| SIÇRAYIŞLI   TƏKAMÜL NƏZƏRİYYƏSİNİN    ƏSASSIZLIĞI
 Daha əvvəlki fəsildə fosil qeydlərinin darvinist nəzəriyyənin  fərziyyələrini açıq şəkildə təkzib etdiyini birlikdə nəzərdən keçirdik.  Gördüyümüz kimi, fərqli canlı qrupları fosil qeydlərində ani surətdə ortaya  çıxmış və milyon illər boyu heç bir dəyişiklik keçirmədən “sabit” qalmışdırlar.  Paleontologiyanın ortaya qoyduğu bu böyük kəşf canlı növlərinin heç bir təkamül  prosesi keçirmədən mövcud olduqlarını göstərir.  Bu həqiqət uzun illər boyu  paleontoloqlar tərəfindən gözardı edilmiş və xəyali ara keçid formaların bir  gün tapılacağı ümid edilmişdir. Keçən əsrin 70-ci illərində bəzi paleontoloqlar  bunun yersiz ümid olduğunu və fosil qeydlərindəki boşluqların “reallıq” hesab  edilməsini qəbul etdi. Ancaq sözügedən paleontoloqlar təkamül nəzəriyyəsindən əl  çəkməyi qəbuledilməz düşüncə hesab etdikləri üçün bu həqiqətə təkamül nəzəriyyəsi  çərçivəsində açıqlama axtarmağa çalışdılar.
 Neodarvinizmdən bir az fərqli  təkamül modeli olan “sıçrayışlı təkamül” anlayışı belə meydana gəldi. (Orijinal  adı “punctuated equilibrium”, yəni  “fasiləli müvazinət” olan bu nəzəriyyəni praktik cəhətdən aydın olması üçün  “sıçrayışlı təkamül” şəklində ifadə edirik).
  Bu model 1970-ci illərin əvvəlində  Harvard Universitetinin paleontoloqları Stefen Cey Quld və Nayls Eldric tərəfindən  coşğu ilə müdafiə edilməyə başladı. Hər ikisi də fosil qeydlərinin üzə  çıxardığı nəticəni iki əsas anlayışla xülasə edirdi: 1. Stasis (ətalət)  2. Ani surətdə üzə çıxma .173 Gould ve Eldredge, bu iki olguyu evrim teorisi içinde 
                          açıklayabilmek için, canlı türlerinin Darwin'in öngördüğü 
                          gibi kademeli küçük değişikliklerle değil, ani ve büyük 
                          değişikliklerle oluştuğunu öne sürdüler.  Quld və Eldric bu iki faktı təkamül  nəzəriyyəsi çərçivəsində açıqlaya bilmək üçün canlı növlərinin Darvinin irəli  sürdüyü kimi, mərhələli kiçik dəyişikliklərlə deyil, ani və böyük dəyişikliklərlə  əmələ gəldiyini irəli sürdülər.Əslində, bu nəzəriyyə 1930-cu illərdə avropalı  paleontoloq Otto Şindevulf tərəfindən irəli sürülmüş “Gözlənilən bədheybət”  (Hopeful monster) nəzəriyyəsinin şəkli dəyişdirilmiş formasıydı. Şindevulf  canlıların neodarvinizmin irəli sürdüyü kimi, zaman ərzində kiçik mutasiyalar nəticəsində  deyil, ani və böyük mutasiyalarla təkamül keçirdiklərini irəli sürmüşdü.  Şindevulf nəzəriyyəsinə nümunə verərkən tarixdəki ilk quşun “qross mutasiya” ilə,  yəni genetik quruluşunda təsadüfən meydana gələn böyük dəyişikliklə sürünən  yumurtasından çıxdığını iddia etmişdi.174 Həmin nəzəriyyəyə əsasən, bəzi  quruda yaşayan canlılar keçirdikləri ani və böyük dəyişikliklə birdən-birə nəhəng  balinalara çevrilə bilərlər. Şindevulfun bu fantastik nəzəriyyəsi 1940-cı ildə  də Berkeley Universitetindən genetik Riçard Qoldşmidt tərəfindən mənimsənildi və  müdafiə edildi. Amma nəzəriyyə o qədər əsassız idi ki, qısa zamanda tərk  edildi.Quld və Eldrici bu nəzəriyyəyə yenidən qayıtmağa məcbur  edən amil isə əvvəlcədən bildirdiyimiz kimi, fosil qeydlərinin heç bir “ara  keçid forma” olmadığını göstərməsi idi. Bu qeydlərdəki “stasis” və “ani surətdə  üzə çıxma” faktı o qədər konkret idi ki, bu iki tərif vəziyyəti açıqlamaq üçün  “gözlənilən bədheybətlərə” yenidən əl atmaq məcburiyyətində qaldılar. Quldun  “Gözlənilən