heilderbergensis adlandırılan sinif isə əslində Homo sapiens archaiclə eynidir. Eyni insan irqini təsvir etmək üçün bu  iki ayrı kateqoriyadan istifadə edilməsinin səbəbi təkamülçülər arasındakı  fikir ayrılığıdır. Homo heilderbergensis sinfinə daxil edilən bütün  fosillər anatomik cəhətdən dövrümüzdəki avropalılara bənzəyən insanların bundan  500 min, hətta 740 min il əvvəl İngiltərədə və İspaniyada yaşadıqlarını göstərir.  Kromanyon (Cro-magnon) adamı isə 30.000 il əvvələ qədər yaşadığı təxmin  edilən irqdir. Qübbə formasında kəllə sümüyünə, geniş alına malikdir. 1600 sm2-lik  beyin həcmi müasir insanın orta beyin həcmindən çoxdur. Qalın qaş çıxıntıları  var və kəllənin arxa hissəsində Neandertal adamının və Homo erectusun xarakterik xüsusiyyəti olan sümük çıxıntısı var. Avropalı irq kimi qəbul edilməsinə  baxmayaraq, Kromanyonun kəllə quruluşu və həcmi hal-hazırda Afrika və tropik  qurşaqlarda yaşayan bəzi irqlərə bənzəyir. Bu oxşarlığa əsaslanaraq onun Afrika  mənşəli qədim irq olduğu təxmin edilir. Digər bəzi paleoantropoloji tapıntılar Kromanyon və Neandertal irqlərinin  bir-birləri ilə qaynaşaraq dövrümüzdəki bəzi irqlərə əsas təşkil etdiklərini  göstərir.Nəticə etibarı ilə bu insanların heç biri "ibtidai növ"lər  deyil, tarixən yaşamış, digər irqlərə qarışıb assimilyasiyaya uğrayaraq və ya nəsli  kəsilib yox olaraq tarix səhnəsindən silinmiş fərqli insan irqləridir. Təkamül ağacının məhvi  Buraya qədər təhlil etdiklərimiz əsasında  bu nəticəyə gəlirik: "insanın təkamül" ssenarisi tamamilə  fantastikadır. Çünki belə bir nəsil ağacının mövcud olması üçün meymunlardan  insanlara doğru ortaq əcdaddan gələn mərhələli təkamül baş verməli və bu prosesə  dair daşlaşmış qalıqlar (fosillər) tapılmalıdır. Halbuki meymunlarla insan  arasında keçilməz uçurum var. Skelet quruluşları, beyin həcmləri, dik və əyri  yerimə kimi xüsusiyyətlər insan ilə meymunu bir-birindən ayırır. (1994-cü ildə  daxili qulaqdakı müvazinət kanalları üzərində aparılan tədqiqatların Avstralopitek və Homo habilisi meymun  sinfinə, Homo erectusu  isə insan sinfinə aid etdiyini qeyd etmişdik).  Bu fərqli növlər arasında nəsil ağacının olmadığını göstərən başqa bir kəşf  isə bir-birinin əcdadı kimi göstərilən növlərin eyni tarixdə və eyni yerdə  yaşamasıdır! Əgər təkamülçülərin iddia etdikləri kimi Avstralopitek zaman ərzində Homo habilisə, onlar da Homo  erectusa çevrilsəydilər, bu  növlərin yaşadıqları dövrlər də eyni ardıcıllıqla bir-birini əvəz etməliydilər.  Halbuki belə bir xronoloji ardıcıllıq yoxdur.Təkamülçülərin hesablamalarına görə, Avstralopitek  bundan 4 milyon il əvvəldən 1 milyon il əvvələ qədər yaşamışdır. Homo  habilis kimi tərif edilən canlıların isə 1,7-1,9 milyon il bundan əvvəl  yaşadıqları hesablanır. Homo habilisdən  daha "təkmil" olduğu deyilən Homo rudolfensisin yaşı isə  2,5-2,8 milyon il hesablanır! Yəni Homo rudolfensis "əcdadı"  hesab edilən Homo habilisdən  təxminən 1 milyon il qədimdir. Digər tərəfdən Homo erectusun yaşı 1,6-1,8 milyon ildir. Yəni Homo  erectusa aid nümunələr də  "əcdadları" Homo habilis ilə təxminən eyni zaman intervalında  meydana gəlib.  Alan Uolker "Şərqi  Afrikada Avstralopiteklərlə Homo habilis və Homo erectus növlərinin eyni vaxtda  yaşadıqlarına dair qəti sübutlar var" deyərək bu faktı təsdiqləyir.209 Luis Likey Olduvay Corc bölgəsindəki  Bed II təbəqəsində Avstralopitek, Homo  habilis və Homo erectus fosillərini  demək olar ki, yan-yana tapmışdı.210 Əlbəttə, belə bir nəsil ağacı  ola bilməz. Harvard Universitetindən paleontoloq Stefen Cey Quld özü də təkamülçü  olmağına baxmayaraq, darvinist nəzəriyyənin düşdüyü bu çıxılmaz vəziyyəti belə  açıqlayır: 
                           "Əgər bir-biri ilə  paralel şəkildə yaşayan üç fərqli hominid (insana bənzər) cığırı varsa, bu  halda bizim nəsil ağacımıza nə oldu? Aydındır ki, bunların biri digərindən törəyə  bilməz. Həmçinin, birini digəriylə müqayisə etdikdə, təkamül trendi göstərmirlər".211  Homo erectus'tan Homo sapiens'e doğru  ilerlediğimizde de yine ortada bir soy ağacı olmadığını görürüz. Homo  erectus'un ve Homo sapiens archaic'in günümüzden 27.000 yıl öncesine,  hatta 10.000 yıl öncesine kadar yaşamlarını sürdürmüş olduklarını gösteren  bulgular vardır. Avustralya'da Kow Bataklığı'nda 13 bin yıllık Homo erectus kafatasları bulunmuştur.212  Bu mövzuda ortaya çıxan ən  maraqlı kəşflərdən biri də 1996-cı ildə Yava adasında tapılan 30 min illik Homo erectus, Neandertal və Homo sapiens qalıqlarıdır. "The New York times" qəzeti ön səhifəsində bu  qalıqlar haqqında yazdığı xəbərdə "Bir neçə on il əvvələ qədər elm  adamları insanın formalaşmasını bir növdən başqasına doğru irəliləyən xətti  ardıcıllıq kimi görürdülər. Həmçinin bu iki növün eyni dövrdə və ya bölgədə  birgə tapılmasının qeyri-mümkün olduğu düşünülürdü" deyə yazmışdır.213 Sözügedən kəşf insanın mənşəyi  haqqında ortaya atılan "təkamül ağacı"nın əsassız olduğunu bir daha  göstərir. Homo sapiensin gizli tarixi Bütün bu araşdırdıqlarımızla bərabər  təkamülçülərin xəyali nəsil ağacını kökündən məhv edən ən mühüm həqiqət isə Homo sapiens, yəni bugünkü insanın  tarixinin düşünülməyəcək qədər qədim olmasıdır. Paleontoloji kəşflər bundan təxminən  bir milyon il əvvəl də eynilə bizim kimi Homo  sapiens insanlarının yaşadıqlarını göstərir.    