bədheybətlərin qayıdışı” (Return of the hopeful monsters) adlı məşhur  məqaləsi bu labüd geri dönüşün ifadəsi idi.175 Əlbəttə, Quld və Eldric Şindevulfun fantastik nəzəriyyəsini  eynilə təkrarlamadılar. Nəzəriyyəyə “elmi” don geydirmək üçün sözügedən “ani təkamül  sıçrayışlarına” bir cür mexanizm uydurmağa çalışdılar. (nəzəriyyə üçün seçdikləri  “fasiləli müvazinət” kimi qəribə termin elmi don geydirmək cəhdi idi). Quld və  Eldricin nəzəriyyəsi sonrakı illərdə digər bəzi paleontoloqlar tərəfindən də mənimsənildi  və hərtərəfli işlənildi. Halbuki sıçrayışlı təkamül nəzəriyyəsi ən az  neodarvinist nəzəriyyə qədər böyük ziddiyyət və əsassızlıqla dolu idi.                         Sıçrayışın “mexanizmi” Sıçrayışlı təkamül nəzəriyyəsi canlı  populyasiyalarının çox uzun müddət boyu dəyişmədiyini, bir növ “tarazlıq”  (equilibrium) vəziyyətində qaldıqlarını qəbul edir. Bu iddiaya əsasən, təkamül  xarakterli dəyişikliklər çox qısa zaman intervallarında və çox dar  populyasiyalar daxilində baş verir (tarazlıqda durğunluq, yəni “punctuation”  baş verir). Populyasiya çox dar olduğu üçün böyük mutasiyalar çox qısa müddət ərzində  təbii seçmə yolu ilə seçilir və beləliklə, yeni növ əmələ gəlir. 
                          
                            |  Sıçrayışlı təkamül modelinin iki məşhur müdafiəçisi;  Stefen Jay Quld və Niles Eldric. |  Bu nəzəriyyəyə əsasən, məsələn, bir sürünən növü  milyon illər boyu heç bir dəyişikliyə uğramadan yaşayır. Ancaq bu sürünən  növünün içindən bir şəkildə ayrılan az saydakı bir qrup sürünən səbəbi açıqlana  bilməyən bir sıra mutasiyaya məruz qalır. Bu mutasiyaların üstünlük gətirənləri  bu kiçik qrup daxilində sürətlə seçilir. Qrup sürətlə təkamül keçirir və qısa  müddətdə başqa bir sürünən növünə, hətta bəlkə məməlilərə çevrilir. Bütün bu  proses çox sürətli olduğu və kiçik populyasiyada baş verdiyi üçün. çox az fosil  izi qalır, bəlkə də heç qalmır.Diqqət  edilsə, əslində, bu nəzəriyyə “fosil izi  buraxmayacaq qədər sürətli bir təkamül prosesi necə təsəvvür edilə bilər?” sualına cavab vermək üçün ortaya atılmışdır. Bu cavabı uydurarkən  iki əsas fərziyyə qəbul edilir: 1. “Makromutasiyaların”, yəni canlıların genetik məlumatında  böyük dəyişikliklər əmələ gətirən böyük mutasiyaların canlılara üstün xüsusiyyətlər  qazandırdıqları və yeni genetik məlumat əlavə etdikləri fərziyyəsi. 2.Sayca az olan heyvan populyasiyalarının genetik cəhətdən  daha üstün xüsusiyyətlərə malik olduqları fərziyyəsi.Lakin  hər iki fərziyyə də elmi kəşflərlə açıq şəkildə ziddiyyət təşkil edir. Makromutasiyalar xətası Sıçrayışlı təkamül nəzəriyyəsi, bir az əvvəl də  bildirdiyimiz kimi, yeni növ əmələ gəlməsinə səbəb olan mutasiyaların çox böyük  ölçülərdə baş verdiyini və ya bəzi fərdlərin üst-üstə çox mutasiyaya məruz  qaldığını fərz edir. Lakin bu fərziyyə genetika elminin bütün müşahidə  faktlarına ziddir. Əsrin  məşhur genetiklərindən R.A.Fişerin təcrübə və müşahidələrə əsaslanaraq ortaya  qoyduğu bir qanun bu fərziyyəni açıq şəkildə təkzib edir. Fişer “Təbii seçmənın  genetik nəzəriyyəsi” (The genetical theory of natural selection) adlı kitabında  “mutasiyanın bir canlı populyasiyasında daimi olmasının mutasiyanın fenotip üzərindəki  təsiri ilə tərs mütənasib” olduğunu bildirir.176Başqa sözlə, bir mutasiya nə qədər böyük olsa da,  populyasiyada daimi olma ehtimalı da bir o qədər azalır.