Bu mövzudakı ilk tapıntılar məşhur təkamülçü  paleoantropoloq Luis Likeyə aid idi. Likey 1932-ci ildə Keniyada Viktoriya gölü  yaxınlığındakı Kancera bölgəsində anatomik cəhətdən dövrümüzdəki insandan fərqi  olmayan və Orta pleystosen dövrünə aid olan bir neçə qalıq tapdı. Ancaq Orta pleystosen dövrü bundan bir milyon il əvvələ  gedib çıxır.214 Bu kəşflər təkamül ağacını (nəsil  ağacı) alt-üst etdiyi üçün bəzi təkamülçü paleoantropoloqlar tərəfindən rədd  edildi. Amma Likey fikrinin doğru olduğunu həmişə müdafiə etdi.   Bu müzakirələr təzəcə unudulmuşdu ki, 1995-ci  ildə İspaniyada tapılan yeni bir fosil Homo-sapiensin  yaşının zənn edildiyindən daha qədim olduğunu ortaya qoydu. Sözügedən fosil  Madrid Universitetindən üç ispan paleoantropoloq tərəfindən İspaniyanın  Atapuerka ərazisində yerləşən Qran Dolina mağarasında tapıldı. Fosil bugünkü  insanla tamamilə eyni görünüşə sahib olan 11 yaşlı uşağa aid kəllə sümüyünün üz  hissəsinə aid hissə idi. Ancaq yaşı 800 min il idi. “Discover” jurnalı 1997-ci  il dekabr sayında bu mövzuya geniş yer verdi. 
                          
                            |  İspaniyanın Atapuerka dağında tapılan üz sümüyü  dövrümüzdəki insanlarla eyni üz quruluşuna sahib insanların 800 min il əvvəl  yaşadıqlarını göstərirdi. |  
 
                          
                            |  Atapuerka dağında tapılan fosildən istifadə edilərək  bərpa edilən kəllə sümüyü (solda) ilə  dövrümüzdəki insana aid kəllə sümüyü (sağda) son dərəcə  oxşardır. |  İspaniyanın Atapuerka ərazisində  tapılan üz sümüyü bugünkü insanlarla eyni üz quruluşuna malik olan insanların  800 min il əvvəl də yaşadıqlarını göstərirdi.
 Bu fosil Qran Dolina tədqiqat  qrupunun rəhbəri Arsuaqa Ferrerasın belə insa  nın təkamülü haqqındakı inanclarını sarsıtmışdı.  Ferreras belə deyirdi:  
                           "Böyük, geniş, qabarıq, yəni  primitiv bir şeylə qarşılaşacağımızı ümid  edirdik.  800.000 il yaşı olan bu uşağın Turkana Uşağı kimi bir şey olmasını gözləyirdik.  Amma bizim tapdığımız tamamilə müasir bir üz idi... Bunlar sizi sarsıdan  faktorlardır: fosil tapmaq yox, bütöv fosil tapmaq da gözlənilməz və gözəl  hadisədir. Lakin ən təsirli olan bu günə aid olduğunu düşündüyünüz bir şeyi  keçmişdə tapmağınızdır. Bu, Qran Dolinada maqnitofon tapmaq kimi bir şeydir.  Belə bir şey, əlbəttə, çox təəccüblü olardı.  Alt  Pleystosen  təbəqələrində maqnitofonlar,  kasetlər tapmağı gözləmirik, ancaq 800 min illik "müasir" üz tapmaq  da bunun kimi bir şeydir. Onu gördükdə çox heyrətlənmişdik.215 Bu fosil Homo sapiens tarixinin 800 min il geriyə çəkilməsinin lazım  olduğuna işarə edirdi. Amma fosili tapan təkamülçülər, ilk şoku keçirdikdən  sonra, bu fosilin başqa bir növə aid olduğuna qərar verdilər. Çünki təkamülün nəsil  ağacına əsasən, 800 min il əvvəl Homo  sapiens yaşamamalıydı. Ona görə, Homo  antecessor adlı xəyali növ uydurdular və Atapuerka kəllə sümüyünü bu  ardıcıllığa daxil etdilər. Daxmalar və ayaq izləri  Bu günə qədər kəşf edilən bir  çox tapıntı Homo sapiensin tarixinin  800 min ildən daha qədim olduğunu göstərdi. Bunlardan biri də Luis Likeyin  1970-ci illərin əvvəllərində Olduvay Qorcdakı tapıntıları idi. Likey buradakı  Bed II təbəqəsində Australopithecus, Homo habilis və Homo erectus növlərinin  eyni anda bir yerdə yaşadıqlarını müəyyən etmişdi. Ancaq daha da maraqlısı  Likeyin eyni təbəqədə (Bed II) tapdığı bir daxma idi. Likey burada daşdan  tikilmiş bir daxmanın qalıqlarını tapmışdı. Hadisənin ən maraqlı tərəfi isə bu  idi ki, Afrikanın bəzi bölgələrində hələ də istifadə edilən bu daxmaları yalnız Homo sapienslər tikə bilərdi! Yəni  Likeyin tapıntılarına görə Australopithecus, Homo habilis, Homo erectus və  bugünki insan bundan təxminən 1,7 milyon il əvvəl bir yerdə yaşamış  olmalıydılar.216Bu həqiqət, əlbəttə, bugünki insanların Australopithecus adlandırılan meymunlardan təkamüllə törədiyini irəli sürən təkamül nəzəriyyəsini  tamamilə əsassız edirdi.  Əslində indiyə qədər bugünki insanların izlərini 1,7 milyon ildən daha qədimə  aparan tapıntılar ələ keçdi. Bu tapıntıların ən əsası Meri Likey tərəfindən  1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində aşkar olunan ayaq izləri idi. Bu  izlər 3,6 milyon illik təbəqənin üzərində idi və ən əsası, bugünki insanın ayaq  izlərindən qətiyyən fərqlənmirdi.Meri Likeyin aşkar etdiyi bu ayaq izləri daha sonra  Don Cohanson və Tim Uayt kimi məşhur paleoantropoloqlar tərəfindən də  araşdırıldı. Əldə edilən nəticələr eyni idi. Uayt belə yazırdı: 