                         Bunun səbəbini görmək  çətin deyil. Əvvəlki fəsillərdə nəzərdən  keçirdiyimiz kimi, mutasiyalar canlıların genetik məlumatında təsadüfi dəyişikliklər  əmələ gətirirlər və heç vaxt canlının genetik məlumatını inkişaf etdirən təsirləri  yoxdur. Əksinə, mutasiya keçirən fərdlər ciddi xəstəlik və şikəstliyə məruz  qalırlar. Ona görə də mutasiya bir fərdə nə qədər çox təsir edirsə, yaşama  ehtimalı da bir o qədər az olur.
 Darvinizmin israrlı müdafiəçilərindən Ernst Mayr bu  mövzuda belə deyir: Mutasiyalar  nəticəsində genetik əcaib canlıların əmələ gəlməsi həqiqətən də müşahidə edilən  faktdır, lakin bunlar o qədər qəribə canlılardır ki, ancaq “gözlənilməyən əcaib canlılar” kimi tərif edilə bilər. Tarazlıqları  o qədər pozulmuşdur ki, tarazlayıcı seçmə mexanizmi yolu ilə seçilməkdən xilas  olmaq üçün heç bir imkanları yoxdur... Əslində  bir mutasiya fenotipə nə qədər çox təsir edərsə, onun (təbii mühitə olan)  uyğunluğunu o qədər azaldır. Bu cür radikal mutasiyanın fərqli uyğunlaşma təmin  edəcək yeni bir fenotip əmələ gətirəcəyinə inanmaq bir möcüzəyə inanmaq deməkdir...  Bu “gözlənilməyən əcaib canlıya” cütləşəcəyi uyğun cüt tapmaq və bunların  populyasiyanın normal fərdlərindən törəyici şəkildə təcrid edilmələri də, məncə,  əsla həll edilməyəcək çətinliklərdir.177
 Mutasiyaların təkamül xarakterli inkişafa səbəb  olmadığı aydındır və bu həqiqət həm neodarvinizmi, həm də sıçrayışlı təkamül nəzəriyyəsini  çıxılmaz vəziyyətə salır. Mutasiya zərərverici mexanizm olduğuna görə,  sıçrayışlı təkamül tərəfdarlarının bəhs etdikləri makromutasiyalar canlılara  “makro” səviyyədə zərər verərlər. Bəzi təkamülçülər DNT-dəki “tənzimləyici genlərə” (regulatory  genes) təsir edən mutasiyalara ümid bağlayırlar. Amma digər mutasiyalara aid  olan zərərverici xüsusiyyət bu mutasiyalar üçün də etibarlıdır. Problem  mutasiyanın təsadüfi dəyişiklik olmasındadır, genetik məlumat kimi kompleks  quruluşda baş verən hər hansı təsadüfi dəyişiklik zərərli nəticələr verir.Nəhayət,  bu nəticəyə gəlirik ki, hər hansı bir təkamül modelində hər cür genetik  variasiyanın mütləq mənşəyi mutasiyadır. Bəziləri kiçik mutasiyaların nəticələrindən  narahat olurlar və təkamül yeniliklərinin mənşəyini açıqlamaq üçün  makromutasiyalara müraciət edirlər. Qoldsmitin gözlənilən əcaib canlıları həqiqətən  də geri qayıtmışdır. Ancaq makromutasiyaların  təsir etdiyi populyasiyalar, əslində, həyat uğrunda mübarizədə məğlub olan  populyasiyalar olur. Makromutasiyaların kompleksliyin artırılmasını təminedici  xüsusiyyətindən (genetik məlumatı dəyişdirmək baxımından) əsər-əlamət yoxdur. Əgər quruluşa təsir edən gen mutasiyaları (kiçik mutasiyalar) lazımi dəyişiklikləri  əmələ gətirmək üçün kafi deyillərsə, tənzimləyici genlərə təsir edən  mutasiyalar daha əlverişsiz olacaqdır, çünki adaptasiya (uyğunlaşma) təmin etməyən  və hətta məhvedici təsirlər əmələ gətirəcəkdir... Bir cəhət olduqca aydındır: mutasiyaların (istər böyük, istərsə də  kiçik olsunlar) hədsiz dərəcədə bioloji dəyişiklik əmələ gətirməsi tezisi bir  faktdan çox inanc kimi qalmaqda davam edir.178