                           "Qətiyyən şübhəniz  olmasın... Bunlar bugünki insanın ayaq izlərindən qətiyyən fərqlənmir. Əgər bu  izlər bu gün hər hansı Kaliforniya çimərliyində tapılsaydı və bir uşaqdan  bunların nə olduğu soruşulsaydı, heç tərəddüd etmədən burada bir insanın gəzdiyini  söyləyərdi. Bunları qumsalda olan yüzlərlə digər insan ayaq izindən ayıra bilməzdi.  Heç siz də ayırd edə bilməzdiniz".217 Şimali Kaliforniya  Universitetindən Luis Robins isə ayaq izlərini araşdırdıqdan sonra belə  deyirdi: 
                           "Ayaq qövsü hündürdür,  kiçik ölçülü insanın ayağı mənimkindən daha hündürdür, yəni barmaqlar insan  barmaqlarıyla eyni şəkildə yeri örtür. Bunu başqa heyvan növlərində görə bilməzsiniz".218 Ayaq izlərinin morfoloji  quruluşu üzərində aparılan araşdırmalar, bunun adi bir insan, həm də bugünki  insan (Homo sapiens) izi kimi qəbul  edilməsini tələb edirdi. Ayaq izlərini araşdıran Rasel Tatl belə yazırdı: 
                           "Bu izlər ayağı yalın Homo sapiens tərəfindən  buraxılmalıdır... Aparılan bütün morfoloji tədqiqatlar bu izləri buraxan  canlının ayağının günümüzdəki insan ayağından fərqli olmadığını göstərir"219 Bitərəf araşdırmalar ayaq izlərinin  əsl sahiblərini də müəyyən etdi: ortada 10 yaşında bir insanın 20 ədəd və daha  az yaşlı birisinin 27 ədəd daşlaşmış ayaq izi vardı. Bunlar tamamilə bizim kimi  normal insanlar idi. Bu vəziyyət Laetoli ləpirlərini  on illərlə müzakirə mövzusuna çevirdi. Təkamülçü paleoantropoloqlar insanın 3,6  milyon il əvvəl yer üzündə yeriyə bildiyini qəbul edə bilmir və buna dair izah  verməkdə çətinlik çəkirdilər. 90-cı illərdə bu "izah" formalaşdı. Təkamülçülər  bu izlərin bir Australopithecusa məxsus  olduğuna qərar verdilər; çünki bundan 3,6 milyon il əvvəl Homo növünün yaşaması, nəzəriyyələrinə görə, mümkün deyildi! Rasel  Tatl 1990-cı il tarixli bir məqaləsində belə yazırdı: 
                           "Nəticədə Laetoli G ərazisindəki  3,5 milyon illik ayaq izləri bugünki insanların izlərinə çox bənzəyir. Bu  tapıntı izləri qoyan canlıların bizdən daha pis və ya fərqli yeriyən canlı  olduğunu göstərir. Əgər ayaq izləri bu qədər qədim olmasaydı, bunların da bizim  kimi adi Homo növü tərəfindən  qoyulduğunu müzakirəsiz qəbul edə bilərdik... Amma yaş problemi səbəbi ilə bu ləpirlərin  Lusi fosili ilə eyni növə, yəni Australopithecus afarensis növünə aid  canlı tərəfindən qoyulduğunu qəbul etməliyik". .220 Qısaca desək, 3,6 milyon illik bu ayaq izlərinin Australopithecusa  aid olması qeyri-mümkün idi. Ayaq izlərinin Australopithecusa aid olduğuna dair fikir yaranmasının səbəbi  isə sadəcə olaraq fosillərin tapıldığı 3,6 milyon illik vulkanik təbəqə idi. Bu  qədər qədim zamanda insanların yaşaya bilməyəcəyini düşünərək ayaq izlərini Australopithecusa  aid etmişdilər.  Laetoli izləri haqqında verilən bu izahlar bizə çox vacib həqiqəti göstərir.  Təkamülçülər nəzəriyyələrini elmi nailiyyətlərə əsaslanaraq müdafiə etmirlər!  Ortada kor-koranə müdafiə olunan bir nəzəriyyə var və əlimizə keçən hər bir  elmi tapıntı bu nəzəriyyə ilə uzlaşdırılmaq naminə təhrif edilir və ya görməməzliyə  vurulur.  Bir sözlə, təkamül nəzəriyyəsi elmi nəzəriyyə deyil, elmdənkənar cəfəngiyyatdır. Son dəlil: Sahelanthropus tchadensis və təkamül  ağacının məhvi Təkamül nəzəriyyəsinin insanın  mənşəyi haqqındakı iddialarını məhv edən ən son tapıntı isə 2002-ci ilin  yayında Mərkəzi Afrikada, Çadda tapılan və Sahelanthropus tchadensis adı  verilən fosil oldu.  Bu fosil darvinist aləmi  bir-birinə qatdı. Bütün dünyada məşhur olan “Nature” jurnalı bu fosil haqda yayımladığı xəbərdə "tapılan  yeni kəllə sümüyü insanın təkamülü haqqındakı düşüncələrimizi tamamilə məhv edə  bilər" deyə etiraf etdi.221   Harvard Universitetindən  Daniel Liberman bu yeni tapıntının "kiçik bir atom bombası qədər təsirli  olacağı"nı söylədi.222  Bunun səbəbi tapılan fosilin 7  milyon il yaşı olmasına baxmayaraq, "insanın ən qədim əcdadı" olduğu  iddia edilən və 5 milyon illik Australopithecus növündən olan meymunlardan (təkamülçülərin bu günə qədər əsas götürdükləri  meyarlara görə) daha "insanabənzər" quruluşa malik olması idi. Bu vəziyyət  əslində nəsli kəsilmiş bütün meymun növləri arasında çox subyektiv və ön  mühakiməli "insanabənzərlik" meyarlarına görə qurulan təkamül əlaqələrinin  tamamilə xəyal olduğunu göstərirdi. Con Vitfild 2002-ci il, 11  iyul tarixli “Nature”jurnalında  nəşr olunan "İnsan ailəsinin ən qədim üzvü tapıldı" başlıqlı məqaləsində  Corc Vaşinqton Univesitesindən təkamülçü antropoloq Bernard Vud da bu fikri təsdiqləyirdi: 
                           "Universitetdə oxumağa  başladığım 1963-cü ildə insanın təkamülü bir nərdivan kimi görünürdü. Bu nərdivanın  pillələri meymundan insana doğru irəliləyən və hər mərhələsi əvvəlkindən daha  az meymuna oxşayan ardıcıl ara keçid formadan təşkil olunmuşdu... Amma  hal-hazırda insanın təkamülü qarmaqarışıq kola bənzəyir... Fosillərin bir-birləri  ilə nə cür əlaqəyə malik olduğu və hər hansı birinin həqiqətən insanın əcdadı  olub-olmadığı hələ də mübahisəlidir".223  Yeni tapılan meymun fosili  haqqında “Nature”jurnalının  redaktoru və tanınmış paleoantropoloq Henri Cinin verdiyi izahlar çox əhəmiyyətli  idi. Ci “The guardian”qəzetində  nəşr olunan məqaləsində fosil haqqındakı müzakirələrə toxunur və belə yazırdı: 
                           "Nəticə nə olursa olsun,  bu kəllə sümüyü bir daha və qəti şəkildə göstərir ki, əvvəldən qəbul edilən  (insanla meymun arasındakı) "itkin halqa" düşüncəsi axmaqlıqdır...  Hal-hazırda çox aydın şəkildə bilinməlidir ki, onsuz da həmişə şübhəli olan  itkin halqa fikri artıq tamamilə etibarını itirmişdir".224 
                            
                              | 
                                AL 666-1 : 2,3 milyon  illik  insan çənəsiAL 666-1 fosili 1994-cü ildə  Həbəşistanda Hadarda  A.afarensis   fosilləri ilə bərabər tapıldı. 2,3 milyon illik tarixi olan  bu çənə tamamilə Homo sapiens xüsusiyyətlərini  göstərirdi. AL 666-1 nə bir yerdə tapıldığı A.afarensis  çənələrinə, nə də  1,75 milyon il yaşındakı Homo habilis  çənəsinə oxşayırdı. Bu iki növün  çənələri dar və dördkünc şəklindəki  quruluşları ilə dövrümüzün meymunlarının çənələrinin oxşarları idi. Ancaq AL  666-1 fosilinin  “Homo“ (insan) növünə  aid olduğu qətidir. Təkamülçü paleontoloqlar bu həqiqəti qəbul edir, ancaq yenə  də bu  mövzuda qəti söz söyləməyə çəkinirlər.  Çünki bu çənə üçün hesabladıqları 2,3 milyon illik yaş  “Homo”, yəni insan növü üçün təyin etdikləri  yaşdan artıqdır. |  
                            
                              |  |  |  
                              | AL 
                                666-1: 2.3 milyon yıllık Homo sapiens (insan) 
                                çenesi | AL 666-1-in yan tərəfdən görünüşü |  
                              |  |  |  
                              | AL 666-1 : 2,3 milyon illik Homo sapiens (insan) çənəsi | AL 222-1-in yan təfədən görünüşü. İki çənənin yan tərəfədən  görünüşləri fosillər arasındakı fərqi daha yaxşı göstərir. AL 222-1 çənəsi  çıxıntılıdır və irəli doğru  uzanıb. Bu,  tamamilə meymuna xas xüsusiyyətdir. Üstdəki AL 666-1 çənəsi isə tamamilə insan çənəsidir. |  
                            
                              | Müasir insan irqlərindəki kəllə sümüyü fərqliliyi Təkamülçü paleontoloqlar Homo erectus, Homo sapiens  neanderthalensis, Homo sapiens archaic kimi fərqli insan fosillərini təkamülün  müxtəlif  dairələrini əmələ gətirən növlər  olaraq göstərirlər. Buna əsas olaraq da bu fosillərin kəllə sümüyü  quruluşlarındakı fərqliliyi göstərirlər. Ancaq   bu  fərqliliklər  bu vaxta qədər yaşamış və bəziləri itmiş və  ya assimilyasiyaya uğramış insan irqləri arasındakı fərqlənmədən ibarətdir.  Zamanla insan irqləri bir-birləri ilə daha cox yaxınlaşdıqca bu fərqlər də  azalmışdır. Buna baxmayaraq, dövrümüzdə yaşayan insan irqləri  arasında  olduqca nəzərə çarpan fərqlililər  müşahidə olunur. Bu səhifələrdə görünən və hamısı müasir insanlara aid kəllə  sümükləri bu fərqliliklərə nümunədir. Keçmişdə yaşamış irqlər arasındakı buna  oxşar quruluşca fərqlilikləri təkamülə sübut olaraq göstərmək isə  bir tərəfli şərhdən başqa bir şey deyil.. |  
                            
                              |  |  |  |  
                              | 115-ci əsrdə yaşamış bir Peru  yerlisi | Benqallı orta yaşlı   bir kişi | Cənub-Şərqi  Asiyadakı Solomon adalarında 1893-cü ildə ölən bir kişi |  
                              |  |  |  |  
                              | 25-30  yaşlarında bir alman kişi | 35-45  yaşlarında  zairli bir  kişi | 35-40  yaşlarında bir kişi eskimos |  İki ayaqlılıq məsələsi 
                          
                            |  İnsan skeleti dik yeriməyə uyğun   olaraq   yaradılmışdır. Meymun skeleti isə önə əyilmiş  quruluşu, qısa ayaqları və uzun qolları ilə  dörd ayaqlı hərəkət şəklinə uyğundur. Bu iki quruluş arasında bir keçid  formasının əmələ gəlməsi isə bu keçid formasının  əlverişsizliyinə görə  mümkün deyildir. |  Buraya qədər təhlil etdiyimiz bütün fosillərlə bərabər insanlarla meymunlar  arasındakı keçilməz anatomik sərhədlər də insanın təkamül nağılını təkzib edir.  Bu keçilməz sərhədlərdən biri də yerimə formasıdır.İnsan iki ayağı üzərində dik yeriyir. Bu, başqa heç bir canlıda rast gəlinməyən,  çox spesifik hərəkət formasıdır. Digər bəzi heyvanlar isə iki ayaqla çox məhdud  hərəkət qabiliyyətinə malikdirlər. Ayı və meymun kimi heyvanlar nadir hallarda  (məsələn, bir qidanı əldə etmək istədikdə) iki ayaqları üzərində qısa müddət ərzində  hərəkət edə bilirlər. Normal hallarda önə doğru meyillənmiş skeletə malikdirlər  və dörd ayaq üzərində yeriyirlər.