 Genetik Leyn Lester və populyasiya genetiki Reymond  Bohlin “Bioloji dəyişiklikdə təbii məhdudiyyətlər” (The natural limits to  biological change) adlı kitablarında sözügedən mutasiya problemini belə izah  edirlər:
 Müşahidə və təcrübələr mutasiyaların genetik məlumatı  təkmilləşdirmədiyini və canlıları məhv etdiyini göstərir, lakin sıçrayışlı təkamül  tərəfdarlarının mutasiyalardan neodarvinistlərdən belə daha böyük “uğurlar”  gözləmələri açıq-aşkar əsassızlıqdır. Dar  populyasiyalar xətasıSıçrayışlı təkamül tərəfdarlarının vurğuladıqları  ikinci anlayış “dar populyasiyalar” anlayışıdır. Bununla yeni növ əmələ gəlməsinin  sayca olduqca az olan heyvan və ya bitkidən ibarət icmalarda baş verdiyini ifadə  edirlər. Bu iddiaya əsasən, çox sayda heyvandan ibarət olan populyasiyalarda təkamül  xarakterli inkişaf baş vermir və “stasis” (sabitlik) vəziyyyətini qoruyurlar.  Ancaq bu populyasiyalardan bəzən kiçik qruplar ayrılır və bu “təcrid edilmiş”  qruplardakı canlılar sadəcə öz aralarında cütləşirlər. (bunun çox vaxt çoğrafi  şərtlərdən irəli gəldiyi fərz edilir). Öz aralarında cütləşən bu kiçik  qruplarda makromutasiyalar təsirli olur və çox sürətlə “növlərə ayrılma” baş  verir.  Görəsən, sıçrayışlı təkamül tərərdarları nə üçün  dar populyasiyalar anlayışını bu qədər vurğulayırlar? Sualın cavabı açıqdır: məqsədləri  fosil qeydlərindəki ara keçid forma yoxluğuna “açıqlama” gətirməyə çalışır. “Təkamül  xarakterli dəyişikliklər çox dar populyasiyalarda və çox sürətlə inkişaf etdi və  ona görə də kifayət qədər fosil izi qalmadı” şəklindəki izahlarını bu səbəbdən  israrla vurğulayırlar.Lakin  əslində, son illərdə aparılan elmi təcrübə və müşahidələr dar populyasiyaların genetik cəhətdən təkamül nəzəriyyəsinin lehinə  deyil, əleyhinə olduğunu ortaya qoymuşdur. Dar populyasiyalar yeni növ əmələ  gətirmək bir tərəfə qalsın, əksinə, ciddi genetik pozuntular üzə çıxarırlar.  Bunun səbəbi dar populyasiyalarda fərdlərin daima dar genetik hovuz çərçivəsində  cütləşmələridir. Buna görə, normal halda “heteroziqot” olan fərdlər getdikcə  “homoziqota” çevrilirlər. Bunun nəticəsində də normal halda resessiv olan  pozulmuş genlər dominant genə çevrilir və beləliklə, populyasiyada getdikcə  daha çox genetik pozuntu və xəstəlik üzə çıxır.179 Bu mövzunu tədqiq etmək üçün toyuqlar üzərində 35 il  davam edən müşahidə aparılmışdır. Müşahidələrdə dar populyasiyada saxlanılan  toyuqların getdikcə genetik cəhətdən zəiflədiyi müəyyən edilmişdir. Toyuqların  yumurtlaması 100%-dən 80%-ə, çoxalma faizi də 93%-dən 74%-ə düşmüşdür. Ancaq  insanların şüurlu müdaxiləsiylə, yəni başqa bölgələrdən gətirilən toyuqların  populyasiyaya qarışdırılması ilə bu genetik zəifləmə prosesi dayanmış və  toyuqlar normal hala düşməyə başlamışlar.180  Bu və buna bənzər kəşflər sıçrayışlı təkamül tərəfdarlarının  sığındıqları “dar populyasiyalar təkamül xarakterli inkişafın mənbəyidir” şəklindəki  iddianın elmi əsasının olmadığını açıq şəkildə göstərir.                         Nəticə 
                          