 Bəs, görəsən, iki ayaqlılıq xüsusiyyəti təkamülçülərin iddia etdikləri kimi  meymunların dörd ayaqlı yerişindən törəyib?  Xeyr... Araşdırmalar göstərir ki, iki ayaqlı yerişin təkamülü heç zaman baş  verməmişdir, baş verməsi də mümkün deyil. Əvvəla, iki ayaqlılıq təkamüllə əldə  olunan üstünlük deyil. Çünki meymunların hərəkət forması insanın iki ayaqlı  yerişindən daha asan, daha sürətli və daha səmərəlidir. İnsan nə şimpanze kimi  budaqdan-budağa tullana bilər, nə də gepard kimi saatda 125 km sürətlə qaça bilər.  Əksinə, insan iki ayağı üzərində yeridiyi üçün yerdə daha yavaş hərəkət edə  bilir və bu səbəbdən, təbiətdəki canlıların ən müdafiəsizlərindən biridir.  Dolayısı ilə, təkamülçü məntiqə görə, meymunların iki ayaqlı yerişə meyil etməsinin  heç bir mənası yoxdur. Təkamül nəzəriyyəsinə  görə isə insanlar dörd ayaqlı vəziyyətə doğru təkamül keçirməlidirlər.Meymunların əl və ayaqları ağaclarda yaşamağa uyğun  dizayna malikdir. 
                          
                            |  Meymunların  əl  və  ayaqları ağaclarda  yaşamağa   uyğun  şəkildə  qıvraqdır. |  Təkamülçü iddianın başqa bir  müəmması isə iki ayaqlı yerişin darvinizmin "mərhələli təkamül"  modelinə qətiyyən uyğun gəlməməsidir. Təkamül nəzəriyyəsinin əsası olan bu  model nəzəriyyənin müəyyən mərhələsində iki ayaqlılıqla dörd ayaqlılıq arasında  "qarışıq", "ortaq" yeriş tərzinin olmasını zəruri edir.  Halbuki ingilis paleoantropoloq Robin Krompton 1996-cı ildə kompyuterin köməyi  ilə apardığı araşdırmalarda bu cür "qarışıq" yerişin qeyri-mümkün  olduğunu göstərmişdir. Kromptonun gəldiyi nəticə budur: "hər hansı canlı  ya tamamilə dik, ya da tamamilə dörd ayağı üzərində yeriyə bilər".225 Bu iki yeriş arasında hər  hansı tərzdə yeriş forması enerjiyə olan tələbatın həddən artıq artması səbəbiylə  mümkün deyil. Ona görə də yarı iki ayaqlı canlının mövcudluğu mümkün deyil. İnsanla meymun arasındakı  uçurum təkcə iki ayaqlılıqla məhdudlaşmır. Beynin həcmi, nitq kimi digər bir  çox xüsusiyyətlər təkamülçülər tərəfindən əsla açıqlanmır. Təkamülçü  paleoantropoloq İleyn Morqan belə etiraf edir: 
                           İnsanla (insanın təkamülü ilə)  əlaqədar ən əhəmiyyətli dörd sirr budur:  1) Niyə iki ayaq üzərində yeridilər? 2) Niyə bədənlərindəki sıx tükləri  itirdilər? 3) Niyə bu cür böyük beyin formalaşdırdılar? 4) Niyə nitqi öyrəndilər?Bu suallara veriləcək standart cavablar belədir: 1)  Hələ bilmirik. 2) Hələ bilmirik. 3) Hələ bilmirik. 4) Hələ bilmirik. Sualları  daha da artırmaq olar, amma cavab dəyişməyəcək.226 Təkamül: elmdən uzaq bir inanc Lord Soli Zakerman İngiltərənin ən məşhur elm adamlarından biridir. O, on  illərlə fosillər üzərində çalışmış, bir çox tədqiqat aparmış, hətta bu  araşdırmalarına görə "Lord" titulu almışdır. Zakerman təkamülçüdür, yəni  təkamül haqqında qəsdən əks-şərhlər verməz. Lakin insanın təkamülü ssenarisinə  aid edilən fosilləri on illərlə araşdırdıqdan sonra ortada həqiqi nəsil  ağacının olmadığına qənaət gətirmişdir.Zakerman maraqlı "elm şkalası" tərtib  etmişdir. Elmi hesab etdiyi məlumat mənbələrindən elmdənkənar hesab etdiyi sahələrə  qədər sxem qurmuşdur. Zakermanın bu cədvəlinə görə, ən "elmi", yəni  konkret məlumatlara əsaslanan elm sahələri kimya və fizikadır. Sxemdə bunlardan  sonra biologiya, daha sonra sosial elmlər gəlir. Sxemin ən kənarında, yəni ən  "elmdən uzaq" sayılan bölmədə isə Zakermanın fikrincə, telepatiya,  altıncı hiss kimi "duyğulardan kənar qavrayış" anlayışları və bir də  "insanın təkamülü" yerləşir! Zakerman sxemin bu hissəsini belə izah  edir:  "Obyektiv həqiqətin sərhədlərindən  çıxıb bioloji elm kimi qəbul edilən bu sahələrə, yəni duyğulardan kənar  qavrayışa və insanın fosil tarixinin izah olunmasına keçdikdə öz nəzəriyyəsinə  inanan insan üçün hər şeyin mümkün olduğunu görürük. Belə ki, nəzəriyyələrinə  tamamilə inanan bu insanların bəzi təzadları eyni anda qəbul etmələri belə  mümkündür".227 İnsanın mənşəyi haqqında məşhur KİV-lərdən biri olan “Discovering archeology” jurnalında isə  jurnalın redaktoru Robert Lok tərəfindən yazılan məqalədə "insanın əcdadını  axtarmaq, işıqdan çox istilik verir" deyilir və məşhur təkamülçü  paleoantropoloq Tim Uaytın bu etirafı verilir:  "Bu günə qədər  cavablandıra bilmədiyimiz suallara görə hamımız ümidsizliyə düşmüşük".228   Məqalədə təkamül nəzəriyyəsinin  insanın mənşəyi ilə bağlı qarşılaşdığı müəmma və bu sahədə aparılan təbliğatın əsassızlığı  belə izah edilir: 
                           "Bəlkə də elmin heç bir  sahəsi insanın mənşəyini müəyyən etmək səylərindən daha mübahisəli deyil.  Tanınmış paleontoloqlar insanın nəsil ağacının ən əsas budaqları üzərində belə  müəmma içindədirlər. Yeni budaqlar böyük mübahisələrlə ortaya qoyulur, ancaq  yeni fosil tapıntıları qarşısında etibarını itirib yox olurlar".229  Eyni həqiqət məşhur “Nature” jurnalının redaktoru Henri  Ci tərəfindən də yaxın zamanlarda qəbul edilmişdir. Ci 1999-cu ildə nəşr olunan“İn search of deep time”  adlı kitabında "insanın təkamülü ilə əlaqədar 5-10 milyon il əvvələ aid  bütün fosillər kiçik bir qutuya sığa biləcək qədər azdır" deyir. Cinin  buradan gəldiyi nəticə də çox maraqlıdır: 
                           "Əcdad-xələf əlaqələrinə əsaslanan  insanın təkamül sxemi tamamilə həqiqətdən uzaq insan icadıdır və insanların ön  mühakimələrinə görə formalaşdırılmışdır... Bir yığın fosil götürmək və bunların  qohumluq əlaqələrini iddia etmək təcrübi yolla sübut ediləcək elmi fərziyyə  deyil, nağıllarla eyni mahiyyət daşıyan iddiadır - əyləndirici, bəlkə də yönləndiricidir,  amma elmi deyil"..230 Göründüyü kimi, təkamül nəzəriyyəsinin  əsası bu nəzəriyyəni dəstəkləyən hər hansı elmi nailiyyət deyil, bu nəzəriyyəyə  kor-koranə inanmış bəzi elm adamlarıdır. Bu elm adamları heç bir elmi əsası  olmasa da, təkamül əfsanəsinə həm özləri inanır, həm də onlarla əməkdaşlıq edən  mediadan istifadə edərək kütlələri inandırırlar. Rekonstruksiya yalanı Təkamülçülər nəzəriyyələrini sübut edəcək elmi nəticələr əldə edə bilməsələr  də, başqa məsələdə olduqca mahirdirlər: təbliğat. Bu təbliğatın ən əsas  elementi isə "rekonstruksiya" adı verilən saxta şəkillərdir.Rekonstruksiya "yenidən inşa", "bərpa"  deməkdir və ancaq kiçik bir sümüyü tapılmış canlının şəklinin və ya maketinin  düzəldilməsidir. Qəzetlərdə, jurnallarda, filmlərdə gördüyünüz "meymun  adam"ların hər biri rekonstruksiyadır.  Ancaq insanın mənşəyi ilə əlaqədar  fosil qeydləri çox vaxt yarımçıq olduğu üçün bunlara əsaslanaraq hər hansı  ehtimal vermək tamamilə təxəyyülə əsaslanır. Buna görə də təkamülçülər tərəfindən  fosillərə əsaslanaraq düzəldilən rekonstruksiyalar tamamilə təkamül  ideologiyasının əsaslarına uyğun olaraq hazırlanır. Harvard Universiteti  antropoloqlarından Devid Pilbim "Mənim məşğul olduğum  paleoantropologiya sahəsində daha əvvəl aldığım təəssüratlardan meydana gəlmiş  nəzəriyyə daim həqiqi məlumatlara üstün gəlir" deyərkən bu həqiqətə  diqqət çəkir.231 231 İnsanlar əyani vasitələrdən daha tez təsirləndikləri  üçün məqsəd bu insanları təxəyyül yolu ilə bərpa edilmiş varlıqların keçmişdə həqiqətən  yaşadığına inandırmaqdır. Burada bir cəhətə diqqət  yetirmək lazımdır: sümük qalıqlarına əsaslanaraq görülən bu cür işlərdə yalnız əldə  olan predmetin olduqca ümumi xüsusiyyətləri ortaya çıxarıla bilər. Halbuki əsl  müəyyənedici detallar zaman ərzində məhv olan yumşaq toxumalardır. Təkamülə  inanan hər hansı bir insanın bu yumşaq toxumalara istədiyi kimi forma verib xəyali  varlıq uydurması çox asandır. Harvard Universitetindən Ernst A.Huten bu vəziyyəti  belə izah edir: 
                           "Yumşaq hissələrin  rekonstruksiyası (yenidən bərpası) olduqca riskli işdir. Dodaqlar, gözlər,  qulaqlar və burun kimi orqanların altındakı sümüklə heç bir əlaqəsi yoxdur. Məsələn, Neandertal kəlləsini meymuna və ya  bir filosofa bənzədə bilərsiniz. Qədim insanların fosillərinə əsaslanaraq edilən  bu cür rekonstruksiya işlərinin heç bir elmi dəyəri yoxdur və cəmiyyəti  idarə etmək məqsədiylə istifadə edilirlər...  Bu səbəbdən də rekonstruksiyalara çox güvənmək olmaz".232 Təkamülçülər bu məsələnin o qədər  "ağını çıxardıbar" ki, eyni kəllə sümüyünə bir-birindən olduqca fərqli  simalar, üz cizgiləri yapışdırırlar. Australopithecus robustus (Zinjanthropus) adlı fosil üçün edilən bir-birindən tamamilə fərqli üç ayrı rekonstruksiya buna  misaldır. Fosillərin birtərəfli şərh olunması və ya xəyali rekonstruksiyalar edilməsi  təkamülçülərin təbliğatdan hansı tərzdə istifadə etdiklərini göstərən faktdır.  