                            |  Riçard Daukuns ; gənc nəsillərə Darvinizmin   təbliğatını   aparmaqla  məşğul. |  Elmi kəşflər sıçrayışlı təkamül nəzəriyyəçilərinin  iddialarını dəstəkləmir. Canlıların dar populyasiyalarda və makromutasiyalarla  sürətlə təkamül keçirdiklərini irəli sürən bu iddia əslində ən az  neodarvinizmin ortaya qoyduğu təkamül modeli qədər əsassızdır.  Bəs, bu nəzəriyyənin son illərdə məşhurlaşmasının səbəbi  nədir: bu sualı təkamülçülərin mübahisələrinə baxdıqda cavablamaq olar.  Sıçrayışlı təkamül modelini müdafiə edənlərin demək olar ki, hamısı  paleontoloqdur. Stefen C.Quld, Nayls Eldric, Stiven M.Stenli kimi  paleontoloqların rəhbərlik etdiyi bu qrup fosil qeydlərinin darvinist nəzəriyyəni  təkzib etdiyini açıq şəkildə görür. Ancaq nəyin bahasına olsa da, bir yolla təkamülə  inanmaq üçün özlərini şərtləndirmişdirlər. Elə buna görə, fosil qeydlərini qismən  də olsa açıqlaya bilmək üçün yeganə həll yolu kimi sıçrayışlı təkamül modelinə əl  atırlar.Digər  tərəfdən genetiklər, zooloqlar və ya anatomistlər təbiətdə bu cür “sıçrayışlar”  əmələ gətirən bir mexanizm olmadığını görür və bu səbəbdən də israrla darvinist  mərhələli təkamül modelini müdafiə edirlər. Oksford Universitetindən zooloq  Riçard Dokinz sıçrayışlı təkamül modelini müdafiə edənləri bərk tənqid edir və  onları “təkamül nəzəriyyəsinin inandırıcılığını aradan qaldırmaqda” təqsirləndirir. İki tərəf arasındakı bu karlar dialoqunun üzə  çıxardığı əsl nəticə isə təkamül nəzəriyyəsinin düşdüyü elmi böhrandır. Ortada  heç bir təcrübə, müşahidə və ya paleontoloji tapıntı ilə uyğun gəlməyən xəyali  “təkamül” əfsanəsi var. Hər təkamülçü nəzəriyyəçi bu əfsanəyə mütəxəssis olduğu  sahəyə əsasən dəlil tapmağa çalışır, ancaq bu, digər elm sahəsinin kəşflərinə  zidd olur. Bu qarışıqlıq bəzən “elm bu cür akademik mübahisələrlə inkişaf edir”  kimi səthi şərhlərlə üstündən keçməyə çalışırlar. Təkamül  nəzəriyyəsinin dünyadakı ən qabaqcıl tənqidçilərindən biri olan Filip Conson  sıçrayışlı təkamülün ən əsas nəzəriyyəçisi olan Stefen Cey Quldu “darvinizmin Qorbaçovu” adlandırır.181
 Lakin problem ondadır ki, bu mübahisələr doğru elmi  nəzəriyyəni təkmilləşdirmək üçün yeridilən fikirlər deyil, səhv nəzəriyyəni  inadla müdafiə etmək üçün uydurulan doqmatik fərziyyələrdən ibarətdir.
 
 Sıçrayışlı təkamül nəzəriyyəçilərinin elmə istəmədən  də olsa verdikləri töhfə isə fosil qeydlərinin əslində heç cür təkamül ilə  uyğun gəlmədiyini açıq şəkildə üzə çıxarmalarıdır.
 Qorbaçov Sovet İttifaqının kommunist dövlət  sistemində çatışmazlıqlar olduğunu düşünərək sistemdə “islahatlar” etməyə  çalışmışdır. Lakin çatışmazlıq hesab etdiyi problemlər əslində sistemin öz təbiətindən  irəli gəldiyi üçün kommunizmi öz əllərilə məhv etmişlər. Darvinizmi və digər təkamül  modellərini də eyni son gözləyir. |