Lakin bunları təkamül nəzəriyyəsi tarixində rast gəlinən bəzi konkret saxtakarlıqlarla  müqayisə etdikdə çox adi görünür.Mediyada və akademik nəşrlərdə mütəmadi olaraq təlqin  edilən "meymun-insan" imicini dəstəkləyən heç bir konkret fosil  yoxdur. Təkamülçülər əllərinə fırça götürüb xəyali varlıqlar çəkirlər, amma bu  canlıların daşlaşmış qalıqlarının olmaması onlar üçün böyük problemdir. Bu  problemi "həll etmək" üçün istifadə etdikləri maraqlı üsullardan biri  isə tapa bilmədikləri fosilləri "düzəltmək"dir. Elm tarixinin ən  böyük qalmaqalı olan Piltdaun adamı bunun bir nümunəsidir. Piltdaun adamı      qalmaqalı  Məşhur həkim və eyni zamanda həvəskar  paleontoloq olan Çarlz Douson 1912-ci ildə İngiltərədə Piltdaun yaxınlığındakı  çuxurda  çənə sümüyü və kəllə parçası  tapdığını  iddia etdi. Çənə sümüyü meymun  çənəsinə bənzəməsinə baxmayaraq, dişlər və kəllə insanınkılara bənzəyirdi. Bu  nümunələrə "Piltdaun adamı" adı verildi, 500 min il yaşı olduğu  deyildi  və müxtəlif muzeylərdə insan təkamülünə  konkret dəlil olaraq nümayiş etdirildi. 40 ildən çox bu qalıq haqqında  elmi məqalələr yazıldı, müxtəlif fikirlər  söyləndi və şəkillər çəkildi. Dünyanın müxtəlif universitetlərindən 500-dən çox  alim Piltdaun adamı  üzərində doktorluq  müdafiə etdi.233 Məşhur amerikalı  paleoantropoloq H.F.Osborn da 1935-ci ildə   “British museum”i ziyarət edəndə demişdi: "Təbiət sürprizlərlə doludur;  bu, insanlıq tarixindən  əvvəlki dövrlər  haqqında əhəmiyyətli  faktdır".234  
                          
                            |  Rekonstruksiya rəsmləri  sadəcə təkamülçülərin xəyal gücünü əks  etdirir; elmi tapıntılar deyil... |  Rekonstruksiyalar sadəcə təkamülçülərin təxəyyülünü əks etdirir, elmi kəşfləri  deyil...1949-cu ildə isə “British museum”in paleontologiya  fakültəsindən Kennet Oakley yaş təyin etmək   üçün əsas metodlardan "flor testi" metodunu bəzi qədim  qalıqlar üzərində sınamaq istədi. Bu metod Piltdaun adamı qalığı üzərində də  sınaqdan keçirilir. Nəticə çox təəccüblü olur. Aparılan testdə Piltdaun  adamının çənə sümüyündə flor olmadığı aydın oldu. Bu, çənə  sümüyünün torpağın altında bir neçə ildən çox qalmadığını göstərirdi. Az  miqdarda flor ehtiva edən kəllənin  isə  yalnız bir neçə min il yaşı  olmalıydı.  Flor metoduna əsaslanan  sonrakı xronoloji araşdırmalar kəllənin sadəcə bir neçə min illik olduğunu  ortaya qoydu. Çənə sümüyündəki dişlərin isə süni olaraq aşındığı, qalıqların  yanına əlavə edilən primitiv əl alətlərinin isə polad alətlərlə yonulmuş adi  suvenir tipli əşyalar olduğu aydın oldu. Vaynerin etdiyi analizlərlə bu  saxtakarlıq 1953-cü ildə qəti olaraq ortaya qoyuldu. Kəllə 500 yaşında bir  insana, çənə sümüyü isə yenicə ölmüş oranqutana aid idi!  Dişlərin insana aid olduğu təəssüratını vermək  üçün sonradan xüsusi olaraq əlavə olunmuş və oynaq yerləri də hamarlanmışdı.  Daha sonra da bütün  hissələr qədimi  görüntü yaratmaq üçün kalium-dixromat ilə ləkələndirilmişdi. Sümüklər turşuya  batırıldığında bu ləkələr itirdi. Saxtakarlığı ortaya qoyan qrupdan Le Qros  Klark "dişlər üzərində süni şəkildə qədimilik təəssüratı vermək cəhdləri  o qədər bilinir ki, necə olub ki, bu izlər diqqətdən qaçıb?" deyərək təəccübünü  gizlədə bilmirdi.235Bütün bunlardan sonra  "Piltdaun adamı" 40 ildən çox  nümayiş etdirildiyi  “British Museum”dən  tələm-tələsik çıxarıldı. Piltdaun adamı qalığı 40 il  boyunca insanın təkamülü iddiasının ən böyük dəlili olaraq qəbul edildi. Təkamülçü  poleontoloqlar kəllə sümüyündə təkamülə bir sıra sübut tapdıqlarını iddia  edirdilər. Qalığın saxtakarlıq olduğu isə sonradan ortaya çıxdı. 
                          
                            |   
 Piltdaun adamı fosili 40 il boyu insanın təkamülü  iddiasının ən böyük sübutu olaraq qəbul edildi. Təkamülçü fosil tətqiqatçıları  kəllə sümüyündə çoxlu sayda “təkamülə sübut“  tapdıqları iddiasında idilər. Fosilin saxta olduğu isə sonralar  meydana çıxdı.
 |  Nebraska adamı qalmaqalı 1922-ci ildə Amerika Təbiət Tarixi Muzeyinin  direktoru Henri Feirfild Ozborn Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığında Plieosen dövrünə aid azı dişi fosili  tapdığını açıqladı. Bu diş iddiaya görə, insan və meymunların ortaq xüsusiyyətlərini  daşıyırdı. Çox keçməmiş mövzu ilə əlaqədar çox dərin elmi qalmaqallar başladı.  Bəziləri bu dişi Pitekantrop erectus adlandırdılar, bəziləri isə bunun insana daha yaxın olduğunu dedilər. Böyük  mübahisələrə səbəb olan bu daşlaşmış qalığa "Nebraska adamı" adı verildi.  Elmi don geyindirmək üçün dərhal "elmi" ad da qoyuldu: Hesperopithecus haroldcooki.                         Bir çox təkamülçü Ozbornu dəstəklədi. Bircə dişə əsaslanaraq  Nebraska adamının kəlləsi və bədəninin rəsmləri çəkildi. Hətta bir az da irəli  gedərək Nebraska adamının, həyat yoldaşının və uşaqlarının təbii mühitdə ailəvi  şəkilləri də dərc olundu.   
                          
                            |  Nebraska adamı və onu adlandıran Henri  Fairfeld Osborn. |  Bütün bu ssenarilər bircə dənə  dişə görə uyduruldu. Təkamülçü dairələr bu "xəyali adamı" o dərəcə mənimsədilər  ki, Uilyam Brayen adlı bir tədqiqatçı bircə azı dişinə əsaslanaraq bu qədər qəti  qərarların verilməsinə qarşı çıxdıqda hər cür tənqidə məruz qaldı.  Lakin 1927-ci ildə skeletin digər hissələri tapıldı. Məlum oldu ki, bu diş  nə meymuna, nə də insana aiddir. Diş "prosthennops" adlı vəhşi  Amerika donuzunun nəsli kəsilmiş bir cinsinə aid imiş. “Science” jurnalında Uilyam Qreqorinin bu yalanı xəbər  verdiyi məqaləsinin başlığı belə idi: "Belə görünür ki, Hesperopithecus nə meymundur, nə də  insan”236 Nəticədə Hesperopithecus haroldcookinin və "ailəsi"nin bütün şəkilləri  dərhal elmi ədəbiyyatdan çıxarıldı. Nəticə Təkamül nəzəriyyəsini dəstəkləmək üçün edilən bütün bu elmi saxtakarlıqlar  və ön mühakiməli dəyərləndirmələr bu nəzəriyyənin elmi açıqlamadan daha çox  ideologiya olduğunu göstərir. Hər bir ideologiyada olduğu kimi, bu ideologiyanın  da fanatik tərəfdarları var və bunlar təkamülü nəyin bahasına olsa da, sübut  etməyə çalışırlar. Nəzəriyyəyə elə doqmatik tərzdə bağlanıblar ki, əllərinə keçən  hər yeni kəşfi, təkamüllə heç bir əlaqəsi olmadığı halda nəzəriyyəyə böyük dəlil  hesab edirlər. Şübhəsiz, bu, elm adından deyilən böyük yalandır; çünki elm  dünyasının əsassız bir doqma uğrunda səhv istiqamətləndirildiyini göstərir.Skandinaviyalı elm adamı Soren Lovtrup isə  “Darvinizm: bir əfsanənin təkzibi” (Darwinism:  The refutation of a myth) adlı kitabında bu mövzuda belə deyir: 
                           "Düşünürəm ki, hər kəs  bir elm sahəsinin tamamilə səhv nəzəriyyədən asılı olmasının böyük bir  uğursuzluq olduğunu qəbul edəcək. Ancaq biologiyada eynilə bu baş verir: uzun  zamandan bəri insanlar təkamül mövzularını darvinist anlayışlarla müzakirə  edir: "adaptasiya", "seleksiya təzyiqi" və ya "təbii  seçmə" kimi anlayışlarla. Sonra da bu mübahisələrlə təbiət hadisələrini  izah etdiklərini zənn edirlər. Amma əslində heç bir izah vermirlər... İnanıram  ki, darvinizm əfsanəsi bir gün elm tarixindəki ən böyük yalan kimi  tanınacaq".237 Darvinizmin "elm tarixindəki  ən böyük yalan" olduğunun ən əsas sübutlarından bəziləri isə molekulyar  biologiyadan gəlir. Ota benqa: qəfəsə qoyulan  afrikalı yerli Darvin “İnsanın mənşəyi” adlı kitabı ilə insanın meymunabənzər canlılardan  təkamüllə əmələ gəldiyini iddia etdikdən sonra bu ssenarini dəstəkləyən fosil  axtarışına başlandı. Ancaq bəzi təkamülçülər "yarı meymun, yarı  insan" canlıların yalnız fosillərdə deyil, dünyanın müxtəlif yerlərində  canlı tapılacağına da inanırdılar. 20-ci əsrin əvvəllərində bu "canlı ara  keçid forması" axtarışları bəzi vəhşiliklərə səbəb oldu. Bu vəhşiliklərdən  biri Ota benqa adlı piqmeyin hekayəsi idi.  Ota benqa 1904-cü ildə  Samuel Verner adlı təkamülçü tədqiqatçı tərəfindən Konqoda tutulmuşdu. Adı öz  dilində "dost" mənasını verən bu yerli evli və iki uşaq atası idi.  Amma heyvan kimi zəncirlənib qəfəsə qoyuldu və ABŞ-a aparıldı. Buradakı təkamülçü  alimlər  Müqəddəs Luis Dünya Sərgisində  onu müxtəlif meymun növləri ilə birlikdə qəfəsə qoyaraq "insana ən yaxın  ara keçid forma" kimi nümayiş etdirdilər. İki il sonra isə Nyu Yorkdakı  Bronks zooparkına apardılar və bir neçə şimpanze, Dina adlı qorilla və Dohunq  adlı oranqutan ilə birlikdə "insanın qədim əcdadları" adı altında  nümayiş etdirdilər. Zooparkın təkamülçü müdiri dr. Uilyam T.Hornadey bu nadir  "ara keçid forması"nın zooparkda olmasının ona verdiyi şərəf haqqında  uzun-uzun danışmış, ziyarətçilər də qəfəsə qoyulan Ota benqaya heyvan kimi  münasibət göstərmişdilər. Ota benqa  məruz  qaldığı münasibətə dözə bilməyərək intihar etmişdi. (Philips  Verner Bradford, Harvey Blume, Ota Benga: The Pygmy en The Zoo, New York: Delta  Books, 1992)Piltdaun adamı, Nebraska adamı yaxud Ota benqa...  Bütün bu qalmaqallar təkamülçü alimlərin öz nəzəriyyələrini sübut etmək üçün hər  cür elmdənkənar üsula əl atmaqdan  çəkinmədiklərini  göstərir. Şüurlu şəkildə "insanın təkamülü" əfsanəsinin digər “dəlillərinə”  baxdıqda  yenə də buna bənzər vəziyyətlə  qarşılaşarıq: ortada tamamilə cəfəng olan hekayə və bu hekayəni dəstəkləmək  üçün hər yola müraciət edən könüllülər ordusu var. |